Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

43
 
 
     Hazırda  Ramiz  müəllim 
Azpetrol  Neft 
Şirkətində 
İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  rəisi  və  şirkətin  Həmkarlar 
Təşkilatının sədri vəzifəsində çalışır.  
 Biz  70  illik  yubileyini  qeyd  etdiyimiz,  amma  özünü  həmişə 
ruhən  və  qəlbən  gənc,  cavan,  təravətli,  enerjili  hesab  edən  R. 
Yusifova  bundan  sonra  da  insan  üçün  həyatda  ən  ümdə  olan 
can  sağlığı,  uzun  ömür,  tükənməz  həyat  eşqi,  elmi 
yaradıcılığında  yeni  –yeni  nailiyyətlər,  idman  sahəsində 
bayrağımızın  həmişə  yüksək  yerlərdə  dalğalanmasını,  bu 
sahədəki uğurların daha da artmasını arzulayır, hazırkı işlərində 
böyük  tərəqqi  və  daim  olduğu  kimi  şən  əhval-  ruhiyyələr 
arzulayırıq.  
                               "Respublika" qəzeti, 13 may 2011-ci il. 
 
 
 
 
 
 
 
                     Nurlu ustad 
 
     Həyatda  elə  insanlar  var  ki,  onlar  bu  dünyaya  nə  üçün 
gəldiklərini  dərindən  dərk  edirlər.    Və  Allah-  təalanın  onlara 
bəxş  etdiyi  ömründən  qədərincə  bəhrələnməyi,  özündən  sonra 
başqaları  üçün  örnək  olunası  ömür  yaşamağı  göstərmək,  öz 
ömrünü  dəyərləndirməyi  bacarmaq,  cəmiyyət  qarşısında, 
insanlar arasında mənəvi borcunu başa düşmək, bütün hallarda 
onu xəlq edənin mərhəmətinə sığınan  bu insanlar üçün həyatın 
mənası  həmişə ülvi və ecazkardır.  Baxmayaraq ki,  bu ülviliyi, 
ecazkarlığı  bəziləri  hər  vasitə  ilə  ucuzlaşdırmağa,  alçaltmağa 


44
 
 
çalışırlar. Əlbəttə, belələri mənəvi dəyərlərdən uzaq, hər şeyin 
mənasını maddidə axtaranlardır. Bu cür təfəkkür tərzinə malik 
insanlar  həyatdan  daha  çox  şey  tələb  edirlər,  layiq 
olmadıqlarından da  çox. Belə tip insanlar cəmiyyət üçün ağır 
yükdən başqa bir şey deyildir. 
     İlkin    qeyd  etdiyim  insanlar  isə  yaşadığı  cəmiyyətə  və  
insanlara  elə  mənəvi  yaradıcılıq  töhfələri    bəxş  edir  ki,  bu 
töhfələrdən bütün adamlar yararlanır, bəhrələnir. Əvəzində isə 
nə  insanlardan,  nə  də  ki,  cəmiyyətdən  heç    nə  ummur.  Ancaq  
cəmiyyət  belə  adamları  yada  salmayanda,  uzun  illərdən  bəri 
yaratdıqlarını  heç  olmazsa  azca  da  olsa  dəyərləndirməyəndə, 
həmin  şəxslər  istər-istəməz    mütəssir  olurlar.    Ömrünün  70-ci 
baharını  yaşasa  da,  həyatda  özünün  layiq  olduğu  qiymətini 
almayan  insanlardan  biri  də  yazıçı,  ilahiyyatçı,  Azər.KİVİHİ- 
nin sədri Oqtay Salamzadədir. 
     Oqtay müəllimlə şəxsi tanışlığımızın tarixçəsi  7 ildir. Mən 
onu həmişə qayğıkeş, səmimi, xeyirxah və təvazökar bir insan 
kimi  tanımışam.  Onunla  daha  yaxından  tanış  olandan    sonra 
gördüm ki, Oqtay  müəllim ədəbiyyatımıza bir-birindən gözəl, 
dəyərli,  sanballı  ədəbi  incilər  bəxş  edən  tanınmış  yazıçıdır. 
Onun uzun illərin tədqiqatı nəticəsində  yazdığı “Əsrlərin sirri” 
(trilogiya), “ Sevgi  iztirabları”, “Bizim nəsil”, “Tahirə”,  Qızıl 
torpaq”  romanları  müəllif  üçün  sağlığında  ədəbi  “heykəl” 
yaratdı.  Bundan  sonra  yorulmaq  bilməyən  Oqtay  Salamzadə 
özünün  “İsgəndərin  övladları”,  “Sənin  məhəbbətinlə”,  “İkinci 
güllə”,  “Taleyə”,  “Yaz  yağışı”,  “İnadkar  oğlan”,    “Elə    yaşa 
ki...”  povestlərini  yazaraq  Azərbaycan  ədəbi  mühitində  özünü 
təsdiqlədi.  Onu    deyim  ki,  Oqtay  müəllim  son  dərəcə  gözəl  
nitq    qabiliyyətinə  malik  natiq,  fitri  istedad  sahibi,  bacarıqlı 
ictimaiyyatçı  və  təşkilatçıdır.  Oqtay  müəllim  öz  təşkilatçılıq 
qabiliyyətinə  görə  sovet  dövründə  müxtəlif  vəzifələrdə 
işləməyə irəli  çəkilmişdir. O, eyni zamanda Azərbaycanda ilk 
“Qızıl qələm” mükafatının təsisçisidir. 


45
 
 
      İndi 
Oqtay  müəllim  ədəbi  yaradıcılq  sahəsində, 
jurnalistikada  göstərdikləri  yaradıcılıq  uğurlarına  görə    istər 
gənc nəsl olsun, istərsə də yaşlı nəsl, onların ədəbi sahəsindəki 
əməyini  lazımınca    qiymətləndirir.  Bu    qiymətləndirmə 
yaradıcı adamları daha da ruhlandırır. 
      Nurlu ustadımıza 70 illik  yubileyi münasibətilə ən ümdəsi 
can  sağlığı,  uzun  ömür,  ailə  xoşbəxtliyi,  səbr,  kəsərdən 
düşməyən qələminə yeni-yeni yaradıcılıq  uğurları arzulayıram. 
 
                                                 “Son söz” qəzeti, 1998-ci il 
 
 
 
 
 
 
 
 
 
 
   Şəfiqə xanım böyük ürək sahibidir 
 
 
    “Dünyada yeganə, bircə həqiqi xəzinə vardırsa, o da yaxşı 
ürəkdir.”                                                                                                                  
                                                                          K.Paustovski  
      Həyat  çox  mürəkkəbdir  və  onu  həmişə  düsturlarla 
öyrənmək  mümkün  deyil.  İnsanın  keçdiyi  ömür  yolu  heç  də 
həmişə  hamar  olmur.Biz  həyatda  enişli-yoxuşlu,  daşlı-kəsəkli, 


46
 
 
dərəli-təpəli  yollar  keçməli  oluruq.Həyat  saysız-  hesabsız 
münaqişələrlə  dolu  bir  cəngəllikdir.  Hər  bir  insan    bu 
cəngəllikdən  özü-özünə  yol  açmalı  olur.  Hər  birimiz  həyatda 
xoşbəxt olmağa, ondan zövq almağa, kamillik zirvəsinə doğru 
irəliləməyə  çalışır,  yaxşı  nə  varsa,  onu  əldə  etməyə,  yaşamaq 
eşqindən  məmnunluq  duymağa,  təkcə  özü  üçün  deyil,  öz 
mənalı  ömründən  başqalarına  da  pay  verməyə,  sınıq  könülləri 
sevindirməyə və daha xoş gələcəyə ümid bəsləyərək yaşamağa 
can atırıq. 
     Məncə,  ən  xoşbəxt  ömür  öz  əməlləri  ilə  daha  uzağa  işıq 
saçan ömürdür. Bu dünyada yaşamağa qadir bir şey varsa, o da 
xeyirxah  əməldir.Yaxşı  əməl,  xeyirxahlıq,  mənəvi  saflıq 
insanın  özündən  sonra  qoyub  getdiyi  ən  böyük  mirasdır. 
İnsanların əməlləri heç də özləri ilə bərabər ölmür. Bu əməllər 
gələcək nəsillər tərəfindən qarşılanır və dəyərləndirilir.                                            
     Həyatda  bir-birini  təkrarlayan  və  bir-birinin  eyni  olan  iki  
ömür  tapmaq  çətindir.    Hər  bir    ömür  kitabında    insanı 
sevindirən  və  kədərləndirən,  acılı  və  şirinli  günlər,  yaxşılıqlar 
və  pisliklər,  fəzilətlər  və  qəbahətlər  öz  əksini  tapmışdır.  Elə 
həqiqətlər  var  ki,  biz  onları  hər  gün    görürük,  lakin    bunlara 
lazımınca  qiymət  vermirik,  onu    dərk  etsək  də,  özümüzçün 
ibrət  götürmürük.  Amma  həyatda  elə  insan  var  ki,  onun 
sadəliyi, qəlbinin genişliyi, xeyirxahlığı, başqalarının  keçirdiyi 
qəmini,  kədərini  özününküləşdirən  və  bu  qaranlıqdan  xilas 
olmaq   üçün  başqalarının           yoluna şəfəq nuru saçan, öz 
sevincini  hamıyla  bölüşməyə  tələsən,  kədərini  isə  heç    kəsə 
bildirməyən, öz içində dəfn etməyibacaran, kimsəsizlərin ümid 
çırağı  olan,yüksəkmənəvi  dəyərləri  və  gözəl  insani  
keyfiyyətləri  özündə  cəmləşdirən,bəlkə  də  heç    kimə  məlum 
olmayan  qayğılı  və  narahat  bir  ömür  yaşayanlardan  biri  də  
Şəfiqə xanım Əliyevadır. 
      Mən  Şəfiqə    xanımın  necə  bir  həssas  qəlbə,mehriban, 
xeyirxah    əməllər  sahibi,  zəngin  mənəvi    aləmə  malik  olması 
barədə  eşitmiş  və  ona  həsr  edilmiş  “Şəfqət  nuru”  kitabından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə