Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 11 Yıgma- tikmə- kəsmə avtomatları



Yüklə 0,72 Mb.
səhifə27/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   23   24   25   26   27   28   29   30   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 11

Yıgma- tikmə- kəsmə avtomatları

Əməliyyat ardıcıllığı ilə işləyən avadan­lıq­­dan adətən böyük olmayan və bəzən orta tirajlı nəşrlərin is­teh­sa­lı üçün istifadə olunur. Böyük və kütləvi tirajlı nəşrlərin is­teh­­salı avtomatlaşdırılmış əməliyyatların və proseslərin mak­si­mum imkanı olan axın xətlərində yerinə yetirilir.

Avtomatlaşdırılmış xətlər əməliyyatlar üzrə avtonom işləyən maşınlarla müqayisədə üstünlüyə malikdir. Avtomatik xət­lər­də istehsal tsikli azalır, əmək məhsuldarlığı artır, istehsal sa­hə­sindən istifadə azalır, fəhlələrin əmək strukturu dəyişir.

İç-içə yığma və cildləmə ilə komplektləşdirilmiş broşür, jur­nal və kitabların istehsalı üçün nəşrlərin hazırlanması üzrə bro­şür­ləmə əməliyyatlarını tam kompleks halda yerinə yetirən av­tomatlaşdırılmış xətlərdən geniş istifadə olunur. Bu xətlərə iç-içə yığma ilə nəşrləri hazırlamaq üçün nəzərdə tutulan yığma - tikmə - kəsmə aqreqatlarını və kompleks avtomatik xətləri aid etmək olar.

Yığma - tikmə - kəsmə aqreqatları avtomatik rejimdə aşa­ğı­d­akı əməliyyatları yerinə yetirir: iç-içə yığmaqla nəşrin komplektləşdirilməsi, məftillə üstdən tikmə və üçtərəfli kəsmə. Bu aqreqatlar öz aralarında texnoloji imkanlarına, avtomat­laş­dır­ma dərəcəsinə və məhsuldarlığına görə fərqlənir. Lakin onların iş prinsipi eynidir.

Aqreqat (şəkil 13) üç bölmədən – komplektləşdirici KB, tikmə TB, kəsmə KB və qəbuledici qurğudan QQ ibarətdir.




KB

Şəkil 13. Yığma - tikmə - kəsmə avtomatının blok-sxemi


Komplektləşdirici bölmədə sepli transportyorlu 2 yəhərvari stol 1 və dəftərlər və cildlər üçün maqazinli samonaklad-açıcılar 3 yerləşir. Maqazinli samonakladların (onlara stan­siyalar da deyilir) sayı adətən 2-10 olur. Tikmə bölməsi 2-6 məftillə tikmə bölmələrinə malik olur. Kəsmə bölməsi kimi üçbıçaqlı kəsmə avtomatları fəaliyyət göstərir.

Bu aqreqatlarda nəşrlərin hazırlanması ardıcıllığı aşağıdakı kimidir. Samonakladların maqazinlərinə uyğun nömrəli şleyfli dəftərlərin topası yüklənir. Birinci maqazinə daxili dəftərlər, sondan əvvəlki maqazinə xarici dəftər, sonuncu maqazinə isə cildlər yüklənir. Şleyfli dəftərlər kağız itkisinə səbəb olduğu üçün şleyfsiz dəftərlərdən istifadə etməyə imkan verən sa­mo­na­klad-açıcılardan istifadə edilir.

Aqreqat işləyərkən hər bir samonaklad açıcı dəftəri (həm­çi­nin cildi və əlavəni) topadan ayırır, onu açır və yəhərvari stol üzərinə sərir. Burada transportyor fasiləsiz olaraq hərəkət edir. O hərəkət etdikcə nəşrin komplektləşdirilməsi baş verir. Cild dəftərlərin üzərinə atıldıqdan sonra nəşr düzləndirilir və tikmə bölməsinə doğruhərəkət etdirilir. Burada o məftil bəndlərlə tikilir. Tikilmiş nəşrlər kəsmə bölməsinə ötürülür və burada tək-tək iki mövqe üzrə – əvvəlcə yan tərəflər, sonra isə qabaq tərəf üzrə kəsilir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə