Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 8 Sapla tikmə maşınının əsas mexanızmləri



Yüklə 0,72 Mb.
səhifə21/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   17   18   19   20   21   22   23   24   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 8

Sapla tikmə maşınının əsas mexanızmləri

Sapla tikmə texnoloji prosesi aşagıdakı ardıcıllıqla yerinə yetirilir. Dəftər samonakladından dəftər ayırma mexanizmi vasitəsilə dəftərlər bir-bir ayrılaraq yəhərvari nəqledici transpartyorun üstünə atılır. Transportyor dəftərləri nəql edərək yellənən stola ötürür. Yellənən stol dəftəri tikmə zonasına ötürür. Sapla tikilmiş dəftərlər bir-biri ilə blok şəklində birləşdirilir. Blok çıxarıcı mexanizmin tiri hazır bloku qəbul stoluna ötürür. Bloklar arasında boş tikiş yerinə yetirilir. 1-ci və sonuncu dəftər yapışqanla zolaq şəklində yapışdirilir. Blokları əlaqələndirən tikişlər kəsilir.

Texnoloji prosesə ümumi şəkildə baxsaq sxem kiril əlifbasının (P) П hərfi şəklində oldugunu görərik. 1-ci qolda dəftərin dəftər samonakladından transpartyorun üstünə atılması baş verir. İstifadə olunan samonakladlar yuxarıda öyrəndiyimiz samonakladlar ilə eynidir. Dəftər çıxarıcı qurgu kimi tutuculuq disklərdən və ya barabanlardan istifadə edilir. Sapla tikmə maşınlarının ilkin konstruksiyalarında maqazinlərə şleyfli dəftərlər yıgılirdı. Tutucular dəftəri şleyfli hissəsindən tutaraq onu ortadan açir və yəhərvarı transpartyorun üstünə atır.

Müasir maşınlarda mövcud olan dəftər açma mexanizmi pnevmatik sorucularla işləyir və dəftərləri asanliqla açaraq transpartyorun üstünə atır. Bundan sonra dəftərlər 2 sıxıcı rolikin arasından keçir. Blokun müəyyən olunmuş dəftərləri yapışdırıcı valların arasından keçir. Bu zaman onun kənarından nazik yapışqan zolagı çəkir.Bu proses maşının yaddaşında olan proqramin vasitəsilə yerinə yetirilir. Proqram həmçinin müəyyən nəzarət qurgularını da idarə edir. Nəzarət qurgusu blokun düzgün komplektləşdirilməsinə nəzarət edir.

Nəqledici transpartyor onunla eyni profilə malik yəhərvari stolun səthinə sapla tikiləcək dəftəri nəql edir. Yellənən stol sola dogru hərəkət edərək dəftəri tikmə maşınının zonasına gətirir. Burada yellənmə hərəkəti edərək dəftəri iynələrin altina yerləşdirir. Tikmə prosesini yerinə yetitmək üçün dəftərlər qatlandıgı hissədən iç tərəfdən iynələr batırılmaqla deşilir. Bundan sonra tikmə maşının dəftərin üst tərəfində yerləşən üst tərəfində olan uynələri və həmçinin qarmaqlar kötük hissəsindəki dəliklərdən içəri tərəfdən daxil olur. Kötük hissəsindən dəliklər açılan hissələr yellənən stolun daxilində yerləşdirilir. Stolun daxilində həmçinin sapın istiqamətini dəyişdirən şiber adlı hissələr olur. İynələrin dəftərə daxil etdikləri sap şiber vasitəsilə tutularaq qarmaga dogru hərəkət etdirilir. Mürəkkəb hərəkət edən şiber qarmagın yanından keçərək onun arxasindan keçir. Bu zaman sap qarmagın əyri hissəsinə keçir. Bundan sonra qarmaqlar uynələrlə birlikdə yuxarı qalxaraq sapı özü ilə dəftərin əks tərəfinə aparir. Nəticədə qat hissəsində ilgək yaranır. Bu psoses başa çatdıqda yellənən stol ilkin vəziyyətinə qayıdaraq növbəti dəftəri tikmə zonasına gətirir. Bu zaman dəftər qarmaqlardan asılmlş vəziyyətdə qalır. Növbəti dəftərlər üçün proses təkrarlanır və blok tam tikildikdən sonra yeni blokun 1-ci dəftəri ilə hazır blokun sonuncu dəftəri arasında boş tikiş yerinə yetirilir. Bu halda tikiş zonasına dəftər verilmir. Hazır bloklar blok çıxarıcı mexanizm vasitəsilə qəbul-çıxış stoluna itələnir. Prosesi yerinə yetirmək üçün sapla tikmə maşını əsas qurgulara və mexanizmlərə malikdir.

Əsas qurgu kimi dəftər samonakladları yəhərvari zəncirvari transpartyor yapışdırma qurgusu, sürətləndirmə mexanizmi, yellənən stol, tikmə maşını, blok çıxarıcı qurgu və stol hesab olunur. Bundan başqa ümumi hərəkəti yaradan elektrik intiqalı vakuum qurgusu, nəzarət ölçmə cihazları və idarə etmə pultu da mövcuddur. Transpartyorun sürəti tikmə başlıgının sürətindən az oldugu üçün dəftərləri sürətləndirmə qurgusundan istifadə edilir. Bu qurgu transpartyor üzərində kicik sürətlə hərəkət edən dəftəri yellənən stolu və tikmə maşınının sürətinə bərabər sürətində hərəkət etdirilir. Maşının ən mürəkkəb qurgularından biri yellənən stoldur. Onun daxilində mürəkkəb hərəkət edən deşici iynələr və şiberlər yerləşdirilmişdir. Hər iki alətlər dişli tamasa üzrə hərəkət edir. Qarmaqlar vertikal və dairəvi hərəkət etməklə sapı əks tərəfə çıxarır.

Son dövrlərdə burgu şəkilli qarmaqlardan istifadə etməklə onların öz oxları ətrafında fırlanması nəql edilmişdir. Həmçinin şiberlərdə deşici iynələr və yeni konstruksiyalar təklif olunmuşdur. Bu konstruksiyalar yellənən stol mexanizmini xeyli sadələşdirmiş və çəkisini azaltmışdır.

Sapla tikmə maşınları universal və ixtisaslaşdırılmış olurlar. Universal maşınlar böyük texnoloji imkanlara malik olduqları halda, ixtisaslaşdırılmış maşınlar nisbətən məhdudlaşdırılmış nəşr formatlarında istifadə olunurlar.

Avtomatlarda (şəkil 11) cunasız tikmə texnologiyası aşağıdakılardan ibarətdir. Samonaklad – açıcı 1 bir-bir dəftərləri şleyf hissəsindən tutaraq topadan ayırır, orta hissədən onu açır və yan transportyorun 2 yəhərvari stolu üzərinə qoyur. Transportyor dəftəri yellənən yəhərvari stol 4 üzərinə ötürür. Hər bir blokun ikinci və sonrakı dəftərləri ona yaxınlaşdıqda yapışqan aparatı 3 dəftərin kötüyü boyu yapışqan zolağı çəkir. Bu, kənar dəftərlərin ixtiyarsız olaraq sonrakı əməliyyatlarda tikilmiş blokların qopmasının qarşısının alınması üçündür.

Yellənən stol dəftəri tikən aparata 5 yerləşdirir. Burada dəftər qatı deşilir, şpul 7 vasitəsi ilə daxilə sap keçirilir (sap kapron və ya pambıqdan ola bilər) və tikiş ilgəkləri formalaşır. Yellənən stol növbəti dəftəri gətirmək üçün geri çəkilir və analoji olaraq qalan bütün dəftərlər tikilir, lakin saplar ilgəklərdən keçərək dəftərləri öz aralarında birləşdirir. Hər bir blok tikildikdən sonra avtomat boş tikiş vurur (tikiş zonasına dəftər verilmədən). Bu tikiş üzrə bıçaq blokları bir-birindən ayırır. Tikilmiş bloklar ardıkəsilməz axınla avtomatın qəbul stoluna 6 çıxırlar. Tikiş zonasındakı cuna üzərinə cunaverici qurğu 8 qoşulur.

Tikmə zamanı yaranan qüsurlar və dayanmalar haqqında məlumat avtomatın displeyində verilir. Müasir avtomatlar xü­susi yükləmə və boşaltma qurğuları ilə təchiz olunmuşlar.



Şəkil 11. Sapla tikmə avtomatının blok-sxemi




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə