Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə32/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   28   29   30   31   32   33   34   35   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Kantlı yapışdırılmış forzas 2 (şəkil 15,b) sadə forzasdan onun­la fərqlənir ki, forzas dəftərə 1 yapışdırıldıqdan sonra o dəf­tərlə birlikdə kağız və ya parçanın 3 kötük qatı üzrə kant­la­nır. Kantlama blokun cild qapağı ilə bərkidilməsinin möh­kəm­li­­yi­ni artırır. Kantlamanın uzunluğu dəftərin hündürlüyünə bə­ra­­bər­dir. Bu forzasın dəftərlərə yapışdırılmasının hazırlanması sadə yapışdırılmış forzas kimi, kantlamanı isə xüsusi maşında və ya universal forzasyapışdırma avtomatında yerinə yetirilir.

Tam kağızlı tikilmiş forzas 2 (şəkil 15,c) dəftərlə 1 blokun ti­kil­mə prosesində bərkidilir. Ona görə də belə forzasın eni blokun enin­dən 5-6 mm böyük olur. Bu, forzasın kötük hissə­sini əyməyə və dəftərin üstünə atmağa imkan verir. Belə for­zasın möhkəmliyi ya­pışdırılmış forzasın möhkəmliyin­dən çox olur. "Özünün" forzası 2 (şəkil 15,ç) birinci 1 və sonuncu dəf­tər­­lərin bir hissəsi olur. Belə for­zaslar çap formalarının ha­zır­lan­ma­sında və ya fotoformalarının mon­tajında nəzərə alınır. Bütün forzaslar arasında o iqtisadi cəhət­dən ən səmərəli hesab olunur, çünki bu forzasın hazırlanması və dəf­tərlərə yapış­dı­rıl­ması üçün əməliyyatlardan istifadə olunmur. Be­l­ə forzaslar kiçik həcmli, böyük kütləli (100 q/m2-dan çox) ka­ğız­larda, mə­sə­lən, uşaq ədəbiyyatı üçün çap olunan nəşrlərin hazır­lan­­ma­sın­da istifadə olunur. Kitabın poliqrafik əks olunmasının layi­hə­lən­di­ril­­mə­­sin­də həcmdən, formatdan, kitabın tirajından, onun tərti­ba­tın­dan və onun istifadə olunmasının intensivliyindən asılı olaraq for­za­­sın növü müəyyən edilir. Hazırlanmasının sadəliyi və mexanik­ləş­­dirilməsi və dəftərlərə yapışdırılması ilə əlaqə­dar olaraq sadə ya­pış­dırılan forzas daha geniş yayılmışdır.

Digər əlavə elementlərin dəftərlərə birləşdirilməsi. Qat­lan­mış dəftərlərə forzaslardan başqa digər komplektləşdirici (əlavə) ele­mentlərin də birləşdirilməsinin vacibliyi yaranır. On­lar dəftərdə üs­tə yapışdırılma, daxili yapışdırma, üstünə atılma, da­xili yer­ləş­dir­mə şəklində ola bilərlər. Əgər komplektləşdirici ele­ment 1 (şəkil 17,a) xarici dəftərin 2 kötük sahəsinə ya­pış­dırılarsa o üstə ya­pışdırılma, daxili səhifələrə yapışdırılarsa da­xi­li yapışdırma ad­la­nır (şəkil 17,b).Qatlanmış element 1 (şəkil 17,c) yapış­dırıl­ma­dan dəftərin 2 üstünə atılarsa üstünə atılma, daxilə yerləş­di­ril­dik­də isə (dəftərin ortasına) (şəkil 17,ç) – daxilə yerləşdirmə ad­la­nır. Bütün bu əlavələr dəftərə avtomatik olaraq birləşdirilir. Ya­pış­dırma üçün forzas yapış­dı­ran avtomat­lar­dan istifadə olunur.


a b c ç


Şəkil 17. Əlavə elementlər birləşdirilmiş qatlanmış dəftərlər

Üstünə atma və içəriyə yerləşdirmə avtomatları bir ele­men­tin (məsələn, dəftərin) açılması və onun arasına digərinin (mə­sələn, birqat əlavənin) yerləşdirilməsi prinsipi ilə işləyir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə