Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə24/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Məftillə tikmə maşınları

Bu maşınlar sadə konstruksiyalı olmaqla yalnız 1 əməliyyat yerinə yetirir. Maşının əsas vəzifəsi nəşrlərin bloklarının məftillə bərkidilməsi, dıgər kagız topalarını məftillə tikilməsi və həmçinin tara məqsədilə kartondan hazırlanmış yeşiklərin kontakt səthlərinin məftillə tikilməsidir. Nəşrlərin tikilməsi üçün istifadə olunan maşınlar məftil mexanızmindən, məftil tutucu mexanizmindən, kəsmə mexanizmindən, bənd hazırlama mexanizmdən, bənd tutucu mexanizmdən, bənd itələyici mexanizmdən və bəndin çıxıntılarını qatlayan mexanizmdən ibarətdir.

Blokların məftillə bərkidilməsi üçün üst-üstə və iç- içə yıgılmış komplektlərdən bloklar maşının stolunda yerləşdirilir. Üst-üstə yıgılmış bloklar tikilərkən stol horizontal vəziyyətdə olur.

İç-içə yıgılmış bloklar üçün isə stol yəhərvari vəziyyətə gətirilir. Bunun üçün stol nizamlayıcı qurgudan istifadə olunur.

Tikmə əməliyyatını yerinə yetirmək üçün maşınların əsas hissəsi kimi tikmə başlıgı hesab edilir. Stolun üstündə yerləşdirilmiş blokun formatından və qalınlıgından asılı olmayaraq dəyişən ölçülü tikmə maşınlarından istifadə edilir.Adətən məftillə tikmə maşınlarının əksəriyyyəti bir ölçülü olur. Dəyişən ölçülü maşınlarda blokun qalınlıgından asılı olaraq müvafiq bəndin hazırlanması üçün məftil saxlayıcı barabandan tələb olunan uzunluqda məftil açılır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə