50
malik olmasından irəli gəlir, həm də şəxsiyyətin böyklüyünə
dəlalət edir. Ancaq mən inanıram ki, bu kədər daşını Şəfiqə
xanımın yüzlərlə kimsəsizlərə göstərdiyi xeyirxahlıq sayəsində,
həmin yetimlərin sevinc dolu hərarəti tezliklə onu əridəcək və
bu nəcib insanın çöhrəsindən həmişə fərəh, təbəssüm
süzüləcəkdir. Allah-təala Şəfiqə xanımı kimsəsizlərin, elecə də
onu sevənlərin, dost-tanışların üstündən heç zaman əksik
eləməsin! Amin!
Həqiqət Kərimova:
“Nura boyanmış ömür” kitabı,
23 may 2001- ci il.
Şərəflı alim ömrü
«Alim olmaq asan, insan olmaq çətindir» - müdrik
atalar məsəli əsrlərin sınağından keçmiş, həyatda sübuta
yetirilmiş deyimlərdəndir.
Hər bir insan qarşısına qoyduğu ali
məqsədə çatmaq
üçün gecəli - gündüzlü zəhmətə qatlaşır, elmi zirvələri fəth
edərək bütün bacarıq və qabiliyyətindən istifadə edir. Bu
yolda bəzi insanlar özlərini unudaraq ətrafdakılardan tam
təcrid olmağa başlayırlar. Elmə bu cür yanaşma tərzi
sosioloji - psixoloji baxımdan düzgün hesab edilmir. Belə
halda, insan «eqo»su yüksələrək özünü ətrafdakılardan
tamamilə fərqləndirməyə çalışır, onlarla münasibətlərdə
51
qapalılığı üstün tutur, insanlarla səmimi münasibətlər
həddindən artıq özündənrazı, müştəbehlik, yuxarıdan aşağı
baxma kimi xüsusiyyətlərlə əvəz olunur. Bu cür «elm
adamları» başqalarına elmi köməklikdə də xəsislik edirlər.
Yəni özünəvurğunluq onları xudbinləşdirir və belə olan halda
həmin insanlar, hətta, işlədiyi kollektivdə belə heç cür
hörmət və izzət sahibi ola bilmirlər. Ancaq həyatda elə
insanlar da vardır ki, elmin dərinliklərinə baş vurduqca
ətrafındakılara daha həssas, daha mehriban, daha
qayğıkeşcəsinə yanaşır, sadələşir və təvazökar bir insana
çevrilir. Doğrudan da, burada
«ağac bar gətirdikcə başını
aşağı dikər» və
«sadəlik dahilikdir» kimi müdrik atalar
məsəli bir daha öz təsdiqini tapmış olur.
Öz sadəliyi, qayğıkeşliyi, təvazökarlığı və yüksək
alicənablığı ilə digər insanlardan fərqlənən Azərbaycanın
tanınmış elm xadimlərindən olan, AMEA - nın müxbir üzvü,
iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment
Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının
üzvü Aqil Əliyev məhz belə insanlardan idi.
80 illik yubileyini qeyd etməyə hazırlaşdığımız bir
zamanda amansız ölüm o, böyük və əvəzsiz insanı
aramızdan apardı.
Aqil Əliyev yuxarıda qeyd etdiyim kimi həm alim ,
həm
də gözəl insan kimi təkcə yetişdirdiyi tələbələr arasında
deyil, eyni zamanda ictimaiyyət arasında da sevilən və
həmişə öz yeri olan əsil ziyalılardan idi.
Aqil müəllimdən söz düşəndə həmişə bu sözləri eşidirdik: «
O çox sadə, təvazökar və alicənab insandı».
Aqil müəllim ünsiyyətdə olduğu butun insanlara, xüsusən də
gənclərə, dərs dediyi tələbələrə həyatda xeyirxah, sadə,
insanpərvər, düzgünlüyü hər yerdə müdafiə etməyi, bilikli
olmağı tövsiyə edirdi. O, tələbələrinə həmişə öz övladı kimi,
mehribancasına və qayğıkeşliklə yanaşırdı. Aqil müəllim
onlardan heç nəyi əsirgəmirdi, daim onların problemləri ilə
maraqlanırdı.
Aqil Əliyevin keçdiyi
şərəfli ömür yolu, elmi - pedaqoji
fəaliyyəti, elmi yaradıcılığı barədə tanınmış ziyalılarımız
qədərincə öz sözlərini deyiblər.
52
Məncə, Aqil müəllim Ali elm ocaqlarında pedaqoji
fəaliyyətini davam etdirməklə yanaşı, elmi yaradıcılıq
sahəsində də çox məhsuldar işləmişdi.
Belə ki, onun «
Şəxsi istehlakın iqtisadiyyatı», «Aqrar
iqtisadiyyatı», «Xalq istehlakı», «Dünya iqtisadiyyatı:
müasir dövrün problemləri», «Sosial sferanın iqtisadi və
metodoloji əsasları» adlı monoqrafiyaları bazar
iqtisadiyyatına keçid sahəsindəyazılmış ən sanballı
monoqrafiyalarındandır.
Yarım əsrdən çox elmi - pedaqoji sahədə səmərəli fəaliyyət
göstərən Aqil Əliyev 200 elmi əsərin müəllifidir. Aqil
müəllimin rəhbərliyi və müdrik elmi məsləhətləri sahəsində
4 elmlər doktoru, 20 - dən çox elmlər namizədi
hazırlanmışdı.
Aqil Əliyev nəinki respublikamızda sayıb - seçilən, eyni
zamanda xarici ölkələrdə də alimlər arasında nüfuzlu
elm
xadimlərindən hesab olunurdu. Biz bunu Aqil müəllimin 80
illik yubileyi ilə əlaqədar ona ünvanlanmış dünyada
tanınmış alimlərin təbriklərində də aydınca gördük. Bir daha
əmin olursan ki, Aqil müəllim həqiqətən
də Azərbaycandan
uzaqlarda da böyük hörmət və nüfuz sahibinə malik
insanlardan olmuşdu.
Biz əminik ki, Azərbaycan iqtisadiyyatına dəyərli elmi
töhfələr verən, şərəfli ömür yolu keçmiş, yüksək insani
keyfiyyətləri özündə cəmləşdirən, həssas və qayğıkeş
pedaqoq, tanınmış elm xadimi Aqil Əliyevin
əziz xatirəsi
bundan sonra da onu sevənlərin qəlbində əbədi
yaşayacaqdır.
“Ziyalı” qəzeti, 2000-ci il