121
120
46.
DÖVLƏTLƏRİN İNZİBATİ-ƏRAZİ
BÖLGÜSÜ
· Bayraq dövlətin rəmzlərindən biridir. Amerika
Birləşmiş Ştatlarının bayrağında 50 ulduzun
olmasını nə ilə əlaqələndirə bilərsiniz?
Fäaliyy t
ä
Fäaliyy t
ä
Təsəvvür edin ki, siz böyümüş, təhsil almış və dövlət başçısı seçilmisiniz. Dövlətini-
zi hansı üsulla idarə edərdiniz?
1. Ölkə ərazisini bərabər sahələrə ayırmaqla.
2. Əhalini eyni sayda qruplara bölməklə.
3. Ölkə ərazisini iqtisadi səviyyəsi eyni olan sahələrə ayırmaqla.
4. Təbii ehtiyatların paylanmasına görə.
5. Ölkə ərazisinin relyef xüsusiyyətlərinə görə və s.
Müzakirə edək: Üsulların müsbət və mənfi cəhətləri nədir?
Ölkələr idarə edilməsinə görə fərqli olduğu kimi, inzibati ərazi quruluşuna
görə də müxtəlifdir.
İnzibati ərazi bölgüsü ölkənin idarə edilməsi üçün ayrılan
ərazi vahidləridir. Bu xüsusiyyətinə görə dövlətlər
unitar və
federativ olurlar.
Unitar (latın dilində – vahid, tək) dövlətlər vahid mərkəzdən idarə edilir. Belə
ölkələrin tərkibindəki inzibati ərazi vahidləri – rayon, vilayət, mahal və s.
adlandırıla bilər. Lakin bu inzibati vahidlər
müstəqilliyə, yəni özünü-
idarə hüquqlarına malik deyil. Onların mədəni, iqtisadi idarəetmə hüquqları
ola bilər. Azərbaycan, Türkiyə, İran, Fransa, Yaponiya, Misir, İtaliya, Çili və
digər çoxsaylı belə dövlət vardır.
İnzibati ərazi bölgüsünün
federativ forması
–
müəyyən müstəqilliyə malik olan müstəqil ərazilərin könüllü olaraq bir
dövlətdə birləşməsidir.
Ştat, respublika, torpaq
və s. adlandırılan inzibati vahidlər müəyyən qədər siyasi özünüidarə hüquq-
larına malikdir. Onlar xarici siyasət, ordu, pul və s. məsələlərin həllində birgə
fəaliyyət göstərir. Ərazi vahidləri müxtəlif xüsusiyyətlərinə görə fərqlənirlər.
Məsələn, Rusiya, Hindistan, Nigeriyada ərazi vahidləri milli-etnik əlamətlərə
görə, ABŞ, Kanada, Meksika, Avstraliya, Avstriya və s. ölkələrdə isə tarixi-
coğrafi xüsusiyyətlərinə görə yaranmışdır.
siyasi
(latın dilində ittifaq, birlik)
Federativ ölkələrin sayı azdır.
Mətndən və dünyanın siyasi xəritəsindən istifadə edərək ölkələri inzibati
ərazi bölgüsünə görə qruplaşdırın.
Öyrändìklärìnìzì tätbìq edìn
Nä öyrändìnìz
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Dövlətlərin idarə edilməsi üçün vahidlərə ayrılması __
adlanır. Bu xüsusiyyətinə görə __
ölkələr vahid mərkəz-
dən idarə edilir. __ ölkələr
isə mərkəzi hakimiyyət
orqanları ilə yanaşı ozünüidarə vahidlərinin mövcud
olması ilə səciyyələnir.
AÇAR SÖZLÄR
Federativ
İnzibati ərazi bölgüsü
Unitar
Dünyanın siyasi xəritəsindən istifadə etməklə rəqəmlə qeyd
edilən ölkələri inzibati
ərazi bölgüsünə görə qruplaşdırın.
Federativ ölkələr Unitar ölkələr
Unitar
Federativ
Ölkələrin adı
Materiklər
1
3
4
5
6
7
8
9
10
2
Çap üçün deyil