Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

83
 
 
onun  barəsində  qəzetdə  yazı  dərc  edilməsini  istəyəndə,  mən 
müxbirlərdən birinə tapşırmışdım ki, xanımın  arzusunu  yerinə 
yetirsinlər.  Növbəti    saylarımızın  birində  İmamirə  xanım  və 
Balaxanım ananın ocağı barədə qəzetdə maraqlı bir yazı verdik. 
Ancaq  bu  dəfə  İmamirə  xanım  təkid  edirdi  ki,  onun  haqqında 
mən  yazım.  Həmin  vaxt  otaqda  başımı  əllərimin  arasına  alıb 
dərin  fikirə  getmişdim.  Elə  bu  zaman  qapı  açıldı,  İmamirə 
xanım içəri girdi: 
-  Ölüm,  (O,  xatirini  çox  istədiyi  adamlara  belə  müraciət 
edirdi  -C.Z.)  mən  səni  başa  düşürəm.  Sən    indi  çox  çətin 
vəziyyətdəsən.  Təmiz  oğlansan,  adamlara  tez  inanırsan,  ona 
görə  də  həmişə  aldanırsan.Hamıya  kömək  etmək  istəyirsən, 
amma elə şeylər  var ki,  o sənin imkanın  xaricindədir. Özün 
barəndə  çox  az    düşünürsən.  Dostların  sənin  xətrini  çox 
istəyir.  Onlar  sənə  kömək  etməyə  hazırdılar.  Sadəcə  olaraq, 
sən  utanırsan,  çəkinirsən...  Mən  sənə  kömək  edəcəyəm. 
Anamın  ruhu  özü  sənin  bağlı  yollarını  açacaq.  Sənin 
haqqında 
yuxarılarda 
danışırlar, 
tezliklə 
onlarla 
görüşəcəksən. - dedi.  
 
      Həqiqətən  iki  gündən  sonra  vəzifəli  bir  şəxs    məni  yanına 
dəvət  edərək,  düşdüyüm  vəziyyətdən  çıxmaq  üçün  mənə 
kömək etmək istədiyini bildirdi. Həmin şəxs mənə münasib bir 
iş təklif etdi. Mən tərəddüd etmədən bu təklifi qəbul etdim. 
Mən  sakitcə  dayanıb  İmamirə  xanıma  baxırdım,  sanki 
sehrlənmişdim. O, mənə yaxınlaşıb əlləri ilə başımı dönə-dönə 
ovxaladı,  kürəyimə  əlini  çəkdi.  Ondan  sonra  özümdə  bir 
yüngüllük  hiss  etdim.  Gördüm  ki,  İmamirə  xanım  həm  də 
böyük  ürək  sahibidir.  Onun  xeyirxah  qəlbi  daim  insanların 
üzünə  açıqdır.  Mən  elə  bilirdim  ki,  İmamirə  xanım  məndən 
inciyib.  
      Sonradan dostum, qardaşım, eyni zamanda həmkarım Akif 
Şahverdiyevin  İmamirə  xanım  haqqında  kitab  yazdığını 
eşidəndə çox sevindim və həm də ürəyimdəki narahatçılığa son 


84
 
 
qoyuldu. Balaxanım ananın ocağından və onun xeyirxah varisi 
İmamirə  xanımdan  asılı  olmayaraq  qəlbən,  ruhən  Balaxanım 
ananın müqəddəs ocağına böyük inam bəsləyəcəyəm. Qoy, bu 
ocağın  istisi  daş  qəlbli  insanların  ürəklərini  qızdırsın,  onların 
könüllərində  əlsiz-ayaqsızlara,  kimsəsizlərə  qarşı  rəhm, 
mərhəmət  hissi  oyatsın,  işığı  isə  qaranlıq qəlbləri,  yolları nura 
boyasın. Amin! 
 
 
                               “Senzura” qəzeti, 14 may  2009 - cu il.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


85
 
 
 
 
  Nadir kəşfin müəllifi azərbaycanlı  
                       qadındır 
 
     Yer  üzünün  əşrəfi  sayılan  insan  yarandığı  gündən    öz 
zəkası,  ağlı,  düşüncəsi,  yaratdığı  möhtəşəm  ədəbi-  mədəni 
abidələri,  elmi  kəşfləri  ilə  həmişə    bəşəriyyəti  heyrətə 
salmışdır. Bu da onun zəkasının intəhasızlığını bir daha sübut 
edir. 
Möcüzələr 
yaradan 
insanın 
həqiqətən 
də 
dərkedilməzliyinə şübhə ilə yanaşılmasına heç bir əsas qalmır. 
 Bu  gün  dərin  zəka  sahiblərindən  birini,  gənc  olmasına  
baxmayaraq, dilçilik sahəsində 400 çap vərəqi,  həmçinin artıq 
5 cildlik  əsəri ilə elm aləmini heyrətə salan, Evrika Beynəlxalq 
Linqvistik  Elmi  Araşdırmalar  Mərkəzinin  prezidenti  Qənirə 
xanım Bəyzadəni oxucularımıza təqdim etmək istəyirik. 
     Gənc  tədqiqatçı-  dilçinin  “Mətn  sintaksisinin  aktual 
problemləri”  adlı  10.000  səhifəlik,  5  cildlik  elmi  əsəri  tam 
hazırdır.  Bu,  5  cildlik  elmi  əsərin  “Mülahizələr,  isbatlar, 
sübutlar”  (I  cild,  800  səhifə)  və  “Mətn  sintaksisinin 
problemlərinə bir nəzər” (II cild, 460 səhifə) iki cildliyi artıq 
işıq üzü görüb. 
     Dilçilik sahəsində tanınmış alim, filologiya elmləri doktoru, 
professor  Ağamusa  Axundov  Qənirə  xanımın  araşdırmalarını 
elm  aləminə  indiyə  qədər  məlum  olmayan,  tamamilə  yeni 
keyfiyyətli-  abstract-  konkret  vahid  kimi  frazafövqü    vahidin 
bütünlüklə insan təfəkkürünün  inkişafının “sıçrayışına” səbəb 
ola  biləcək  bəşəri  xidmt  olduğunu  vurğulayır.  Professorun  
fikrincə,  Beynəlxalq  miqyasda  “Mətn  dilçiliyi”  sahəsində  ilk 
kamil  konsepsiya  Qənirə  xanım  Bəyzadənin  5  cidlik  əsərində 
formalaşdırılır. Bu, 20-30 ilin tədqiqatının məhsuludur. 


86
 
 
Bu  baxımdan  Qənirə  xanım  zamanı  ən  azı  60-70  il 
qabaqlamışdır. 
    Gənc  tədqiqatçının  yaratdığı  bu  konsepsiya  BMT  xətti  ilə 
Beynəlxalq  aləmə  yayılacaq,  daha  doğrusu,  YUNESKO-  nun 
“Elm,  təhsil,  mədəniyyət”  üzrə  inkişaf  proqramının  son 
bəndləri məhz həmin elmi istiqamətə görə  qurulacaq. 
     Qənirə  xanımın  fikrincə,  insan  təfəkkürünün  inkişafı  elə 
həddə  çata  bilər  ki,  o  özü  bilgisayar  səviyyəsini  ötüb  keçər. 
Yeni  keyfiyyətli  abstract-konkret  vahid  fizika,  riyaziyyat, 
fəlsəfə,  məntiq,  psixologiya  və  s.  elm  sahələrinin  tamamilə 
yeni  aspektdən  tədqiq  edilməsini  də  reallıq  qarşısında    qoyur. 
Belə olarsa, insanla bilgisayar heç bir əlavə vasitə olmadan üz-
üzə  ünsiyyətdə  ola  bilər.  Bu  da  bəşəriyyəti  düşündürən  ən 
böyük problemlərdən biridir.  
     Qənirə  xanım  artıq  5  vahid  kəşf  etmişdir.  Yuxarıda  qeyd  
etdiyimiz  bir  vahid  insanı  bilgisayarın  qulu  olmasından  necə 
xilas etməyin elmi  yollarından bəhs edilir. Qalan dörd vahidin 
hərəsi  öz  çərçivəsi  dairəsində  dil  yarusunda  yerləşdiyi  kimi 
insan  təfəkkürünün  inkişafında  məqamına  görə  rolu  var. 
Tədqiqatçının  fikrincə,  insanın  öz-özünün  dərki  ilk  məktəb 
illərindən 
başlayır.Tədrisin 
başlanğıcı 
da 
əlifbadan, 
qrammatikanın  öyrənilməsindən,  yəni  dil  yaruslarının  bir-bir 
tədrisindən sayılır. 
     Bu  baxımdan  Qənirə  xanımın  tərtib  etdiyi  dil  strukturu 
uşaqların  obyektiv  gerçəkliyi  daha  dərindən  qavraması  üçün 
tutarlı dəlil ola bilər. 
Onu  da  qeyd  edək  ki,  10  min  səhifəlik  bu  əsərin  Ginnesin 
“Rekordlar”ı kitabına düşməsi ehtimalı var. 
     Elmi  fundamental  tədqiqat  əsərlərinə  görə  akademik  Yusif 
Məmmədəliyev  adına  mükafata  layiq  görülmüş  Qənirə  xanım 
Bəyzadə,  həmçinin  “Kitabi-Dədə  Qorqud  dastanlarında 
frazafövqi  vahidlərin  antisinasiyası”  və  “Dədə  Qorqud 
dünyası,  müdriklik  dünyası”  adlı  kitablarını  “Kitabi-Dədə 
Qorqud”un 1300 illik yubileyinə hədiyyə etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə