Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 14 Cild qapagının hazırlanma prosesləri



Yüklə 0,72 Mb.
səhifə37/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   33   34   35   36   37   38   39   40   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 14

Cild qapagının hazırlanma prosesləri

Cildlər və cild qapaqları kitab bloklarının istismar zamanı xarici təsirlərdən qorunması ilə bərabər ona həmçinin cəlbedici görünüş də verilir. Cildlər nisbətən qalın kagızda çap olunmuş və üzərinə polietilen plyonka çəkilmiş sadə konstruksiyadır. Cildlər yapışqan vasitəsilə kitab bloklarına bərkidilir.

Cild qapaqları isə mürəkkəb konstruksiya olmaqla daha çox elementlərdən ibarət olur. Qapaqlar adətən 2 tərəfdən yerləşmiş karton lövhədən, üzlük materialı və kötük yeri üçün ayrılmış zolaqdan ibarət olur. Cild qapaqları quruluşuna görə əsasən 5 tip olur. Ümumilikdə cildlər 9 tipdir.

1- 4 tip cildlərə aiddir. Sonrakı 5 tip ( 5- 9) cild qapaqlarına aiddir. 5-cü tip cild qapagı tərkib hissəli cild qapagıdır. 6-cı tip 1 hissədən ibarət olan cild qapagıdır. 7-ci tip tam örtüklü cild qapagıdır. 8-ci tip karton tərəflərin və onların üzərinə kötüyün taxma üsulu yerləşdirilən cild qapagıdır. 9-cu tip tərəflərin yerləşdirilməsi və kötüyün kantlanması ilə hazırlanan cild qapagıdır.

Tərkib hissəıi cild qapaqları (5-ci tip) ayrı-ayrı hissələrdən ibarət olmaqla, köməkçi detallarla bərkidilir. Bir hissədən ibarət olan cild qapagı (6-cı tip) karton tərəflərə və kötük yeri hissəsinə malik olur. Tam örtüklü cild qapaqlarında (7-ci tip) karton tərəflər və kötük hissəsi bir örtük materialı üzərinə yapışdırılır. Karton tərəflər və üzərinə kötük yeri qurulmuş qapaqlar (8-ci tip) mürəkkəb konstruksiyalı olmaqla, ayrı-ayrı hissələrdən ibarətdir. Karton tərəflər qurulmuş və kötük yeri kantlanmış qapaqlar (9-cu tip) müəyyən qədər tərkib hissəli qapaqlara bənzədilir.

Müasir dövrdə demək olar ki, əsasən tam örtüklü cild qapaqlarından istifadə edilir. Digər tip cild qapaqları mürəkkəb oldugu üçün onların hazırlanma texnologiyası da olduqca çətindir. Bütün cild qapaqlarının sırasında ən sadə konstruksiya tam örtüklü cild qapaqları oldugu üçün onlar üstünlük təşkil edir. Cild qapaqlarında istifadə olunan kartonlar adətən 1- 4 mm. qalınlıgında olur. Nəşrin həcmindən asılı olaraq kötük yeri material cevik olmaqla 160-190 q/m2 çəkili kagızdan və ya karton tərəflər üçün istifadə olunan materialdan hazırlanır. Adətən kiçik həcmli kitablar üçün qalın kötük yerindən istifadə edilir. Bu materialda cild qapagının arxası düzbucaqlı şəkildə alınır. Qalın kitablarda cild qapaqlarının hamısını dəyirmi etmək üçün cevik nazik materialdan istifadə olunur.

Tərkib hissəli cild qapaqları yaxın keçmişdə əsasən dərsliklər üçün istifadə edilirdi. Bu tip cild qapaqlarında ən çətin mərhələ karton tərəflərin əl ilə işlənməsidir. Ümumiyyətlə cild qapagı hazırlayan maşınlar tam örtüklü qapaqları hazırlamaq üçün nəzərdə tutulduguna görə digər tip cild qapaqları əl ilə hazırlanır. Bu səbəbdən daha əlverışlı sayılan tam örtüklü cild qapaqlarından istifadə olunur. Cild qapaqları üçün üzlük material kimi kagızdan kagız əsaslı, süni dəridən, parçadan və s. istifadə edilir.

Kagiz əsaslı örtük materiallarına lederin, kolinkor, bumvinil və s. göstərmək olar. Bu materiallar müəyyən möhkəmliyə malik olmaqla, cild qapagının uzun ömürlüyünü təmin edir. Kagız əsaslı oldugu üçün karton tərəflərə yaxşı yapışır.

Son dövrlərdə kagız əsaslı və müəyyən teksturalı efolin materialından geniş istifadə edilir. Ümumiyyətlə cild qapaqlarına və istifadə olunan materiallara müəyyən tələblər qoyulur. Belə ki,cild qapaqlarında rütubət %-i 9% -11 %-dir. Karton tərəflərin müstəvilikdən meyllənməsi isə 3- 4 mm icazə verilir. Karton tərəflərin kənarları dəqiq düzbucaqlı olmalıdır. Kötük yerinin materialı tərəflər arasında tam mərkəzdə yapışdırmaqla çəp olmamalıdır. Örtük materialı səthə tam sıgallanmış vəziyyətdə olmalıdır. Gild qapagının hazırlanma texnologiyası aşagıdakı əməliyyatları əhatə edir:

- örtük materialının verişi,

- karton tərəflərin və kötük yeri materialı maqazindən götürülməsi,

- örtük materialına yapışqanın çəkilməsi,

- götürülmüş karton tərəflərin və kötük materialın örtük materialı üzərində yerləşdirilməsi,

- açıq şəkildə olan cild qapagının yuxarı və aşagı səthi üzrə qatlanması,

- yan tərəflər üzrə örtük materialının qatlanması,

- qapagın kalandirirlənməsi, yəni sıxılaraq örtük materialının yapışdırılması.

Hazır qapaqların kaskad formasında və ya topa şəklində yıgılması, kötük yeri materialı çevik oldugu halda onun örtük materialı üzərinə verilməsi bobindən (dolaq) açılmaqla və tələb olunan uzunluqda kəsilməklə yerinə yetirilir. Proseslərin yerinə yetirılməsi üçün cild qapagı hazırlayan istehsalçılar müxtəlif konstruksiyalardan istifadə edirlər. Bunun üçün ilk növbədə maşınların ümumiləşdirilmiş strukturu və yarım fabrikatların texnoloji proses üzrə hərəkəti əsas götürülür. Yerinə yetirilən əməliyyatlardan asılı olaraq cild qapagı hazırlayan maşınlar örtük materialı ötürən samonaklad qurgusuna, karton tərəfləri ötürən samonaklad qurgusuna, kötük yeri ötürən bobin qurgusuna, yapışqan çəkmə aparatına, kalandirirləmə mexanizmınə, yan tərəfləri qatlama qurgusuna, əməliyyatlar arası nəqletmə qurgusuna, çıxış qəbul qurgusuna, transpartyor və rolqanq qurgusuna malik olmalıdır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə