Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

68
 
 
Birimizin  sevinci  hamımızın  sevincinə  çevrilir,  birimizin 
kədərini hamımızınkı hesab edirik. 
     Özünüdərk hər bir xalqın öz kökünə qayıtması və əsl özünü 
tapması deməkdir. 
     Özünüdərk həm də  xalqın xoşbəxt gələcəyi deməkdir! 
 
                                                                  Bakı, 1994- cü il. 
 
 
 
 
 
 
 
 
             Dənizə vurğun insan 
 
      İlk  baxışdan  üzündə  insanlara  qarşı  mehribançılıq,  səmimiyyət, 
xoş  təbəssüm,  qayğıkeşlik,  həyalılıq  və  s.  kimi  müsbət  keyfiyyətlər 
təcəssüm  olunan  İnqilab  Zabil  oğlu  Cəfərov  28  sentyabr  1963  -  cü 
ildə  Dəli  Kürün  sehr  dolu,  möcüzə  dolu  qaynar  qoynu  olan  Salyan 
rayonunun Qızılağac kəndində dünyaya göz açmışdır. 
    Taleyindən  və  bəxtindən  heç  vaxt  gileylənməyən,  əksinə  həmişə 
onu  xəlq  edən  Xaliqinə  şükr  edən  və  Onun  mərhəmətinə  sığınan 
İnqilab  bütün  həyatı  boyu  insanlara  yardımçı  olmağı,  dar  gündə 
onlara  həyan  durmaq,  öz  kömək  əlini  uzatmaqdan  məmnun  olur, 
bunlardan  böyük  zövq  alır.  O,  etdiyi  əməlləri  günəş  şəfəqlərinə 
bənzədir və fikirləşir ki, bir ömrü abırla, həyayla başa vurmaq üçün 
ən gözəl yol düzlükdür. 
     İnqilabın  fikrincə,  gərək  ömür  yelkənini  yol-yolaq  tanımayan 
dəlisov  küləklərin  ixtiyarına  verməyəsən.  O,  bəxtindən  ona  görə 
razıdır ki, Xəzərin qonşusu olduğu yerdə həyata qədəm qoymuşdur. 
O,  Xəzəri  çox  sevir.  İnqilab  deyir  ki,  Xəzər  də  insan  kimi  canlıdı, 
sahilinə qədəm basanlarla əməlli-başlı danışıb-gülməyi, dərdləşməyi 
var.  Ləpələrin  tükənməz  nəğməsində  qan  yaddaşımızı      yaşadır.  


69
 
 
Səxavətlidir -  nəyi  varsa,  bizimlə bölüşür. Müdrikdir - verdiyi paya 
görə kimdənsə təmənnası yoxdur, heç nə istəmir.  
     İ.  Cəfərovu  dənizçilərə  yaxınlaşdıran,  doğmalaşdıran  da  məhz 
Xəzər  olmuşdur.  Uşaqlıq  illərində  xəyalında  həkim  olmaq  istəyi, 
sonradan  onu  əmisi  oğlanları  kimi  dənizçi  olmaq  həvəsinə  saldı. 
Əmisi oğlanlarından biri Qara dənizdə sualtı dizel - qayıqda, digəri 
isə xüsusi gəmilərdə xidmət edirdi. İnqilab onların  timsalında  özünü 
dənizçi  kimi  sualtı  qayıqda  hiss  edir,  günlərlə  xəyala  dalırdı.  Ö, 
gözlərini  yumub  özünü  gah  dalğaların  qoynunda,  gah  gəmi 
göyərtəsində, qayıqda təsəvvür edirdi. Gözlərini açdıqda isə bunların 
adi xəyal olduğunu görüb məyus olurdu. Belə  anlarda İnqilab  hiss  
edirdi ki, dənizçi olmaq fikri qətidir və bu fikirdən  dönən  deyildir. 
O  boydan  cılız,  fiziki  cəhətdən  zəif  olduğundan,  xüsusi  idman 
növlərilə  məşğul  olub  özündə  güc  toplamağa  başladı.  İnqilab 
təmkinli  olmaqdan  ötrü  günlərlə  zərif  və  yorucu  işlərlə  məşğul 
olurdu.  Beləliklə,  o,  əzmkarlığı,  prinsipiallığı  və  qətiyyətliliyi 
sayəsində bütün çətin işlərin öhdəsindən layiqincə gəlməyə başladı. 
    Belə  ki,  İnqilab  hələ  9  -  cu  sinifdə  oxuyarkən  atasının  20  il 
gəzdirdiyi qol saatını sındırmışdı. O, çox çətinliklə də olsa, atasının 
qol saatını təmir etməyə nail olmuşdu. 
    İ.Cəfərov orta məktəbi bitirəndən sonra rayon hərbi komissarlığına 
gələrək,  dənizçi  olmaq  istədiyini  bildirdi.  Hərbi  komissarlıqdakılar 
İnqilabın  istəyindən  təəccübləndilər.  Çünki,  onlar  bu,  cılız  oğlanın 
qəlbinin  təlatümündən,  illərlə  daxilindəki  gizli  arzusundan  bixəbər 
idilər və bu səbəbdən də təəccüblənmişdilər. 
    1982  -ci  il  aprelin    22-  də  150  nəfər  çağırışçını  TU  -  154 
təyyarəsinə  mindirib  Arxangelsk  vilayətinin  Severodvinsk  şəhərinə 
göndərdilər.  Bu  komandadan  yalnız  4  azərbaycanlı  sualtı  qayıqda 
xidmət  etmək  üçün  hərbi  texnikuma  qəbul  olundu.  Onlardan  biri 
İ.Cəfərov idi. O, texnikumda oxuduğu müddətdə sualtı qayığın bütün 
sirlərinə  yiyələndi.  Texnikumu  müvəffəqiyyətlə  bitirən  İ.  Cəfərov 
Murmanskın  məxfi  statuslu  Qremixa  şəhərində  yerləşən  sualtı 
qayığına  təyinat  aldı.  Burada  yerləşən  9  sualtı  qayıqda  18  ekipaj, 
onların da tərkibində 120 zabit - miçman heyəti fəaliyyət göstərirdi. 
SSRİ o zaman 12 ballistik raketdaşıyan ən güclü atom sualtı qayığına 
malik idi. Yüksək hərbi hazırlığı və bacarığına görə İ. Cəfərov 15 ilin 
yerinə 7 ilə böyük miçman rütbəsilə təltif olunur.  


70
 
 
     İ.  Cəfərovun  ilk  hərbi  reysi  Barens  dənizilə  Norveçi  keçib 
Atlantik  okeana  çıxmaq  olmuşdu.  Onlar  bəzən  su  sərhədlərini 
pozmaq  məcburiyyətində  qalaraq,  Kubaya  görə  ABŞ-  ın  ərazi 
sularına  daxil  olurdular.  Raketlərin  qitədən-qitəyə  uçma  vaxtını 
qabaqlamaq  məqsədilə  atom  sualtı  qayıqlar  həmişə  düşmən  ölkəyə 
yaxın ərazidə yerləşməli  idi. 
    İ.  Cəfərovun  11  illik  (1982  -  1992)  hərbi  xidmətdə  olduğu 
müddətdə çətin və qorxulu anları çox olmuşdur. 
    1985  -ci  il  avqustun  13  -  də  İnqilabın  xidmət  etdiyi  Atlantik 
okeanında  üzən  142  nəfər  heyəti  olan  atom  sualtı  qayığında  nüvə 
qəzası  baş  vermişdir.  Qəza  nəticəsində  heyətin  bütün  üzvləri 
şüalanmaya  məruz  qalmışdır.  Nüvə  bölməsində  olan  zabit  və 
miçmanlar  isə  ən  yüksək  dozada  şüa  almışdılar.  Zaman  keçdikcə 
həmin hərbçilər sonradan həyatla vidalaşmalı olmuşdular. 
     İ.Cəfərov  atom  sualtı  qayıqlarında  matros  kimi,  miçman  kimi 
xidmət  etməklə  kifayətlənməyib,  o,  həm  də  1983-cü  ildə  Qremixa 
şəhərindəki  Zabitlər  evində  fəaliyyət  göstərən  dərnəkdə  gəmi 
maketləri  hazırlamağın  sirlərinə  yiyələnib.  Onun  ilk  əl  işi 
«Espanyol»  karavellasıdır. 1414 -ci  ildə  sulara baş vuran bu hərbi 
təyinatlı gəmidən, həm də nəqliyyat vasitəsi kimi də istifadə olunub. 
Gəminin yufers və blokları yüksək keyfiyyətli taxta materiallardan - 
fısdıq, qoz və  qızılağacdan hazırlanıb. 
     İ. Cəfərov 1992-ci ildə hərbi xidmətini başa vurub vətənə qayıdır. 
O,  orta  əsrlərə  məxsus  yelkənli  gəmilərin  maketini  hazırlamağı 
qarşısına məqsəd qoyur. Qısa zamanda İnqilab 24 toplu «Müqəddəs  
Pyotr» və 64 toplu «İnqermanland»  yelkənli gəmilərini hazırlayır. 
Gəmilərin  hazırlanması  çertyojaəsaslandığından  ən  xırda  detal  belə 
onun  nəzərindən  yayınmayır.  Onun  fikrincə,  gəminin  ayrı-ayrı 
detallarının  hazırlanmasına  günlərlə,  aylarla  vaxt  sərf  olunur.İ. 
Cəfərov  eyni  zamanda  hazırladığı  bütün  yelkənli  gəmi  maketlərinin 
hazırlanma və hərb tarixçəsini də mükəmməl bilir. 
     Belə  ki,  o  17  -  ci  əsrə  aid  olan  «Santa  Mariya»  gəmisinin 
hazırlanmasına  9  ay  20  gün  vaxt  sərf  etmişdir.Onun  düzəltdiyi 
yelkənli  gəmilər  Türkiyə  və  Rusiyada  onlarla  hərbiçinin  evini 
bəzəyir.  Yaşayıb  -  yaratdığı  Azərbaycanda  isə  yaxın  çevrəsindən 
başqa kimsə onun əl işlərindən xəbərdar deyildir. 
    İ.  Cəfərov  1994-  cü  ildə  Bakı  Ali  Hərbi  Dənizçilik  məktəbinə 
gaxil olur və 1998- ci ildə oranı bitirərək, hərbi- psixolog  ixtisasına 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə