Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

110
 
 
dərslərində  silgi  hazırlayır  və  digər  işlər  görürlər.  Orta 
siniflərin  şagirdləri  dülgərlik  və  çilingərlik  emalatxanasında 
müxtəlif  əşyalar  hazırlayır,  məktəb  avadanlığını  təmir  edir, 
kənd  yerlərində  məktəbyanı  sahədə  məhsul  becərirlər  və  s. 
Yuxarı  sinif  şagirdləri  şagird  istehsalat  briqadalarında,  tədris 
istehsalat kombinatlarında fəaliyyət göstərir, praktikumlar keçir 
və beləliklə də, praktik əmək bacarıqlarına yiyələnirlər. 
     Məktəblərdə şagirdlərin əməyinə aşağıdakı tələblər verilir: 
 
-  əmək  şagirdlərin  zehni  və  fiziki  qüvvələrin  vəhdətdə 
tətbiqinə şərait yaratmalıdır; 
 
-  əmək  məktəblinin  təlim-tərbiyə  məqsədlərini  həyata 
keçirmək vasitəsi yerində çıxış etməlidir
 
-  əmək  prosesində  şagird  gördüyü  işin  ictimai  və  şəxsi 
faydasını şüurlu surətdə dərk etməlidir
 
-  əmək  şagirdlər  üçün  yorucu  və  cansıxıcı  olmamalı, 
məktəblilər əməyə həvəslə qoşulmalıdır; 
 
-  əmək  tərbiyəsi  kommunist  tərbiyəsinin  digər  sahələri  ilə 
əlaqəli  şəkildə  həyata  keçirilməli,  tərbiyə  işinə  kompleks 
qaydada yanaşmaq tələbi əsas götürülməlidir
 
-  şagird  əməyin  məqsədini  və  nəticələrini  əvvəlcədən  dərk 
etməlidir və s. 
 
     Əməyin birinci vəzifəsi şagirdin hərtərəfli inkişafına xidmət 
göstərməkdən ibarətdir. 
     Şagird  əməyini  üç  mühüm  növə  bölürlər:  özünəxidmət 
əməyi, ictimai-faydalı əmək və məhsuldar əmək. 
Özünəxidmət  əməyinin  əsası  ailədə  qoyulur  və  bu  iş 
məktəbdə davam etdirilir. Əməyin bu növünə özünün gigiyenik 


111
 
 
qayğısına  qalmaq,  paltarlarını,  dərs  ləvazimatlarını  səliqə  ilə 
saxlamaq, iş yerini sahmana salmaq, yataq yerini yığışdırmaq, 
yemək  hazırlamaq,  paltarını  yamamaq,  ailədə  kiçiklərə  və 
böyüklərə kömək etmək kimi iş növləri daxildir. Özünəxidmət 
əməyi ictimai-faydalı əməyin ilk mərhələsi yerində çıxış edir. 
Başlıca  fərq  burasındadır  ki,  özünəxidmət  ailə  və  məktəb 
çərçivəsi  ilə  məhdudlaşır,  ictimai-faydalı  əmək  isə  həmin 
çərçivə  ilə  məhdudlaşmır,  məktəbin  əhatə  etdiyi  ərazini  də 
əhatə edir. (kolxoza kömək, yaşıllaşdırma işləri və s.) 
     Məhsuldar  əmək  bilavasitə  maddi  nemətlər  istehsalı  ilə 
bağlıdır.  Məsələn,  şagirdlərin  məktəbyanı  sahədə  məhsul 
yetişdirmələri,  istehsalat  briqadalarında,  tədris-istehsalat 
kombinatlarında  işləmələri  bilavasitə  məhsuldar  əməklə 
bağlıdır. 
     Əmək  tərbiyəsinin  təşkil  formalarından  biri  məktəblərarası 
tədris-istehsalat  kombinatlarıdır.  1974-cü  il  avqustun  23-də 
SSRİ  Nazirlər  Soveti  “Şagirdlərin  əmək  təlimi  və 
peşəyönümü 
üçün 
məktəblərarası 
tədris-istehsalat 
kombinatlarının  təşkili  haqqında”  qərar  qəbul  etmiş  və 
göstərmişdir  ki,  İX  –X  sinif  şagirdlərinin  əmək  tərbiyəsini 
təşkil  etməyin  yeni  formalarından  biri  məhz  həmin 
kombinatlardan  ibarət  olmalıdır.  Bu  cür  kombinatlar  müxtəlif 
müəssisələrin  birgə  səyi  ilə  təşkil  olunur  və  yuxarı  sinif 
şagirdlərinin  əmək  tərbiyəsi  həmin  kombinatlarda  həyata 
keçirilir.  Belə  kombinatları  maarif  orqanları  yaradır, 
kombinatlar  məhz  bu  orqanlara  tabe  olur.  Azərbaycanda  belə 
bir  kombinat  ilk  dəfə  olaraq  Bakının  Nərimanov  rayonunda 
təşkil olunmuşdur. 
     1982-ci 
ilin 
məlumatına 
görə  respublikada  belə 
kombinatların sayı 77-dir və onlar 51 peşə üzrə külli miqdarda 
şagirdi əhatə edir. 
      Kənd  yerlərində  isə  şagird  istehsalat  briqadaları  1955-ci 
ildən fəaliyyət göstərir. Əmək tərbiyəsinin ikinci təşkil forması 
məhz  bu  briqadalardan  ibarətdir.  İndi  ölkə  üzrə  40  min  belə 


112
 
 
briqada  fəaliyyət  göstərir  ki,  onlar  da  71  min  məktəbi  əhatə 
edir.  Bizim  respublikada  belə  briqadaların  sayı  1982-ci  ilin 
məlumatına görə 2500 - dür. 
      Əmək  tərbiyəsinin  üçüncü  təşkil  forması  kənd  yerlərində 
məktəb  meşəçiliyindən,  şəhərdə  isə  əmək  və  istirahət 
düşərgələrindən  ibarətdir.  Bu  göstərilənlər  əmək  tərbiyəsinin 
yeni  formaları hesab olunur. Ənənəvi  forma isə  əmək dərsləri 
və digər əmək məşğələləridir. 
      Düzgün  aparılan  əmək  tərbiyəsi,  təlim  və  peşəyönümü, 
məktəblilərin  ictimai  faydalı,  məhsuldar  əməkdə  bilavasitə 
iştirakı  təhsilə  şüurlu  münasibətin,  şagirdlərin  vətəndaş  kimi 
yetişməsinin,  şəxsiyyətin  mənəvi  və  intellektual  cəhətdən 
formalaşmasının, fiziki inkişafının əvəzsiz amilləridir. Məktəb 
məzunlarının  gələcək  taleyi  necə  olursa-olsun,  əmək  mətinliyi 
fəaliyyətin  hər  bir  sahəsində  onlara  lazım  olacaqdır.  Şagirdlər 
bunu  yaxşı  dərk  etməli,  müəllimlər,  valideynlər,  bütün 
ictimaiyyət bunu dərindən başa düşməlidir. 
     Təlimin  məhsuldar  əməklə  birləşdirilməsi  şagirdləri  aşağı 
siniflərdən  başlayaraq  özlərinin  cansağlığı  və  yaşı  üçün 
münasib  olan  müntəzəm,  mütəşəkkil  ictimai-  faydalı  əməyə  -
cəmiyyətə lazım olan əsl əməyə cəlb etməyi nəzərdə tutur. 
     Məktəbdə  əmək  tərbiyəsinin  və  təlimin  məqsədi  bunlar 
olmalıdır:  
 
- əməyə məhəbbət və əmək adamlarına hörmət aşılamaq; 
-şagirdləri  müasir  sənaye  və  kənd  təsərrüfatı  istehsalının, 
tikintinin,  nəqliyyatın,  xidmət  sahəsinin  əsasları  ilə  tanış 
etmək; 
 
-  təhsil  və  ictimai  faydalı  iş  prosesində  onların  əmək 
vərdişlərini və bacarıqlarını formalaşdırmaq; 
-  şüurlu  surətdə  peşə  seçməyə  və  ibtidai  peşə  hazırlığı 
almağa sövq etmək. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə