Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Qapaq hazırlayan maşınların strukturu



Yüklə 0,72 Mb.
səhifə38/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   34   35   36   37   38   39   40   41   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Qapaq hazırlayan maşınların strukturu

Qapaq hazırlayan maşınlar struktur əlamətlərinə görə aşagıdakı qruplara ayrılır. İstehsal prosesi texnologiyasının axın istiqaməti üzrə istehsalçı müəssisələr istehsal prosesi texnologiyasının 3 istiqaməti üzrə qrupları müəyyən etmişlər.



  1. Vertikal istiqamət

  2. Horizontal istiqamət

  3. Kombinə edilmiş istiqamət (vertikal və horizontal qarışıq)

Vertikal istiqamətdə prosesin texnoloji hazırlıgı bir əməliyyatdan digərinə vertikal istiqamətdə ötürülür. Məsələn: üzlük materialının böyük ölçülər üzrə qatlanmasından sonra cild qapagı kiçik ölçlülər üzrə materialın qatlanması üçün vertikal üstiqamətdə növbəti əməliyyat mövqeyinə ötürülür. Horizontal istiqamətdə bütün əməliyyatlar horizontal müstəvisi üzrə yerinə yetirilir. Kombinə edilmiş istiqamətdə əməliyyatların bəziləri vertikal, digərləri isə horizontal müstəvi üzrə yerinə yetirilir.

Yarımfabrikatların hərəkətinin dövrülüyü üzrə -bu xüsusiyyət üzrə yarımfabrikatların dövrü və fasiləsiz ötürülməsi nəzərdə tutulur. Dövrü ötürmə zamanı bir əməliyyatdan digərinə keçiddə yarımfabrikatların dayanması baş verir. Bu halda tələb olunan əməliyyat sərbəst olaraq yerinə yetirilir. Fasiləsiz ötürmədə yarımfabrikatlar sürətlə verilir. Əməliyyatlar dayanmadan yerinə yetirilir. Bu tip maşınlardan adətən yüksək sürətli proseslərdə istifadə edilir. Dövrü maşınlardan isə kiçik, orta və nisbətən böyük sürətlərdə istifadə olunur. Daha böyük sürətlərin təmin olunması üçün horizontal axınlı maşınlardan istifadə edilir. Adətən vertikal istiqamətli maşınlar kiçik sürətli əməliyyatlar üçün nəzərdə tutulur.

Göstərilən xüsusiyyətlər istehsalçı müəssisələrin hansı konstruksiyalarda maşınların hazırlanacagını müəyyən edir. Qapaq hazırlayan maşınları istehsal edən şirkətlər sırasında HORAUF və KOLBUS şirkətlərinin maşınlarını göstərmək olar. HORAUF şirkəti adətən horizontal axınlı maşınlar istehsal edir. KOLBUS şirkəti isə hər 3 axınlı maşınları istehsal edir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə