Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   15   16   17   18   19   20   21   22   ...   98

64
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     Özümüzə qayıtmalı, özümüzü  
                 dərk  etməliyik!   
 
      Nə  vaxtsa  özümüz  olmuşuq,  öz  “mən”imiz  olub.  İllər 
ötdükcə  unutmuşuq  özümüz-özümüzü.  Daha  doğrusu, 
özümüzü  unutdurmağa,  öz  soy  kökümüzdən  uzaq  düşməyə  
məcbur  ediblər.  Milli  dəyərlərimizə  uzanan  yad  əllər  öz  “iç 
mən”imizi  unutdurmağa  çalışıblar  bizə.  Bunun  nəticəsində  iç 
dünyamıza  “özgə  mən”lər  hakim  kəsilib.  Və  bizi  indiyə  kimi 
“özgə  mən”lər  idarə  etməyə  başlayıblar.  Uzun  illərdir  ki,bu 
“özgə  mən”lər  yaddaşımızı  silməyə  çalışıblar,  özümüz  
haqqında  düşünməyi  yasaq  ediblər  bizə.Özgə  “mən”lər  öz 
“mən”imizi  öz  iç  dünyamızdan  didərgin  salıblar.  Bir  müddət 
keçəndən sonra daha doğmalar bir-birini tanımadılar, bir-birinə 
yad  oldular.  Özümüzü-özümüzə  qənim  kəsildik!  Öz  soy 
kökümüzə  özümüzünkülər  vasitəsilə  balta  çalmağa  məcbur 
etdilər.  Bəs  görəsən,  nəyin  müqabilində?!  Sadəcə  bir  kreslo 
xatirinə  hər  şeyi  inkar  etməyə,  hər  şeyimizi  qurban  verməyə 


65
 
 
hazır  olan  yaltaqlar,  dayazdüşüncəlilər,  xəyanətkarlar  tapıldı. 
Doğrudan da biz azərilər pulu həmişə hər şeydən üstün tuturuq. 
Bundan  sonra  fikirl  və  düşüncələrimizdə    cırlaşma  başladı, 
sözümüz kəsərdən düşdü... 
      Nə  vaxtsa  qanımız  təmiz  olub,  biri-birimizə  qan  vermişik, 
qan-qardaşı  olmuşuq.  Sonra  isə  yad  əllər  bilərəkdən,  qəsdən 
genimizi  dəyişdirməyə  çalışdılar,  qanımızı  qarışdırdılar.  Bu 
gün  isə  biz  öz  irsi  təmizliyimizi  yad  ünsürlərdən 
qoruyubsaxlamağa çalışmalıyıq! 
      Nə üçün biz bir-birimizi başa düşmürük və ya başa düşmək 
istəmirik? Nə üçün bir-birimizə hörmət etməyi bacarmırıq? Nə 
üçün  görkəmli  şəxsiyyətlərimizi  qiymətləndirə  bilmirik?  Nə 
üçün  bir-birimizin  irəli  getməsinə  mane  oluruq?  Nə  üçün 
özümüzə    bu  qədər  laqeyd  və  biganə  olmuşuq?  Nə  üçün 
özümüzə  qarşı  olan  məsuliyyət  hissini  itirmişik?  Nə  üçün 
özümüzə  olan  inamımız  itib?  və  s.  Bütün  bu  “nə  üçün”  lərin 
cavabı  birdir.  Ona  görə  ki,  biz  öz  “real  mən”  imizdən  uzaq 
düşmüşük, öz milli kökümüzün nüvəsindən uzaqlaşmışıq, onun 
orbitindən çıxmışıq... “Özünü” axtarış ovuna çıxmışıq indi. 
      Bəli, bu gün biz həmin “real mən”i yenidən özümüzdə kəşf 
etməli və özümüzə qayıtmalıyıq! 
      Qədim  əxlaq  nəzəriyyəçiləri  demişlər:  İç  dünyan    sırf 
sənə  məxsusdur,  çalış  orada  təmizlik  işləri  apar  və  səliqə 
yarat!” 
      Biz  indi  öz  iç  dünyamızda  həqiqətən  də  səliqə-sahman 
yaratmalı,  daxilimizdəki  və  şüurumuzdakı  hər  cür  çirkabları, 
yad düşüncə tərzini, yad fikirləri təmizləməyə qadir olmalıyıq! 
Bunun üçün biz hökmən özümüzə qayıtmalı və özümüzü dərk 
etməliyik!  Gələcəyə  gedən  yolumuz  da  məhz,  özünüdərkdən 
başlamalıdır! 
      Hər  bir  insanın  xüsusi  bir  mikroaləm  olması  gerçək  bir 
faktdır.  İnsan  özünün  həm  obyekti,  həm  də  subyektidir.  O  öz 
tarix  dramasının  həm  müəllifi,  həm  də  aktyorudur.  İnsan  yer 
üzərində  yeganə  varlıqdır  ki,  özünü  şüurlu  surətdə 


66
 
 
təkmilləşdirməyə çalışır. Bu təkmilləşmənin müxtəlif vasitə və 
üsullarından  biri  də  insanın  öz  daxilinə  müntəzəm  nəzər 
salması və müntəzəm baxa bilməsidir. 
      Öz  daxili  mənəvi  aləminə  nəzər  salmaq  əxlaqi  şüurun, 
özünü dərketmənin müqəddəm, ilkin şərtlərindən biridir. 
      Hər  bir  adam  sözün  əsl  mənasında  öz  daxili  dünyasının 
bilicisi, müdrik və cəsur səyyahı olmalıdır. 
      Bu  cəhətdən  yazıçı  Cəmil  Əlibəyovun  “Özümü  axtarıram” 
kitabında  müəllif  öz  qəhrəmanlarından  birinin  dili  ilə 
deyir:Səhvlərimi 
müttəhimlər  kürsüsündə  oturduram. 
Onları  bir-bir  dindirir, şahidlərə  söz  verirəm. Gah  ittihamçı, 
gah  müttəhim  oluram.  Özümü  bağışlayıram,  özüm-özümü 
məhkum edirəm.” 
      Bəli,  özünü  axtarış,  özünü  aramaq  məhz  belə  çox  çətin, 
daşlı-kəkəsli, enişli-yoxuşlu yollarla gedir. 
     Öz daxilinə səyahət, iç dünyasını görə bilmək, insana özünü 
düzgün  dərk  etməyə,  mənəvi  cəhətcə  saflaşmağa,  həmişə 
ülviliyə  doğru  meyl  göstərməyə,  özünə  nəzarət  etməyə  imkan 
verir.  Axı,  müəyyən  bir  çirki,  ayna  üzərinə  qonan  tozu  görə 
bilmək lazımdır ki, onu təmizləyə biləsən. 
    Dahi şairimiz Nizami hələ səkkiz əsr bundan əvvəl deyirdi: 
 
                  Dəmiri ayna tək parladan insan 
                  Pası silməlidir öz vicdanından! 
 
     Biz  ətrafımızda  baş  verən  dəyişikliklərdən  doğru,  düzgün 
nəticə  çıxartmaq,  hadisələrə  obyektiv  qiymət  verməyə 
çalışırıqsa, bu zaman biz əvvəlcə özümüzü dərk etməliyik. 
     Bu  cəhətdən  görkəmli  rus  yazıçısı M.M.  Prişvin  çox  haqlı 
olaraq öz gündəliyində qeyd etmişdir; Təbiət haqqında yalnız 
o  zaman  danışmaq  olar  ki,  özünü    nəsə  məlum  bir  şey  kimi 
tapasan,  kəşf  edəsən  və  anlayasan.”  Bu  doğrudan  da  belədir. 
Əgər  insan  özünü  tapmamışsa,  özünü  dərk  etməmişsə,  özünü 
anlayıb  başa  düşməmişsə  onun  dünyanın  dərindən  dərk  edib 


67
 
 
anlamasına  və  baş  verən  hadisələri  obyektiv  görə  bilib,  onları 
qiymətləndirməsinə  inanmaq  çətindir.  Çünki  insanın  dünyanı 
dərk etməsi, özünü dərk etməsi ilə bütöv bir vəhdət halındadır. 
Məlumdur ki, hər bir adam yaşının bütün mərhələlərində özünü 
kamilləşdirmək  iddiasında  olmur.  Bunun  üçün  o,  əvvəlcə 
özünü  dərk  etməlidir.  Özünü  təhlil  etməyi  bacarmalıdır. 
Həyata,  müxtəlif  insanlara,  öz  vəzifəsinə,  düşüncəli  davranış 
planına malik olmalıdır. Bu isə insanın daxili aləminin, şüur və 
düşüncəsinin kifayət qədər inkişaf etməsini tələb edir. 
    Hər bir adam öz-özünə “kənardan” baxmağı, öz hərəkətlərini 
başqalarının nöqteyi- nəzəri ilə qiymətləndirməyi bacarmalıdır. 
    Elə  bu  cəhəti  nəzərə  alaraq  xalqının  görkəmli  maarifpərvəri 
A.  Bakıxanov  özünün  “Təhzibi-əxlaq”  adlı  əsərində  yazırdı: 
“Mərd o adamdır ki, öz eybini özgəsinin eybindən artıq görə 
bilsin... Gözlü  o adamdır ki, özünü görə bilsin.” 
     Biz  indi  özümüzü  bir  şəxsiyyət  kimi  xalqımız  üçün 
hazırlamalı və özümüzü ictimai varlıq kimi  dərk etməliyik! 
     L.N.  Tolstoy  yazırdı  ki,  “mən  özümü  yüz  dəfə  kəşf 
etmişəm, mənəvi təkmilləşmə, saflaşma zirvəsinə qalxmışam. 
Lakin az keçməmiş yenə öz daxilimə səyahət etməli olmuşam. 
Hər  dəfə  mənəvi  ahəngdarlığım,  harmoniyam  pozulan  kimi 
yenidən  özümü  danlamağa,  qamçılamağa,  cəzalandırmağa 
başlamışam.  Yenidən  “mən  kiməm?”  sualına  cavab  verməli 
olmuşam.” 
     Biz  indi  mənən  təkmilləşməli,  saflaşmalı  və  kamil 
şəxsiyyətlər kimi formalaşmalıyıq. 
     Biz  özümüzə  qayıtdıqca,özümüzü  dərk  etdikcə  daha 
yenilməz,  məğlubedilməz  oluruq.  Özümüz-özümüzü  dərk 
etdikcə  bütün  kainatın  sirləri  gözlərimiz  önündə  açılır. 
Özümüzü  dərk  etdikcə  bir-birimizə  daha  tez  yaxınlaşırıq,  bir-
birimizi daha tez başa düşürük. 
     Özümüzü  dərk  etdikcə  aramızdakı  kin-küdurət  yox  olur. 
Biri-birimizlə 
səmimi, 
mehriban  duyğularla  yanaşırıq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə