Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

94
 
 
işlərində və uşaqların tərbiyəsi ilə kişilərin az məşğul olması və 
ya heç məşğul olmaması da ailədaxili münaqişələrə, gərginliyə, 
yersiz  söz-söhbətlərə,  incikliklərə  gətirib  çıxarır.  Ailə 
münaqişələri  öz  səbəblərinə  görə  fərqlənir.  Onlardan  ən 
önəmliləri aşağıdakılardır: 

ailə 
üzvlərinin 
özünüifadə 
etməsi 
azadlığının 
məhdudlaşdırılması; 
-   ailənin qəbul etdiyi davranış normalarından kənara çıxması; 
 ailədə əks meyllərin, əks maraqların meydana çıxması; 
-   ailədə tərəflərdən kiminsə tələbatının ödənilməməsi; 
-   ailənin avtoritar formada idarə edilməsi; 
-   ailədə maddi problemlərin mövcudluğu
-   ailəyə kənar müdaxilənin olması; 
-   ailədə qısqanclığın və xəyanətin sezilməsi; 
-   ailədə qarşılıqlı güzəştin olmaması;  
-   ailədə tərəflər arasında təkəbbürlülüyün olması; 
- ailədə tərəflərin ailə məsuliyyətini lazımınca dərk etməmələri; 
-   ailədə tərəflər arasında qısqanclıq hissinin güclü olması; 
-  ailədə maddi və mənəvi təlabatlara kəskin ehtiyac duyulması; 
-   ailədə tərəflərin seksual disharmoniyası və s. 
 
     Ailədaxili 
münaqişələrin 
baş 
verməsində 
özünü 
qiymətləndirmənin  də  rolu  az  deyildir.  Çünki  tərəflərdən  hər 
hansı  biri  ailədə  özünü  yüksək  qiymətləndirirsə,  bu  zaman 
ailədə  istər-istəməz  narazılıq  yaranır.  Ər  özünü  yüksək 
qiymətləndirirsə, bu halda evdə ancaq onun dediyi fikir, söz və 
qərarın  əsas  götürülməsi deməkdir. Yəni  ailədə  arvadın  dediyi 
ən ağıllı fikir belə ər tərəfindən qəbuledilməz hesab olunur. Və 
bu  zaman  ailədaxili  narazılıq,  münaqişə  baş  verir.  Amma 
ailədaxili  söz-söhbətin  olmaması,  narazılığın  yaranmaması  və 
münaqişənin  baş  verməməsi  üçün  gərəkdir  ki,  tərəflərin  hər 
ikisi  özünü  adekvat  qiymətləndirsinlər.  Yəni  tərəflər  ailədə 
həm öz fikirlərində, davranışlarında, münasibətlərində korrektə 
etməlidirlər.  Bu  zaman  ailədə  qarşılıqlı  anlaşma,  qarşılıqlı 


95
 
 
hörmət  və  rəftar,  səmimi  münasibət  yaranır  ki,  bunun  da 
nəticəsində  ailədaxili  münaqişədən  qaçılmış  oluruq.  Kişi  heç 
bir  halda  özünü  qadından  üstün  tutmamalı,  öz  fikir  və 
qərarlarını  zorla  ona  qəbul  etdirməməlidir.  Qadının  ona  kor-
koranə  qulaq  asmasına,  ona  itaət  etməsinə  təkid  etməməlidir. 
Yəni  ailədə  kişi  patriarxal  qaydalar  tətbiq  etməməlidir.  Çünki 
bu  kimi  adət-ənənələr  artıq  keçmişdə  qalıb.  Belə  olan  halda 
müasir  dövrdə  yaşadığımızı,  cəmiyyətdə  qadınla  kişinin 
bərabər  hüquqa  malik  olduğunu,  qadınların  düşüncə  tərzində 
böyük  dəyişikliklərin  baş  verdiyini  unutmamalıyıq.  Deməli, 
ailədə  tərəflər  özlərinin  həm  cəmiyyət  qarşısında,  həm  də  ailə 
daxilində 
hüquqlarını,  məsuliyyətlərini,  ailə  qurarkən 
götürdükləri  öhdəliklərini  dərk  etməli,  münasibətlərində  bir-
birlərini  aşağıladıcı,  təhqiramiz  ifadələrə  yol  verməməlidirlər. 
Ailədə  sağlam  düşüncə  tərzi  formalaşmalıdır  ki,  ailədaxili 
münaqişələrdən  qaçılmış  olsun.  Əgər  ailədə  qadınla  kişi 
arasındakı  münasibət  ədalət  və  bərabərliyə  əsaslanırsa, 
tərəflərdən  biri  o  birisinə  həqarətlə  baxmırsa,  biri  özünü  o 
birisindən  üstün  tutmursa,  bir-birinə  qarşılıqlı  hörmətlə 
yanaşırsa,  rəftar  və  davranışlarında  bir-birinə  xoş  məram 
nümayiş  etdirirlərsə,  belə  ailələr  uğurlu  və  uzunömürlü 
ailələrdən olacaq. Ailədə həmçinin qarşılıqlı ehtiram, yoldaşlıq 
münasibətləri  hökm  sürməlidir.  Amma  biz  qadın  xarakteri  ilə 
kişi  xarakteri  arasındakı  bir  çox  fərqlərin  olmasını  heç  də 
unutmamalıyıq.  Amerikan  psixoloqun  dediyi  kimi,  “Qadın 
dünyası  kişi  dünyasından  tamamilə  fərqlidir”.  Ailədə  istər-
istəməz  qadın  və  kişi  fərqli  düşüncələrə  sahibdirlər.  Hər  iki 
tərəfin  özünəməxsus  üstün  cəhətləri  vardır  ki,  bu  zaman 
tərəflər  bunu  nəzərə  alaraq  bir-birlərilə  sağlam  səmimi 
münasibət  qurmalıdırlar.  Bu  halda  ailədə  münaqişələrdən  və 
yersiz söz-söhbətlərdən qaçmaq mükündür.  
      Ailədaxili münaqişələrdən danışarkən uşaqlarla valideynlər 
arasındakı münaqişələri də xüsusilə qeyd etmək lazımdır. Ailə 
üzvləri  arasında  münasibətlərin  pozulması  ailədə  tələbatların 


96
 
 
ödənilməməsi  zərurətindən  irəli  gəlir.  Belə  ki,  ailə  üzvlərinin 
maddi (mənzil, ərzaq, geyim və s.) tələbatları ilə yanaşı mənəvi 
sosial  tələbatları  -  hörmət,  qayğı,  nəvaziş,  şəxsi  ləyaqətin 
təsdiqi, özünün gərəkli olduğunu dərk etməyi, ünsiyyət tələbatı, 
qarşılıqlı  anlaşmaya  və  ehtirama  və  s.  olan  tələbataları  da 
ödənilməlidir. Ailədə maddi və mənəvi tələbatların ödənilməsi 
hər  bir  ailə  üzvünün  mənəvi  rahatlığını  təmin  edir,  ailə 
münasibətlərinin  tənzimlənməsində  mühüm  əhəmiyyət  kəsb 
edir. 
      Ailədaxili  münaqişələr  özlüyündə  kiçik  deyil,  qlobal 
problem  hesab  olunur.  Çünki  ailədaxili  münaqişələrə  bir  çox 
amillər  təsir  edir.  Onu  da  unutmamalıyıq  ki,  ailə  cəmiyyətin 
əsas  nüvəsini  təşkil  edir.  Cəmiyyətin  inkişafı  ilk  növbədə 
ailənin  sabitliyindən,  rifahından,  ailə  münasibətlərinin  əxlaqi 
və  mənəvi  dəyərlər  əsasında  təşkilindən  asılıdır.  Cəmiyyət 
həmişə  çalışır  ki,  ailənin  bünövrəsi  sağlam  təməl  əsasında 
qurulsun.  Həm  də  ailə  münasibətlərin  tənzimi  üçün  müxtəlif 
qanunvericilik  aktlarından  istifadə  olunur.  Bu  aktlarda  hər  bir 
ailə üzvünün hüquq və vəzifələri də əks etdirilmişdir.  
     Ailədaxili  münaqişələrin  təzahür  sahələrinə  uşaqlar,  ailə 
üzvləri, yaxın qohumlar və dostlar, cəmiyyət aid edilir. Hər bir 
normal ailə şəraitində boya-başa çatan uşaqlarda yüksək əxlaqi 
keyfiyyətlər,  insanlara  hörmətlə  yanaşma,  özündən  kiçiklərə 
qayğı göstərmək və kömək etmək,  yoldaşlarına qarşı rəftar və 
davranışlarında  səmimiyyət  hissinin  yüksək  olması  təşəkkül 
edə 
bilir.  Münaqişəli  ailələrdə  isə  uşaqlarda  insan 
münasibətlərinin pis nümunələrini nümayiş etdirirlər. 
Ailədaxili  münaqişələr  bütün  ailə  üzvlərinə  təsir  etməklə 
yanaşı,  yaxın  qohum  və  dostlara,  son  nəticədə  isə  ümumən 
cəmiyyətə  mənfi  təsir  göstərir.  Ona  görə  də  həmin  təsirləri  və 
mənfi nəticələri təfsilatı ilə şərh etmədən əsas məsələnin həmin 
münaqişələrin vaxtında düzgün təhlil  edilməsi,  onları  doğuran 
səbəb  və  nəticələrin  dəqiq  müəyyənləşdirilməsi  və  aradan 
qaldırılması  üçün  adekvat  yol  və  vasitələrin  tapılmasındadır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə