43
42
15.
YERİN GÜNƏŞ ƏTRAFINDA HƏRƏKƏTİ
Nicatın otağının pəncərəsi cənuba baxır. Qışda günortaüstü dərsə hazırlaşanda
Günəş şüaları pəncərədən onun gözünə düşür və ona mane olur. Yayda isə həmin
saatlarda onun otağına Günəş şüaları düşmür.
· Bunun səbəbi nədir?
Yada salın.
Yada salın.
Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln.
km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46
saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq
altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına,
yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir
( ). 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar
olur. Bu zaman Günəş şüaları günorta ekvator üzərinə düzbucaq (90°) altında
düşür. Bu,
zenit vəziyyəti adlanır. Bu vaxt Yer kürəsində gecə və gündüzün uzun-
luqları bir-birinə bərabər olur, hər iki yarımkürə eyni miqdarda Günəş istiliyi və
işığı alır.
c
21 martda aşağıdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağını müəyyən edin:
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
AÇAR SÖZLÄR
Zenit vəziyyəti
Qış gündönümü
Yay gündönümü
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
30° c.e.
90°-30°=60°
66,5° şm.e.
23,5° c.e.
70° şm.e
Günəş şüalarının Yer səthinə 90°-lik bucaq altında
düşməsi
__ adlanır. Yerin meyilli hərəkətindən asılı olaraq zenit
vəziyyəti __ şimal tropikində, __ isə cənub tropikində olur.
Həmin günlərdə hər hansı məntəqədə Günəş şüalarının düşmə bucağını
təyin etmək üçün məntəqənin yerləşdiyi coğrafi enliklə Günəşin zenitdə oldu-
ğu enlik arasındakı dərəcə fərqi 90°-dən çıxılır. Məsələn: Bakının yerləşdiyi
40° şimal enliyində bu göstərici 90 – 40=50° olacaqdır.
Yerin meyilli hərəkətindən asılı olaraq zenit, vəziyyəti 22 iyunda – yay
gündönümündə 23,5° şimal enliyində – şimal tropikində, 22 dekabrda – qış
gündönümündə 23,5° cənub enliyində – cənub tropikində olur ( ).
d
1. Sxemə əsasən doğru fikirləri müəyyən edin.
А) Bakıda qış fəslidir. В) Cənub yarımkürəsi şimal yarımkürə-
sinə nisbətən daha çox istilik alır. С) Günəş
şimal tropik xətti
üzərində zenitdədir. D) Günəş ekvator xətti üzərində zenitdədir.
E) Avstraliya materikində yay fəslidir.
Fäaliyyät
Fäaliyyät
Fəsillər ilə Günəş şüalarının düşmə bucağı arasında əlaqəni müəyyən edin.
Müzakirə edək: Yay və qış aylarında Günəş şüalarının düşməsindəki fərq nədən
ibarətdir?
a
b
c
Ekvator
Ekvator
YAZ
PAYIZ
YAZ
PAYIZ
21 mart
23 sentyabr
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Cənub tropiki
Şimal tropiki
Şimal qütbü
Cənub qütbü
Şaquli
düşən şüalar
(Günəş zenitdədir)
Şaquli düşən şüalar
(Günəş zenitdədir)
90°
90°
90°
0°
0°
90°
d
Ekvator
YAY
QÍÅ
YAY
QÍÅ
Ekvator
22 iyun
22 dekabr
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Cənub qütbü
Şimal tropiki
Şimal qütbü
Cənub tropiki
Şaquli düşən şüalar
(Günəş zenitdədir)
Şaquli düşən şüalar
(Günəş zenitdədir)
90°
90°
90°
90°
0°
0°
Çap üçün deyil
45
44
16.
YERİN ÖZ OXU ƏTRAFINDA HƏRƏKƏTİ
00
Amerikada yaşayan dostu saat 17 -da Fəridə zəng edib, “sabahın xeyir” dedikdən
sonra onun ad gününü təbrik edir. Fərid dostunun nə üçün axşam çağı “sabahın
xeyir” deməsinə təəccüb qalır.
· Axşamüstü olmasına baxmayaraq, nə üçün Fəridin dostu ona “sabahın xeyir” deyir?
Fäaliyyät
Fäaliyyät
Cədvəli dəftərinizə çəkin. Şəklə əsa-
sən ölkələrdə günün hansı vaxtı oldu-
ğunu müəyyən edin və cədvəli ta-
mamlayın.
Dövlətlər
Gecə
Gündüz
Avstraliya
Meksika
Yaponiya
Çin
Argentina
Müzakirə edək. Müxtəlif ölkələrdə vaxtın fərqli olmasının səbəbi nədir?
Yerin sutkalıq hərəkəti nəticəsində
gecə və gündüz bir-biri ilə növbələşir.
Yerin Günəşə doğru çevrilən yarımkü-
rəsində gündüz, əks tərəfində isə gecə
olur. Yer kürəsi Günəş ətrafında meyilli
hərəkət etdiyi üçün gecə və gündüzün
uzunluğu da coğrafi enlikdən asılı ola-
raq dəyişir. Ekvator üzərində ilboyu
təqribən 12 saat gecə və 12 saat gündüz
müşahidə edilir. Qütblərə doğru get-
dikcə yayda gündüzün, qışda isə gecə-
nin uzunluğu artır.
Yerin öz oxu ətrafında hərəkəti nəti-
Məntəqələr arasında yerli vaxt fərqini təyin etmək mümkündür. Bunun
üçün coğrafi uzunluq fərqi 4-ə vurulur və 60 dəqiqəyə bölünür. Məsələn, Bakı
50° ş.u.-da Madrid isə 4°q.u.-da yerləşir. Onlar arasında 54° uzunluq fərqi var
(50° +4 =54 ). Vaxt fərqi isə 3 saat 36 dəqiqə (54
ґ
4= 216 : 60 = 3 saat 36 dəq.)
olur.
İstənilən məntəqədə yerli vaxt ondan şərqdə yerləşən məntəqələrdən geri,
qərbdə yerləşən məntəqələrdən isə irəli olur.
Yerin öz oxu ətrafında hərəkəti ilə bağlı olaraq bir sıra
sutkalıq ritmik pro-
seslər yaranır. Gecə və gündüzün yaranması, sutkalıq brizlər, qabarma və
çəkilmə hadisəsi bilavasitə Yerin sutkalıq hərəkəti ilə əlaqədardır. Havanın
temperaturunun sutka ərzində dəyişməsi, bütün canlıların və insanların həyat
tərzi də yerin sutkalıq hərəkətindən asılı olaraq müəyyən ritmikliyə, yəni dövri
olaraq təkrarlanmaya malikdir.
°
°
cəsində həm də
vaxt fərqi yaranır. Yer kürəsi qərbdən şərqə doğru hərəkət edir,
tam dövrəni 24 saata başa vurur, yəni 1 saat ərzində 15° (360° : 24 saat = 15°),
4 dəqiqə ərzində isə 1° (60 dəq : 15° = 4 dəq) dönür. Odur ki, Günəş şüaları Yer
səthini şərqdən qərbə doğru meridianlar üzrə işıqlandırır. Ona görə də eyni bir
meridian xətti üzərində yerləşən məntəqələrdə Günəş eyni vaxtda çıxır və
batır.
Bir meridian xətti üzərindəki vaxt
yerli vaxt adlanır.
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Nä öyrändìnìz
AÇAR SÖZLÄR
Sutkalıq ritmik proseslər
Yerli vaxt
Vaxt fərqi
Yerin sutkalıq hərəkəti nəticəsində gecə ilə gündüz növ-
bələşir və Yer üzərində __ yaranır. Eyni meridian
üzərində yerləşən məntəqələrdə __ eyni olur. Yerin
sutkalıq hərəkəti nəticəsində müəyyən ardıcıllıqla
təkrarlanan hadisələr __ əmələ gətirir.
1. Bakının yerli vaxtına əsasən cədvəldə verilmiş şəhərlərin yerli vaxtını hesablayın.
00
2. Bakı şəhərində (40
°
şm en. 50
°
ş.u.) yerli vaxtla saat 14 olduqda, 30
°
şərqdə
yerləşən A məntəqəsində saat neçə olar?
Bakı 50
°
ş.u.
Pekin 117
°
ş.u.
Madrid 4
°
q.u.
Nyu-York 73
°
q.u.
00
12
Gündüz
Gecə
Gündüz
Gecə
Öyrändìklärìnìzì tätbìq edìn
A məntəqəsi ilə B, C və D məntəqələri arasında yerli vaxt fərqini müəyyən edin.
A
C
B
D
Məntəqə
B
C
D
Vaxt fərqi
Məntəqə
B
C
D
Vaxt fərqi
A
Çap üçün deyil