Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

97
 
 
Belə  ki,  ilkin  nikaha  qoşulan  gənclər  hökmən  psixoloji 
testlərdən 
keçməlidir.  Bu  testlər  “anket  sorğuları”, 
“müsahibələr”  və  “proyektiv  üsullar”dan  istifadə  edilməklə 
yeni  evlənən  cütlüklər  arasında  aparılmalıdır.  Testlərin 
nəticələri  psixoloq  tərəfindən  hərtərəfli    təhlil  edilməli  və 
doğru-dürüst  nəticə  əldə  edilməlidir.              Testlərin  nəticələri 
imkan 
verəcəkdir 
ki, 
yeni 
evlənənlərin 
xarakterik 
xüsusiyyətləri  məlum  olsun.  Xüsusən  psixoloji  test  olan 
“proyektiv  üsul”  tərəflərin  bir-birindən  saxladığı  xarakterik 
xüsusiyyətlərin  hətta,  ən  kiçik  və  gizli  detalları  belə  psixoloq 
tərəfindən  müəyyən  edilir.  Bundan  sonra  psixoloq  tərəflərlə 
əvvəlcə  ayrı-ayrılıqda,  daha  sonra  isə  birlikdə  söhbət 
aparmalıdır.  Hər  iki  tərəfin  çatışmayan  cəhətləri  ortalığa 
qoyulmalı və bunların aradan qaldırılmasında müxtəlif üsul və 
vasitələrdən  istifadə  edilməli,  birlikdə  çıxış  yolları  arayıb 
tapılmalıdır.  Bu  zaman  tərəflər  öz  səhvlərini  etiraf  etməyi 
bacarmalıdırlar  və  bunların  aradan  qaldırılmasında  qarşılıqlı 
cəhd 
göstərməlidirlər.  Bu  zaman  psixoloq  psixoloji 
məsləhətlərdən istifadə etməlidir. 
      Ailə  başçısı  bağışlamağı  bacarmalıdır.  Bu,  şəxsin 
alicənablığından  və  əxlaqından  irəli  gəlir.  İffət,  namus, 
qarşılıqlı hörmət və məhəbbət ailənin açarı və sifətidir. 
      İnsanın səxavəti, mədəniyyəti və əxlaqı varsa heç vaxt zora 
arxalanmaz,  kobudluğa  yol  verməz.  Ailədə  kişi  idarəçilikdə 
zordan 
istifadə 
etməz. 
Çünki  zor  Allah  tərəfindən 
bağışlanmayan bir günah kimi qəbul edilir. 
     İslama  görə  kişinin  qadın,  qadının  da  kişinin  boynunda 
haqqı  var.  Məhəmməd  Peyğəmbər  (s.ə.s.)  buyurur:  Hər  kim 
zövcəsini  vursa,  qiyamətdə  mən  onun  düşməniyəm. 
Qadınlarınızı  incitməyin.  Zövcəyə  xidmət  etmək  böyük 
günahların kəffarəsi sayılır. Allahın qəzəbini soyudur... 


98
 
 
      R.  Taqor  belə  bir  fikir  söyləmişdir:  "Kişi  ağzı  kəsməz  kor 
balta  o,  işləndikcı  itilənər.  Qadın  isə  incə  almazdır,  onu  zora 
salmaq olmaz" 
     Ailə başçısı kimi kişi, bu vəzifəni ləyaqətlə yerinə yetirməyi 
bacarmalı,  idarəçilikdə  ədalətə,  insafa,  əxlaqa,  ədəbə,  hörmət 
və məhəbbətə söykənməli, onlardan faydalanmalıdır. 
     Kişinin vəzifəsidir ki, ailə həyatının mühitində öz ömür-gün 
yoldaşı  ilə  ədəb  və  kəramətlə  rəftar  etsin,  onun  xətalarının 
üstündən  sükutla  keçsin,  səbrli  olsun.  Bu  minvalla  ailə  həyatı 
da davamlı olar. 
 
                                                    Bakı, 06 fevral 2015-ci il.                                                                                 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


99
 
 
     Şagirdlərə fərdi yanaşma prinsipi 
 
     Müasir  dövrdə  insanın  hərtərəfli  inkişaf  etdirilməsi 
məktəblərimizin  qarşısında  ən  mühüm  vəzifə  kimi  durur. 
Şagirdlərin  təlim,  tərbiyə,  bilik  və  bacarıqlarını  yüksəltməkdə 
fərdi yanaşma prinsipi mühüm rol oynayır. 
     Fərdi yanaşma prinsipi hər bir şagirdin ahəngdar inkişafına, 
onun  biliyində  və  əxlaqında  nəzərə  çarpan  qüsurları  vaxtında 
görüb  aradan  qaldırmağa  və  müsbət  cəhətləri  daha  da  inkişaf 
etdirməyə imkan verir. 
      Uşaq  yaşa  dolduqca,  onun  fərdi  xüsusiyyətləri  də  inkişaf 
edir və formalaşır. Müəllim təlim prosesində bu xüsusiyyətləri 
nəzərə  almalıdır,  həm  də  necə  rəftar  apardığını  da 
unutmamalıdır.  Sevimli  şairimiz  S.  Vurğun  yazırdı: 
“Müəllimlik  işində  adamlarla,  xüsusən  şagirdlərlə  mədəni 
rəftar  böyük  əhəmiyyət  kəsb  edir.  Uşaqlarla  mədəni 
davranmağı  bacarmayan  müəllim  yüksək  nüfuz  sahibi  ola 
bilməz.  Həssas  uşaq  ürəyi  haqsızlığa,  əsasız  məzəmməti, 
ədalətsizliyi heç cür bağışlamır. Belə uşağın həvəs və ümidləri 
qırılır, onun mənəvi aləmi xəzan vurmuş bir bağçanı andırır.” 
 Müəllim  o  vaxt  şagirdlərə  təsir  göstərmək  üçün  əlverişli  yol 
tapa  bilər  ki,  şagirdlərin  fəaliyyətində  onları  işə  sövq  edən 
səbəbləri dərindən öyrənsin. 
     Fərdi  yanaşma  hər  bir  şagirdin  qabiliyyətinin,  marağının, 
meylinin, bilik və bacarığının formalaşmasına imkan verir. 
     Fərdi  yanaşma  prinsipinin  mahiyyəti  marksizm-leninizm 
kalssiklərinin,  klassik  pedaqoqların  və  digər  elm  xadimlərinin 
əsərlərində daha aydın göstərilmişdir. 
     F.Engels 
insanlar 
arasındakı 
fərdi 
keyfiyyətlərin 
mövcudluğundan  bəhs  edərək  yazırdı:  “İki  adamın  və  ya 
insanın  iradəsinin  özlüyündə  tamamilə  bir-birinə  bərabər 
olduğu  nəinki  aksiom  deyil,  hətta  çox  böyük  mübaliğədir. 
Ümumiyyətlə, əxlaqca tam bərabər olan iki adam yoxdur.” 


100
 
 
     Y.A.Kamenski, qabiliyyətlərə görə insanlar arasındakı fərdi 
fərqləri 
müəyyən  edərkən  yazırdı:  “Bəzi  adamların 
qabiliyyətləri  iti,  o  birilərinki  kütdür,  bəzilərinki  yumşaq  və 
elastiki,  o  birilərinki  isə  sərt  və  yenilməzdir;  bəziləri  bilik 
naminə  biliyə  meyl  edir,  o  biriləri  isə  mexaniki  fəaliyyətdən 
zövq  alır.”  O,  müəllimlərdən  tələb  edirdi  ki,  əgər  onlar  “… 
şagirdlərə güzəştlə və nəzakətlə yanaşsalar, şagirdlərin qəlbini 
sərt ifadələri ilə sındırmasalar, əksinə onları atalıq məhəbbəti, 
nəvazişi və nəsihətləri ilə özlərinə cəlb etsələr, əgər müəllimlər 
ən  çalışqan  şagirdləri  bəzən  tərif  etməklə  həvəsləndirsələr, 
şagirdlərinə  şəfqətli  münasibət  göstərsələr,  asanlıqla  onların 
qəlbini  özlərinə  elə  cəlb  edərlər  ki,  uşaqlar  məktəbə  gəlməyə 
evdə qalmaqdan daha artıq həvəs göstərərlər.” 
     Böyük  rus  alimi  M.V.  Lomonosov  bu  haqda  yazırdı: 
“Müəllim  hər  bir  şagirdin  qabiliyyətinə  nəzər  yetirməlidir  ki, 
kimdən nə gözləmək və hər kəsə nə kimi tələblər vermək olar.” 
    Lakin  tanınmış  pedaqoq  A.Bine  fərdi  yanaşma  prinsipinə 
başqa  mövqedən  yanaşır.  O,  insanlar  arasındakı  fərdi 
keyfiyyətlərə öz sinfi baxımından yanaşır, müəyyən keyfiyyəti 
bir sinfin uşaqları üçün labüd, dəyişməz bir hal kimi götürür. 
   İnsanın  fərdi  xüsusiyyətlərini  dəyişməz,  yalnız  irsiyyətdən 
asılı  olan,  müəyyən  yaşda  meydana  çıxan,  təlim-tərbiyədən 
asılı  olmayan  əlamətlər  kimi  tədqiq  edən  bəzi  pedaqoqlar 
yalnız hakim sinfin mənafeyindən çıxış edirlər. 
    Böyük  rus  pedaqoqu  K.D.  Uşinski  göstərirdi  ki,  bilavasitə 
təlim-tərbiyə  işi  ilə  məşğul  olan  müəllim,  uşağı,  onun  inkişaf 
xüsusiyyətlərini,  keçirdiyi  həyat  şəraitini  yaxşı  öyrənməlidir. 
Böyük 
pedaqoq 
bu 
məqsədlə 
müəllimlərdən 
uşaq 
psixologiyasını  öyrənməyi  tələb  edərək  yazırdı:  “Tərbiyəçi 
insanı  həqiqətdə  olduğu  kimi  bilməli,  onun  bütün  zəif  və 
qüvvətli cəhətləri ilə, bütün gündəlik xırda ehtiyacları və eləcə 
də  böyük  ruhi  tələbləri  ilə  tanış  olmalıdır.  Tərbiyəçi  insanı 
ailədə,  cəmiyyətdə,  xalq  arasında,  bəşəriyyət  içərisində  və  öz 
vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə