Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə31/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   27   28   29   30   31   32   33   34   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Sadə yapışdırılmış forzas (şəkil 15,a) – bir dəfə qatlanmış kağız vərəqdir 2. Onun bir tərəfi yapışqanla 3 nazik zolaq üzrə (4-5 mm) dəftərin 1 xarici səhifəsinə kötüyün kənarından müəyyən kiçik çəkilmə ilə yapışdırılır.

a

b

c



ç

Şəkil 15. Forzasların əsas konstruksiya müxtəlifliyi

Forzaslar forzas kağızından hazırlanır. Vərəqlər kəsildikdən son­ra kiçikformatlı kasetli qatlama maşınında qatlanır. Belə for­zaslar dəftərlərə fasiləsiz işləyən yapışdırma avtomatında bər­kidilir. Bu avtomatlarda bütün əməliyyatlar yarımfabrikatl­a­rın hərəkəti nəticəsində yerinə yetirilir. Avtomatın sam­o­na­klad­la­rının maqazinləri 12 dəftər topası (birinci və ya sonuncu) və forzaslarla yüklənir (şəkil 16). Xüsusi mexanizmlər va­si­tə­si ilə dəftərlər və forzaslar bir-bir topadan ayrılır və yapışdırıcı qurğuya 3 nəql edilir. Burada yapışqan vannasında fırlanan disk forzasın kötük hissəsinə yapışqan zolağı çəkir. Sonra roliklər 4 yapışdırılan detalları sıxır və hazır məhsulu qəbul stolunun 5 transportyoru üzərinə çıxarır. Bəzi avtomatik xətlərdə forzasları tikilmiş bloka (eyni zamanda birinci və sonuncu dəftərlərə) yapışdıran maşınlardan istifadə edilir.

Şəkil 16. Forzasyapışdıran avtomatın blok-sxemi



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə