Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   10   11   12   13   14   15   16   17   ...   98

47
 
 
oxumuşdum.  Həqiqət  xanım  Kərimovanın  yüksəs  insani 
duyğularla bu gözəl  və  nəcib  xanımı  oxuculara təqdim etməsi 
özü  də  xeyirxah  bir  işdir.  Yazarın  hədsiz  dərəcədə  hissetmə 
qabiliyyətinə, 
erudisiyaya, 
insan 
təbiətinin 
gözəlliyini, 
rəngarəngliyini  və  onların  sirli  aləmindən  özünəməxsus  tərzdə  
söz    açması istər- istəməz hər bir  adamı düşünməyə məcbur 
edir.  Bir  yazıçı  kimi  mənim  Şəfiqə  xanım  arasında  tanışlıq 
körpüsünü də Həqiqət xanım salmışdı. İlk  tanışlıqdan, Şəfiqə 
xanım  barəsində məndə gözəl   təəssüratlar oyandı.        
     Şəfiqə  xanımı  hər  şeydən  öncə  adamlara  sevdirən  onun 
sadəliyidir.İngilislərin  belə  bir  zərbi-məsəli  var:“Sadəlik- 
böyüklükdür.” 
      Şəfiqə xanımın seçdiyi  peşə  dünyada  ən müqəddəs və  ülvi 
peşələrdəndir.  O,  müəllimlik  peşəsini  hər  şeydən  uca  tutur  və 
ömür  boyu  da  ona  sadiq  qalmışdır.  Şəfiqə  xanım  təmiz  və 
şərəfli müəllim adını bu çətin  günlərdə də qoruyub saxlamağı 
bacaran əsl  ziyalı qadındır. 
      Bir  dəfə  dünya  fatehi  İsgəndərə  belə  bir  sual  verirlər: 
Atanı  çox  istəyirsən,  yoxsa  müəllimini?”  İsgəndər  cavab  
verir:  “Atam  məni  dünyaya  gətirib,  müəllimim  isə  mənə 
əbədiyyət bəxş edib.” 
 Şəfiqə xanım dərs dediyi şagirdlərini çox sevir, onların qəlbinə 
yol  tapmağı  bacarır, hər birinə öz doğma övladı kimi  yanaşır, 
qayğısına qalır, dərdlərinə şərik olur, sevinclərini birgə bölüşür. 
Buna  görə uşaqlar da Şəfiqə xanımı çox istəyir, ona öz doğma 
analarıtək  hörmət və ehtiram bəsləyirlər. O, heç kəsə laqeyd və 
biganə  deyildir.  Kimliyindən  asılı  olmayaraq  hamıya  hər 
zaman  kömək  əlini  uzatmağa  hazırdır.  Hər  şeydən  öncə  bu, 
Şəfiqə xanımın böyük insaniyyətindən irəli gəlir. 
     Bir  dəfə  qədim  filosof  Sokratdan  soruşurlar:  “İnsanda  ən 
çox  nəyi  qiymətləndirirsən?”  Filosof  tərəddüd  etmədən  cavab 
verir: “İnsaniyyəti.” 
      İnsan  üçün  insaniyyətə  tam  sahib  olmaq  ən  böyük  səadət, 
ən  böyük  qəhrəmanlıq,  ən  böyük      şərəfdir.  İnsaniyyət 


48
 
 
xeyirxahlığı,  insana  məhəbbəti,  qayğıkeşliyi,  həssaslığı, 
diqqətliliyi,  dərdə    şərikliyi  və  s.  özündə  ehtiva  edir.  Bu 
baxımdan  Şəfiqə  xanımda  hər  şeydən  əvvəl,  insana  qayğı  ilə 
yanaşmaq,  ona  həssas  münasibət    bəsləmək,  onun  bütün 
tələblərinə  diqqətli  olmaq,  insan  ləyaqətinə  hörmət  etməyi 
bacarmaq qabiliyyəti çox yüksəkdir. 
      Şəfiqə 
xanım  insani  münasibətlərdə  vəzifə    və 
mövqeyindən  asılı  olmayaraq  bütün  insanlara  eyni  münasibət 
bəsləyir. O, bəzən adamların özünə və başqalarına qarşı qeyri-
bərabər münasibəti gördükdə narahat olur. Şəfiqə xanım bu cür 
münasibəti  ədalətsizlik,  haqsızlıq  hesab    edir.  Onun  fikrincə, 
hər  bir  adama  bərabər  münasibət  bəslənilməsi  insanın 
şəxsiyyətinin    böyüklüyünün,  onun  ləyaqətinin  dərin  hörmətə 
layiq  olduğunun  əsas  meyarıdır.  Məhz  Şəfiqə  xanımın  özü 
hazırda böyük hörmətə layiq  ziyalıdır. Hörmət insana  böyük 
dayaqdır.  İnsana  hörmətlə      yanaşmaq  şəxsiyyəti  öz  gözündə 
yüksəldir,  ona  əminlik,  öz  qüvvəsinə  inam  yaradır,  bir 
şəxsiyyət  kimi  onun    ictimai  dəyərini  artırır.  Şəfiqə  xanım  bu 
cür  insani  keyfiyyətləri  çox  gözəl  anlayır  və  ona  görə  də 
bunları  özünün həyat devizinə  çevirmişdir. Təbiidir ki, özünə 
hörmət  olunduğunu  hiss  edən  şəxsiyyət  öz  şərəfini  və 
ləyaqətini  daha  dərindən  dərk  edib  qiymətləndirir  və  həmişə 
onları  qorumağa çalışır. Hörmət eyni zamanda birbaşa insanın 
qəlbinə  təsir  edir,  onu  həlimləşdirir,  kövrəkləşdirir  və 
xaraktercə      mülayimləşdirir.  Səmimi  hörmət  və  mehribanlıq 
insanı həyata bağlayan ən möhkəm tellərdir. Şəfiqə xanımı da 
insanlara  sevdirən  onun  səmimiliyi  və  mehribançılığıdır.  Bir 
sözlə desək, hörmət edənə hörmət olunur. Bu, həyatın bir növ 
obyektiv  qanunudur.  Hörmət  edilmək,  cəmiyyətin  bütün 
təbəqələri  arasında  hörmət-  izzət  sahibi  olmaq  məncə,  ən 
böyük səadətdir. Sadəlik, hörmətlilik, səmimiyyət, mehribanlıq 
həqiqi  böyüklüyün  və  mənəvi  zənginliyin,  ən  başlıcası  isə 
insaniyyətin ən gözəl nümunələridir. Bu böyük səadət də məhz 
hamımızın sevimlisi Şəfiqə xanıma nəsib olubdur. 


49
 
 
     Şəfiqə  xanım  ən  çox  mənəviyyat  adamıdır.  O,  adamlarda 
əxlaqi keyfiyyətləti, mənəvi zənginliyi, intellektual səviyyənin 
dərinliyini  yüksək  qiymətləndirir  və  həyatda  hər  şeyi  ağlın, 
zəkanın  fövqündə  dayandığını  israr  edir.  Bu  cəhətinə  görə 
Şəfiqə  xanımın  alimlər,  akademiklər  ümumiyyətlə,  elm 
adamları və ziyalılar arasında böyük hörməti var. 
     Şəfiqə 
xanım  eyni  zamanda  Allah  adamıdır.  O, 
kimsəsizlərə,  yetim  uşaqlara  himayədarlıq  edərək  onların 
qəlblərinə öz xeyirxahlığıyla nur çiləmiş, onlar üçün heç kəsin 
bəxş edə bilmədiyi sevinci, ümid çırağını   yandırmışdır. Əgər 
bir kimsə  yetim  bir kəsə  əl  tutub, onu      sevindirərsə, bu işin 
səvabı  axirət  dünyasında    bütün  səvablardan  üstün  tutulur.  Bu 
baxımdan  Şəfiqə  xanım  axirət    dünyasını  bəzəyən  Allah-
təalanın əziz bəndələrindən hesab olunur. 
      Şəfiqə  xanımın  gözəl  insani  keyfiyyətlərindən  çox 
danışmaq    olar,  amma  mən  kimsənin  fikirlərini    təkrarlamağı 
xoşlamıram. Şəfiqə xanım həm də saatlarla Allah  kəlamlarını 
diqqətlə dinləyən və onları özündə əxz etməyə çalışan, üzündə 
həmişə  həya    rübəndi  olan  əsl  müsəlman  qadınıdır.    Könüllər 
aydınlaşdıran,  fikirlər  ziyalandıran  elm  və  hikmət  günəşi 
Həzrəti-Əli (ə) dediyi kimi: “ Allah kəlamı qəlbin dərmanıdır.” 
       Azərbaycan  Ziyalılar  Cəmiyyəti  rəyasət    heyətinin    üzvü, 
respublikanın əməkdar  müəllimi    Şəfiqə xanım Əliyeva artıq 
bir çox insanların həyat idealına çevrilmişdir. 
     Çox  qısa  bir zaman  kəsiyində  Şəfiqə  xanımla  görüşdə  mən 
onun bəzi xarakterik xüsusiyyətlərini  açmağa çalışdım. Amma 
bütün  bunlara  baxmayaraq,  bu  insanda  hələ    açılası  çoxlu 
müsbət  xarakterik      cizgilər  mövcuddur.  Çünki  mən  Şəfiqə 
xanımda  hər  şeydən  öncə  gözlərinin    dərinliyində  sanki  uzun 
illərdən bəri zərrə-zərrə yığılmış və nəticədə  daşlaşmış  kədər, 
qəm,  qüssə  gördüm.  Əlbəttə,  bu    Şəfiqə  xanımın  çöhrəsinə 
yaraşmırdı.  Mən  hiss  etdim  ki,  bu,  nəcib,   xeyirxah  və  böyük 
ürək  sahibi  çalışır  ki,  bu,  qəmi,  kədəri  bir  kimsə  görüb 
duymasın. Bu xüsusiyyət Şəfiqə xanımın böyük iradi qüvvəyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə