Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 13 Blokların yapışqanla bərkidilməsində istifadə olunan



Yüklə 0,72 Mb.
səhifə33/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   29   30   31   32   33   34   35   36   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 13

Blokların yapışqanla bərkidilməsində istifadə olunan

avtomatik xətlər

Yapışdırma prosesi mürəkkəb çoxçeşidli fiziki-kimyəvi və digər təzahürlərlə müşayiət olunur. Bu halda yapışqan ma­ye haldan bərk hala keçərək yapışan səthləri birləşdirən möh­kəm yapışqan plyonkası yaradır. Broşürləmə-cildləmə pro­ses­lə­rin­də adətən lifli materiallar – kağız, karton, parça və s. ya­pış­dı­rı­lır. Bu halda maye yapışqan materialın lifləri arasındakı boş­lu­ğa nüfuz edərək orada bərkiyir və yapışan materiallar ara­sın­da plyonka yaradır. Plyonka yaranmanın sürəti xüsusən yük­sək­ məh­­suldarlıqlı mexanikləşdirilmiş və avto­mat­laş­dırıl­mış ava­dan­lıqlarda yapışdırma əməliyyatları yerinə yetiri­lər­kən böyük əhəmiyyət kəsb edir. Termoya­pı­ş­qa­nın bərkiməsi de­mək olar ki ani olaraq (1-2 san) baş verir. Di­gər yapış­qan­la­rın sürətli qu­ru­ması üçün isə quruducu qur­ğu­lardan istifadə edi­lir.

Kitab nəşrlərinin möhkəmliyi və uzunömürlüyü, bir çox hal­lar­da onların ayrı-ayrı elementlərinin yapışdırılma keyfiyyəti ilə müəyyən edilir.

Yapışdırma keyfiyyəti yapışqanın tərkibindən, yapışdırılan materialların xüsusiyyətindən və onların səthlərinin xarak­terin­dən; yapışqanın özlülüyündən və onun temperaturundan; yapış­qan plyonkasının qalınlığından; yapışdırma zamanı yaranan təz­yiqdən asılıdır.

Broşürləmə-cildləmə əməliyyatları və digər şərtlər müəyyən xüsusiyyətlərə malik olan minimal qiymətli yapışqandan istifadə etməni ciddi olaraq tələb edir. Bu öz növbəsində hər hansı bir universal yapışqandan istifadə etməyə icazə vermir. Ən çox istifadə olunan cildləmə yapışqanları sintetik polimer əsaslı yapışqanlardır (polivinilasetat dispersiya, lateks, termo­ya­pışqan və s.).

Üst-üstə yığmaqla komplektləşdirilmiş nəşrlərin istehsalı üçün avtomatik broşürləmə xətlərində yalnız bloklar üzrə, bir qayda olaraq, yapışqanlı bərkitmədən və ya bəzi hallarda blokların kombinə edilmiş bərkidilməsindən istifadə olunur. Bu halda bütün əməliyyatlarda məhsulun emalı bloklar üzrə yerinə yetirilir. Xəttin məhsuldarlığı nəşrin həc­min­dən asılı olmur.

Dəftərlər üzrə sapla bərkitmə üsulu məhsuldarlıq dəyişdiyi (blokların həcmindən asılı olaraq sapla tikmə avtomatlarının məhsuldarlığı dəyişir) üçün axın xəttinə uyğun gəlmir.

Üst-üstə yığmaqla komplektləşdirilmiş nəşr bloklarının bər­ki­dilmə üsulu üzrə broşürləmə axın xətlərini iki əsas növə – blok­ların üstdən məftillə tikilməsindən istifadə etməklə me­xa­nik­­ləşdirilmiş və blokların yapışqanla bərkidilməsindən is­tifadə etməklə avtomatlaşdırılmış xətlərə bölmək olar.

Blokların məftillə üstdən tikilməsindən istifadə etməklə broşürləmə xətləri kitab bloklarının yapışqanla bərkidilməsinin intensiv inkişafı ilə əlaqədar geniş tətbiqini tapmamışdır.

Belə xətlərin əksəriyyətində qatlanmış dəftərlərin kötüyünün kəsilməsi və kötüyün “soyuq” yapışqanla (məsələn, PVAD) və ya termoyapışqanla yapışdırılmasından istifadə olunur. Termoyapışqandan istifadə PVAD ilə yapış­dır­ma­dan istifadəyə nisbətən avadanlığı və texnologiyanı sa­də­ləş­di­rir. Lakin PVAD-ilə bərkidilmiş blokların möhkəmliyi və uzunömür­lüyü termoyapışqanla bərkitmə ilə müqayisədə yüksəkdir.

Texnoloji imkanlardan, məhsuldarlığından və broşürləmə avtomatik xəttinin qiymətindən asılı olaraq yapışqanla bər­kit­mədə istifadə edilən avtomatik xətləri üç qrupa bölmək olar.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə