Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   6   7   8   9   10   11   12   13   ...   98

33
 
 
     Mən  hörmətli  Əlibala  müəllimi  ömrünün  65-ci  baharı 
münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda ən ümdə 
olan  can  sağlığı,  uzun  ömür,  tükənməz  yaradıcılıq  uğurları, 
böyük  əzm,  qartal  vüqarı,  əyilməzlik,  mübarizlik,  ideya  və 
əqidəsində  dönməzlik,  milli  qürurunda  möhtəşəmlik  və 
əzəmətli olmağı arzu edirəm. 
 
                                                 “Axşam” qəzeti, 2001-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           Görkəmli alim, nəcib insan 
 
 
      Şərqin  etika  və  əxlaq  nəzəriyyəçilərindən  biri  vaxtilə 
yazmışdır  ki,  “mən  ən  güclü,  ən  qüdrətli,  ən    zəkalı  o  adamı 
hesab  edirəm  ki,  o,  öz  istəklərini  idarə  etməyi  bacarır”
Doğrudan da bu sözlərdə böyük həqiqət vardır. Əgər bizim hər 
birimiz  öz  maddi  və  mənəvi  təlabatlarımızı,  arzu  və 
istəklərimizi  lazımi  səviyyədə  idarə  etməyi  bacarsaq,  o  zaman 
biz  əxlaqca təmiz, saf, mənəviyyatca daha zəngin olarıq. 


34
 
 
     Hazırda  elə  bir  dövrdə  yaşayırıq  ki,  maddi  təlabatlar  hər 
cəhətdən  mənəvi  təlabatları    üstələyir.  Məsələn,  vaxtilə  elmi 
fəaliyyətinə,  şəxsiyyətinə    və  dərin  zəkasına  hörmət  etdiyimiz 
bir  insan    həyatın  bu  çətin  sınağına  dözməyib,  istər-  istəməz 
müəyyən  qüvvələrin  təsiri  altında  maddiyyət  aləminə  üz 
tutmaq    məcburiyyətində  qalır.  Bəzən  belələrini  qınamaq  da 
olmur. Çünki, indiki yaşayış uğrunda mübarizə həmin insanları 
dilemma qarşısında qoyur. 
     Amma həyatda elə insanlar da var ki, onları tutduğu yoldan, 
ideyalarından,  əqidəsindən,  özünətələbkarlıq,  əxlaq  və 
mənəviyyata  vurğunluqdan,  sadəliyindən,  başqalarına  qarşı 
səmimiliyindən,  məsuliyyət  hissini  dərkdən  heç  bir  maddiyyət 
uzaqlaşdıra bilmir. Belə insanlardan  biri qısa zaman kəsiyində 
tanış  olduğum,  ilk  baxışdan  məndə  qeyri-adi  yüksək  təəssürat 
yaradan  “Respublika”  qəzetinin  baş  redaktoru,  filologiya 
elmləri doktoru, professor Teymur Əhmədovdur. 
     Mən,  qısa  tanışlıq  ərzində  Teymur  müəllimin  necə  yüksək 
insani  keyfiyyətlərə  malik  olduğunu  gördüm.  O,  təkcə  özünə 
deyil,  həm  də    ilk  dəfə  onunla    ünsiyyət  körpüsü  yaradan 
adama böyük hörmətlə yanaşır, onu səbrlə, diqqətlə axıra kimi 
dinləməyi  bacarır.  Teymur  müəllim  tərifdən  riyakarlıqdan, 
yaltaqlıqdan    zəhləsi  gedən  bir  insandır.  O  eyni  zamanda  heç  
vaxt  kiminsə  köməyinə  ehtiyac  duymur.  Başqaları  kimi 
nəyinsə,  kiminsə  xatirinə  özünü    nümayiş  etdirməyi  xoşlamır. 
Ona  etibar  edilmiş  işə  məsuliyyətlə  yanaşır,  həmişə  çalışır  ki, 
üzərinə götürdüyü işdə səhvə yol verməsin. 
     Teymur  müəllim  hər  şeyin  yerini  bilən  adamdır.  O,  eyni 
zamanda  əxlaqi  kamilliyi  qiymətləndirməyi  bacaran  bir 
şəxsiyyətdir. 
     İndiki dövrdə müəyyən  ideyalara axıra   kimi sadiq  qalmaq 
hər  insana  nəsib  olmur.    İdeyasız  yaşamaq  isə    insanı  mənəvi 
cəhətdən    yoxsullaşdırır.  Ancaq  insana  hakim  olan  ideyaları 
qoruyub  saxlamaq  adamdan    böyük  iradə,  qüvvə  tələb    edir. 
Bəzən insanın elə  anları olur ki, onu    bürümüş hisslər əhvali- 


35
 
 
ruhiyyəyə  və  iş  fəaliyyətinə  mənfi  təsir  göstərir.    Belə  halda 
zəif  iradə  sahibləri  ötərgi  həzz  dalınca  qaçaraq,  əsas  və 
həyatının  mənasını  təşkil  edən  ideyadan  əl  çəkməli  olur.  
Teymur  müəllimdə  əxlaqi  və  iradi  özünütərbiyə  o    qədər 
güclüdür  ki, o, bu ötərgi hissləri dəf etməyi bacarır. O, həm də 
qayğıkeş,  xeyirxah,  nəcib  və  səmimi  bir  insandır.  Onun   
yanına        gələnləri,  yaşından  asılı  olmayaraq  xoşsifətlə  qəbul 
edir,  gülərüzlə yola salır. 
     Teymur  müəllim  hazırda  rəhbərlik  etdiyi  “Respublika” 
qəzetinə  ən  çətin  anlarda    gəlib.  Ölkədə  baş  verən  hadisələrin 
çevikliyi,  qeyri-stabillik,  hərc-mərclik,  dəqiqləşdirilməmiş  və 
yoxlanılmamış  informasiyaların  qəzet  səhifələrinə  çıxarılması 
baş  alıb  gedir,  nəticədə  xalqın  çaş-baş  salınmasına  və  onlarda 
dövlətçiliyin  qorunması  və  möhkəmləndirilməsi  sahəsindəki 
işlərə  qarşı  şübhə  toxumu  səpilməsinə,  yenidən  hakimiyyətə 
qayıtmış  dünya  şöhrətli  siyasətçi,  cahanşümul  siyasi  lider  H. 
Əliyevin  atdığı  addımlara  kölgə  salmağa  cəhd    göstərilirdi. 
Onlara  layiqli  cavab  verə  bilən,  dövlətçilik  ənənələrini, 
ideyalarını düzgün təbliğ etməyi qarşısına məqsəd qoyan rəsmi 
mətbuata   zərurət yaranmışdır. 
      Belə  bir  ağır  şəraitdə  T.Əhmədova  çətin  bir  missiyanı  öz  
üzərinə  götürmək  təklif  olundu.  Ömrü  boyu  gördüyü  işlərlə, 
elmi və bədii  yaradıcılığı ilə xalqına xidmət göstərən Teymur 
müəllim    bu  dəfə  də  şərəfli  bir  işi  öz    üzərinə  götürdü.  Onun 
rəhbərlik və təşkilatçılıq  bacarığı  yaradıcı  kollektivin  tez bir 
zamanda  öz  işlərində  dönüş    yaratmalarına  kömək    etdi. 
Teymur  müəllim  sutkanın  təxminən      16  saatını  iş  başında 
keçirir. Bu cür iş qabiliyyəti hər adamda ola  bilməz. 
     Yaşın belə çağında bu qədər işləmək insandan böyük enerji, 
yüksək  dözüm,  qətiyyətlilik,  prinsipiallıq,  yüksək  iradi, 
hövsələ, dərin düşüncə və təhlil etmək bacarığı, özünə möhkəm 
inam, əqli baxımdan sarsılmazlıq, əməksevərlik, çalışqanlıq və 
kəskin dərəcədə  fəallıq tələb edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə