Fäaliyy t
ä
Fäaliyy t
ä
123
122
47.
ƏHALİNİN YERLƏŞMƏSİ
·Hansı təbii şərait insanların daha sıx məskunlaşması üçün əlverişlidir?
1
2
3
4
Təsvir edilən ərazilərdə əhalinin məskunlaşmasını müqayisə
edin və ona təsir edən müvafiq təbii amilləri müəyyənləşdirin.
I.
II. Dağlıq
relyef
III.
Quraq iqlim
Düzən ərazi
Müzakirə edək: Sadalanan təbii amillər əhalinin yerləşməsinə necə təsir edə bilər?
Yer kürəsində əhalinin sayı 7 milyard nəfərdən çoxdur. Əhali Yer üzərində
qeyri-bərabər yerləşmişdir. İnsanlar qurunun kiçik bir hissəsində məskunlaş-
mışlar. Təbii şəraitin yaşayış üçün əlverişli olduğu ərazilərdə əhali sıx,
nisbətən əlverişsiz yerlərdə isə seyrək məskunlaşmışdır.
Əhali sıxlığı – hər kvadratkilometr əraziyə düşən insanların sayı ilə
(orta
sıxlıq = əhalinin sayı : ərazinin sahəsi) müəyyən olunur. Ölkə daxilində
əhalinin sıxlığı qeyri-bərabər ola bilər. Bu, bir sıra amillərdən asılıdır.
Məskunlaşmaya təsir edən
təbii amillərə – relyef, dəniz, göl və çay sahilləri,
torpaq, bitki örtüyü və sair amillər daxildir. Nil, Dunay, Missisipi və s. çayların
deltası, Böyük Çin düzənliyi, Aralıq dənizi sahilləri əhalisi sıx məskunlaşmış
ərazilərdir.
Əhalinin yerləşməsinə
iqtisadi amillər – sənaye müəssisələrinin cəmləş-
məsi, faydalı qazıntıların hasilatı, turizmin inkişafı təsir edir. Qərbi Avropa,
Şərqi Asiya, Karib dənizi sahillərində əhalinin sıx məskunlaşması iqtisadi
amillərlə əlaqədardır.
Əhalinin məskunlaşması
tarixi amillərdən də asılıdır. Ərazinin inkişaf tari-
xi, qədim ticarət yollarının keçməsi, hərbi yürüşlər və s. amillər qədimdən əha-
linin məskunlaşmasına təsir göstərmişdir. Cənubi Amerika, Afrika və Avstrali-
ya əhalisinin əsasən sahilboyunda məskunlaşması tarixi amillərlə əlaqədardır.
Əhalinin
məskunlaşması
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Əhali sıxlığı xəritəsindən istifadə edərək qeyd olunan coğrafi məntəqələri əhali
məskunlaşmasına görə qruplaşdırın:
1. Skandinaviya yarımadası; 2. Orta Sibir yaylası; 3. Ərəbistan yarımadası; 4. Hin-
distan yarımadası; 5. Böyük Britaniya adası; 6. Qrenlandiya adası; 7. Mesopotamiya
ovalığı; 8. Amazon ovalığı; 9. Böyük Çin düzənliyi; 10. Kaliforniya yarımadası.
Seyrək
Sıx
Təbii şəraitin fərqli olduğu ərazilərdə __ fərqlidir. Relyef,
iqlim, torpaq örtüyü əhalinin yerləşməsinə təsir edən __.
Sənaye və kənd təsərrüfatının inkişafı əhalinin məskun-
laşmasına təsir edən __ hesab olunur. Keçmiş zamanlardan
ticarət yolları boyunca əhali məskunlaşması __ bağlıdır.
AÇAR SÖZLÄR
Tarixi amillər
İqtisadi amillər
Təbii amillər
Əhali sıxlığı
Därsdän sonra
Mətndə verilmiş xəritədən istifadə edərək kontur xəritədə əhalinin sıx məskunlaşdığı
əraziləri qeyd edin.
<2
2
Əhalinin sıxlığı (nəfər/km )
2-10
11-100
>500
2
Qazaxıstanın ərazisi 2,7 milyon km , əhalisi 19 milyon (2013) nəfərdir. Əhalinin
sıxlığını tapın.
a
b
c
Çap üçün deyil