Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

57
 
 
mövqedən yanaşması tələb olunan bu incə məsələyə laqeydlik 
göstərilməsi  sabahkı  gün  hansı    qarşısıalınmaz  facilərin 
törənməsinə  gətirib  çıxaracağını  dərindən  dərk  etməliyik.  Biz 
əksər  hallarda  cəmiyyətdə  baş  verən  mühüm  hadisələrin 
qarşısını  vaxtında  almağa  cəhd  göstərmirik.  Çünki  buna 
vəzifəsindən  və  cəmiyyətdə  tutduğu  mövqedən  asılı  olmayan 
hər  birimizin  içində  artıq  özünə  çoxdan  yer  etmiş  “mənə  nə 
var”  prinspi  ilə  olan  düşüncələrimiz  imkan  vermir.  Daha 
doğrusu, bu gün heç  kəs qolunu çırmayıb ümumxalq mənafeyi 
naminə  iş  görmək  fikrində  deyil,  hər  kəsi  öz  şəxsi  mənafeyi 
daha    çox  düşündürür.  Əxlaqi-mənəvi    cəhətdən  şikəst  olmaq 
təhlükəsi qarşısında qalan cəmiyyəti sağaltmaq fikrində olanlar 
görəsən  nə  vaxt  işə  girişəcəklər?  Bu  gün  cəmiyyətdə  baş  alıb 
gedən 
əxlaqsızlıq  epidemiyasının  orientasiyası  sürətlə 
artmaqdadır.  İstər  ailədə,  istərsə  də  cəmiyyətdə  riyakarlığın, 
xəyanətin,  əxlaqsızlığın  artmasına  rəvac  verən  amillərdən  ən 
ümdəsi maddi ehtiyacdır. Cəmiyyətdə madiyyət həmişə mənəvi 
dəyərləri  məhv  etməyə  çalışır.  Hər  şeyi  maddiyyətlə  ölçən 
insanlar  da  özlərindən  asılı  olmayaraq  bu  çirkaba  bulaşmağa 
məcbur olurlar. Onsuz da pis  əməlləri biz daha tez  əxz edirik. 
Belə bir anda hamımızın incə məxluq sandığımız olan qadının 
zəifliyindən,  onun  inam  və  səmimiyyətindən  “məharətlə” 
istifadə  etməyə  çalışan  kişilər  bir  anlığa  da  olsa,  hansı  yolun 
ayrıcında dayandıqlarını dərk etsələr pis olmazdı. 
     Əlbəttə,  bütün  bunlarla  kimlərəsə  əxlaq  dərsi  vermək 
fikrində  deyiləm.  Sadəcə  olaraq  onu  qeyd  etmək  istəyirəm  ki, 
kitabda  göstərilən  hər  bir  epizod  bu  gün  hər  birimizin  şahidi 
olduğu  həyat  hadisələrindən  götürülmüşdür  və  yenə  də  hər 
birimiz  bunları  görə-görə  laqeydcəsinə  həmin  hadisələrin 
yanından  ötüb  keçirik.  Günümüzün  reallığını  əks  etdirən 
kitabda  göstərilən  faktları,  danılması  qeyri-mümkün  olan 
məqamları,  eləcə  də  həyatımızın  ağrılı-acılı  günlərində, 
zamanın  çox  cuzi  bir  anını  əks  etdirən  bu  kitabı  hörmət 
bəslədiyim oxucularımın mühakiməsinə verirəm. 


58
 
 
 
 
                                                       Bakı şəhəri, 1998-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
       Böyük şəxsiyyət böyük iradə 
                üzərində yüksəlir 
 
      Bu  gün  bizim  gücümüz,  inamımız  və  iradəmizlə 
ölçülməlidir. 
Məğlubiyyətlərimizin 
səbəbini 
prinsipial 
olmamağımızda, 
inamsızlığımızda 
və 
iradəsizliyimizdə 
axtarmalıyıq.  İndi  əsas  məsələlərdən  biri  iradəmizin 
formalaşmasıdır  ki,  şəxsiyyətin  yaranmasını  bunsuz  təsəvvür 
etmək mümkün deyil. 
      Çoxumuz  ümidsizlik  girdabında  vurnuxur,  çətinliklərdən 
xilas olmaq üçün çıxış  yolları arayır və onu tapa bilmirik. Nə 
üçün? Yəni  biz həqiqətənmi bu qədər  gücsüz və acizik? Yox, 
sadəcə  olaraq  nəyəsə,  kiməsə  inamımız,  ümidimiz  itib.  Bir 


59
 
 
birimizə  olan  laqeydliyimiz,  “mənə  nə  var”  prinsipi  ilə  yaşam 
tərzimiz bizi cılızlaşdırıb. Halbuki, möhtəşəm iradə gücünə, öz 
xalqının  yenilməzliyinə,  tamlığına  hədsiz  inama  malik 
şəxsiyyətlər çətinlikləri aradan qaldırmağa qadirdir. 
     Bu  gün  müstəqil  fəaliyyətimizi,  bacarıq  və  qabiliyyətimizi 
inam  ruhunda  tərbiyə  etməliyik.Əxlaqi  igidlik  məhz  ən  çətin, 
ən  ağır  dəqiqələrdə  özünü  itirməməkdən,  öz  iradə  gücünü 
səfərbərliyə almaqdan və bunu lazımi istiqamətə yönəltməkdən 
ibarətdir. Bizdə qabiliyyət da var, fərasət də, sadəcə olaraq səy 
və iradəmiz çatışmır. 
     İndi  düşdüyümüz  çətin  vəziyyətdən  xilas  olmaq  üçün 
inamımızı 
üstələyən 
qorxunu 
tədricən 
özümüzdən 
kənarlaşdırılmalı,  daxildəki  möhtəşəm  qüvvələri  hərəkətə 
gətirdiyi 
kimi,  “daxilimizdəki  yatmış  mələkləri  də 
oyatmalıyıq”. Daxili qüvvələri isə yalnız iradə və inamın gücü 
ilə oyadıb hərəkətə gətirmək olar. 
 
     Bir  sıra  əxlaq  nəzəriyyəçiləri  iradə  qüvvəsini  ağıl  və  zəka 
qüvvəsi  ilə  müqayisə  edirlər.  Onların  fikrincə,  iradə  zəifdirsə, 
insan  ağıl  və  kamillik  dərəcəsinə  qalxa  bilməz.  İradə  zəkaya 
qida verən qüvvədir. Digər tərəfdən o, ağlın qərarını, hökmünü 
həyata  keçirir,  reallaşdırır,  gerçəkləşdirir.  Məhşur  əxlaq 
nəzəriyyəçisi Şeftsbern, görünür bunu nəzərdə tutub  yazmışdı: 
“...İnsanların  əməl  və  hərəkətlərini  yalnışlığa,  dolaşıqlığa 
çevirən, yaşayışlarındakı intizamı pozan bilik azlığı deyil, iradə 
və  əzm  yoxluğudur.  Bir  insanın  mühakimə  qabiliyyəti  çox 
yüksək ola bilər, o hər mövzuda minlərcə ehtimal düşünə bilər. 
Lakin  fəaliyyətə  keçə  bilməz,  qərara  gələ  bilməz.  Bilik, 
hərəkətlərə  nəzarət  edən  vasitələrdən  biridirsə,  iradə  əməl  və 
hərəkətləri gerçəkləşdirən qüvvədir”. 
     Özünü  çətin,  mürəkkəb  şəraitlərdə  ələ  ala  bilməyi  bacaran 
xalq  bir  daha  özünün  əzəmətini,  qüdrətini,  böyüklüyünü 
göstərmiş  olur.  Azərbaycan  xalqı  da  məhz  belə  bir  iradə  gücü 


60
 
 
hesabına  tarixi  sınaqlardan  çıxıb,  müstəqil  dövlətini  qoruya 
bilər. 
 
 
                               “Müxalifət” qəzeti, 27 may 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                    Çingiz harayı 
 
      Çingiz Mustafayev - bu ad çəkiləndə nə üçünsə F. Bekonun belə 
bir  kəlamı  yada  düşür:  «Bilik  -  hakimiyyətdir».  Məhz  elə  müasir 
cəmiyyətdə  biliklərə,    informasiyaya,  intellektual  resurslara  nəzarət 
uğrunda  mübarizənin  get–gedə  geniş  vüsət  alması  «intellektual  
müharibə»  deyilən  vəziyyətin  yaranması  da  bununla  izah  olunur. 
Dünyada  yeni  humanitar  intibah  başlandığı  bir  dövr  üçün  belə 
danışmaq  mümkündür.  Əgər  keçən  əsrin  son  rübünə  qayıtsaq,  onda 
yalnız  cəmiyyətdə  ayrı  –  ayrı  fərdlər  haqqında  belə  danışmaq 
mümkün  idi.  Çingiz  kimi.  O,  həyata  qədəm  basdığı  dövrdə  tibb 
sahəsinə  meyl  etdi;  insana  gərək  ola  bilərəmsə,  sağlamlıqlarını 
qoruyum,  -  dedi.  Təhsil  illərində  ona  məlum  oldu  ki,  «xalq  üçün 
vacib  olan  hər  şey  doğrudur»  (İ.  Qandi).  İlk  növbədə  gənclərin 
intellektual  səviyyəsini  qaldırmaq  həvəsinə  düşdü:  gah  diskotekalar 
yaradıb  orada  diceylik  etdi,  gah  yeni  məzmunlu,  yeni  ab–havalı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə