Hava gəmisinin silahla zəbt olunması



Yüklə 13,88 Kb.
tarix16.11.2017
ölçüsü13,88 Kb.

Yaşadığımız dünyanın ən global problemlərindən biri olan “terorizim” dir.Teror aktlari hələ ən qədim zamanlardan yaranmağa başlamışdır və özünü müxtəlif dövrlərdə müxtəlif formalarda göstərmişdir.Bizim baxacağımız mövzu aviasiyada teror,baş verən teror aktlarının fazaları olacaq.

Aviasiyada baş verən teror aktları fazalarına görə 4 grupa bölünür.



  1. Cinayətdən qacma

  2. Hava gəmisinin silahla siyasi zəbt olunması

  3. Hava gəmisinindən olmayan silah novü kimi istifadə

  4. Kimyəvi, bioloji, informasion hədələr

Cinayətdən qacma- Bu faza üçün ən əhəmiyyətli terror aktlarından biri də, 1985-ci ildə livan terrorçuları tərəfindən TWA aviaşirkətinə məxsus olan və Afinadan-Romaya 847 saylı reyslə uçan təyyarənin zəbt edilməsidir. Təyyarənin Beyrutda yerə enməsini və 435 livan və fələstinli dustağın azad edilməsini tələb edən terrorçular, bir sərnişini öldürdülər və iki həftəlik girovluqdan sonra 155 sərnişini azad etdilər. Bu qanunsuz müdaxilə aktından sonra və Yaxın Şərqdə terror aktlarının sayının artması səbəbindən 1985-ci ildə ABŞ-da Federal hava marşalları institutu haqqında qanun imzalandı. 1985-ci ildə Air İndia aviaşirkətinə məxsus təyyarənin partladılması da bu fazaya aid terror aktlarından ən əhəmiyyətlisindəndir. Yerüstü xidmətlər personalı, sahibi məlum olmayan cantanı hava gəmisinə yükləməsi səbəbindən təyyarənin heyət üzvləri və bütün sərnişinlər həlak olmüşlar. 21 dekabr 1988-ci ildə Şotlandiyanın Lokerbi şəhəri üzərində Pan Am aviaşirkətinə məxsus 103 saylı London-Nyu-York reysini həyata keçirən təyyarə radio-kasetli maqnitofonun içərisində quraşdırılmış partlayıcı qurğunun işə düşməsi səbəbindən partladılmışdır. Nəticədə təyyarədəki 259 nəfər və yerdə 11 nəfər həlak olmuşdur.

Hava gəmisinin silahla zəbt olunması-bu fazada əsasən maraq dairəsi terrorist tərəfindən kimisə öldürmək və ya maddi ziyan vurmaq səbəb deyildir,bu fazada əsas marağ dairəsi əsasən həbsdə olan dustağların azad olunması,iqtisadiyyatın dağıdılmsı,hər hansısa siyasi qərarin dəyişdirilməsi və ya ləğvi tələb olunurdu.

Qeyd edildiyi kimi, 1985-ci ildə livan terroristləri tərəfindən, sərnişinlə dolu TWA amerika aviaşirkətinə məxsus Boeing-727 sərnişin təyyarəsinin zəbt edilməsi, sərnişinlərin iki həftə ərzində girov saxlanması, bu təyyarənin Yaxin Şərq regionunda sanksiyalaşdırılmamlş uçuşları, sərnişinlərdən birinin öldürülməsi, azad edilmiş girovlarla müsahibə, amerika telekanalları tərəfindən praktik fasiləsiz transilyasiya olunurdu. Ayrica götürülmüş bu terror epizodunun birbaşa və dolayısı ilə işıqlandırılmasının nəticəsi kimi, 850.000 amerikalı sərnişin terror aktlarının qurbanı olmaq qorxusundan, xaricə səfər etməkdən imtina etdi; 200.000 nəfər insan öz məzuniyyətlərini ölkə ərazisində keçirməyə üstünlük verdi. İtaliyaya əvvəlcədən bronlaşdırılmış amerika turlarının 50% , Yunanıstana amerika turlarının 30% qaytarıldı, bu da öz növbəsində həmən dövlətlərin iqtisadiyyatına çox güclü ziyan vurdu. Gətirilən konkret misal, aviasiya terrorizminnin dəyişmə dinamikasını, onun ayrıca götürülmüş nəqliyyat sahəsindən kənara çıxmasını və iki yeni ölçüyə malik olmasını təsdiq edir ( iqtisadi və psixoloji müharibə ).



Hava gəmisinindən olmayan silah növü kimi istifadə-belə növdən olan teror hadisələrində əsasən daha cox insan tələfati məhvi olur.Bu növdən olan hadisələr 11 sentyabr hasisəsini misal cəkmək olar.11 sentyabr hadisələri zamanı, mülki təyyarələrin kütləvi qırğın silahı kimi istifadə edilməsi aviasiya üçün yeni təhlükənin yaranmasını göstərdi. Bu hadisələr aviasiya üçün ona görə yeni təhlükə yaratmışdır ki, həmin gün 19 terrorçu aşağıdakılara müvəffəq olmuşlar:

• Hava gəmisinin enmə qaydalarına heç bir maraq göstərmədən amerika uçuş məktəblərində müvafiq təlim keçmələrinə;

• Amerikanın 3 müxtəlif ştatlarının 3 müxtəlif aeroportlarında (Loqan İnternational – Massaçusets, Dulles İnternational – Vaşinqton, Nevark İnternational – Nyu-Cersi) heç bir şübhə döğurmadan biletlərini qeydiyyatdan keçirməyə;

• Sərnişin zonasına girən zaman onlar CCTV videokameralarına yazılmış, lakin onlara qarşı heç bir maraq göstərilməmişdir;

• Təyyarəyə minməzdən əvvəl onlar əl yükləri ilə birlikdə 4 yoxlama-nəzarət məntəqəsindən keçmişlər. Onların əl yükündə hücüm zamanı istifadə olunan bıçaqlar da olmuşdur;

• Yalnız bıçaqlardan istifadə etməklə, iki amerika şirkətlərində (American Airlines və United Airlines) hazırlıq keçmiş müxtəlif təyyarələrin ekipajlarının öhdəsindən gəlmişlər;

• Təyyarə havaya qalxdıqdan sonra, 4 təyyarədə (reyslər: AA 11, AA 77, UA 93, UA 175) ekipajın kabinələrinə girə bilmişlər;

• Uzun müddətə uçuş istiqamətini dəyişə bilmişlər - istiqamətinin dəyişilməsi və qəza arasındakı vaxt belə olmuşdur: AA 11- 17 dəq., AA 77 – 38 dəq, UA 93 – 50 dəq, UA 175 – 21 dəq,;

• Uçuş istiqamətinin dəyişilməsi hərbi hava qüvvələrinin diqqətini cəlb etməmişdir, baxmayaraq ki 3 ayrı-ayrı həmlələr 2 müxtəlif rayonlarda (2-si Nyu-Yorkda, 1 isə Vaşinqtonda) 53 dəqiqənin ərzində baş vermişdir;

• Onlar əmin idilər ki, hava gəmilərində mühafizəçilərin və yaxud ekipajın kabinələrində silahın olmaması səbəbindən heç bir müqavimətə rast gəlməyəcəklər. Yəni adi silahlanma (xalça və karobka bıçaqları) kifayət idi;



• Əgər terrorçular 4-cü təyyarədə (UA 93) sərnişinlərin və ekipajın müqavimətinə rast gəlməsəydilər, çox guman ki, o da qırğın silahına çevrilə bilərdi. Ehtimal edilir ki, bu təyyarə atom elektrik stansiyasına çırpılmalı idi.

Kimyəvi, bioloji, informasion hədələr- Bu dövrdə terrorçular kimyəvi silahlardan, partlayıcı mayelərdən, bakterioloji silahlardan və informasiya terrorizmindən istifadə edirlər.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə