Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 15 Tam örtüklü və tərkib hissəli qapaqların hazırlanması



Yüklə 0,72 Mb.
səhifə39/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 15

Tam örtüklü və tərkib hissəli qapaqların hazırlanması

Tam örtüklü qapaqların hazırlanması. Tam örtüklü qa­paq­ları rulonlu və ya vərəqli qapaq hazırlama maşınlarda hazır­la­maq olar. Rulonlu maşınlarda (şəkil 19,a) örtük materialının rulonu 1 yerləşdirilir. Rulonun eni qapağın açılmış vəziyyətinin qatlamalar nəzərə alınmaqla ölçüsünə bərabərdir. Maşın işlə­yərkən bu material rulondan açılır və ardıcıl olaraq qapağı yı­ğan bütün mexanizmlərdən keçir.

Əvvəlcə yapışqan çəkən aparat 2 yapışqan çəkir, sonra eyni zamanda samonakladın iki maqazinindən iki karton tərəf daxil olur. Bu tərəflər bir-birindən şpasiya enində olan məsafədə yer­ləşərək lentin yapışqan qatının üzərinə qoyulur (şəkil 19,b). Tərəflər arasında kötük yerinin rulondan 4 kəsilmiş zolağı yapışdırılır. Bundan sonra bıçaqlar 5 materialın künc­lə­rini kəsir. Bu əməliyyat kənarların düzgün qatlanması üçündür. Lentin sonrakı yerdəyişməsində maşının müvafiq mexanizm­ləri 6-9 onun uzununa istiqamətdə kənarlarını karton tərəflər üzərinə qatlayır, qapaq ümumi lentdən kəsilir, eninə istiqamət­də kənarlar qatlanır, qapaq sıxılır və qəbul stolunun 10 üzərinə çıxarılır.

Rulonlu maşınlar yüksək məhsuldarlığa və etibarlığa malik­dir. Lakin bu maşınlardan qapaqların hazırlanmasında ol­duq­ca az istifadə edilir.

Vərəqli örtük materiallı və dəyirmiləndirilmiş kötüklü blok­lar üçün nəzərdə tutulmuş tam örtüklü qapaqlar universal vərəqli maşınlarda hazırlanır. Belə maşınların samonaklad­la­rının maqazinləri əvvəlcədən küncləri kəsilərək çap edilmiş üz­lük kağızı və karton tərəflərlə yüklənir. Səthinə yapışqan çəkil­miş üzlük kağızı yığma yerinə nəql edilir. Bu yerə həmçinin karton tərəflər və kötük yerinin zolağı da verilir. Yığılmış qapaq sıxılır və qəbul qurğusuna daxil olur. Bu maşınlarda çap olunmuş kağız örtük əvəzinə digər istənilən vərəq örtük materialından istifadə etmək olar. Belə maşınların məhsuldar­lığı rulonlu maşınlara nisbətən azdır.

Şəkil 19. Rulonlu qapaq hazırlayan avtomatda tam örtüklü

cild qapaqlarının hazırlanma sxemi
Düz kötüklü bloklar üçün nəzərdə tutulmuş tam örtüklü qa­paq­lar ixtisaslaşdırılmış yüksək məhsuldarlıqlı vərəqli avto­mat-maşınlarda hazırlanır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə