Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə38/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   34   35   36   37   38   39   40   41   ...   136

www.vivo-book.com 

 

194 



–  Mübahisənin  bəzi  təfsilatları  haqqında  da  bizə 

məlumat  verilib,  –  Mənə  yaxın  dayanmıĢ  polis  məmuru 

dedi. – Söhbət iki qadından gedir. 

– Adətən həmiĢə elə belə də olur, – deyə cavab verdim. 

– YaxĢı, – birinci polis məmuru dedi. – Yalnız sizə bir 

sualım var. 

– Buyurun. 

– Bu iki qadından hansını qəbul edirsiniz?  

–  Mən bunu qəbul edirəm,  –  deyərək iĢəyib  bütün  üst 

baĢını  batırmıĢ  halda  kresloda  oturan  Lidiyaya  əlimlə  iĢarə 

elədim.  

– YaxĢı, ser, siz əminsinizmi? 

– Hə, əlbəttə. 

Polis  məmurları  çıxıb  gedəndən  sonra,  mən  yenə 

Lidiya ilə birlikdə idim. 

 

 

29 



www.vivo-book.com 

 

195 



Ertəsi  gün  telefon  zəng  çaldı.  Lidiya  artıq  öz  evinə 

qayıtmıĢdı. Zəng vuran Bobbi idi. QonĢu məhəllədə yaĢayan 

və pornoqrafik kitablar dükanında iĢləyən oğlan.  

–  Mindi  mənim  yanımdadır.  O  xahiĢ  edir  ki, sən bura 

gəlib onunla danıĢasan.  

– YaxĢı. 

Mən özümlə 3 ĢüĢə pivə götürüb ora getdim. Mindinin 

ayaqlarında 

hündürdaban 

ayaqqabılar 

və 

əynində 


“Federiks”dən  Ģəffaf  paltar  vardı.  Bu  geyim  gəlincik 

paltarını  xatırladırdı  və  onun  altından  Mindinin  qara  qısa 

tumanı görünürdü. Əynində lifçik yox idi. Valeri də ətrafda 

gözə  dəymirdi.  Mən  əyləĢdim,  pivə  ĢüĢələrinin  qapaqlarını 

buraraq açdım və onların hərəsinə bir ĢüĢə verdim.  

–  Sən  Lidiyanın  yanına  qayıdırsan,  Henk?  –  Mindi 

məndən soruĢdu. 

– BağıĢla məni, hə. Qayıdıram. 

– Bu baĢ verənlər çox pis oldu. Mən elə bilirdim Ldiya 

ilə sənin aranda hər Ģey bitib. 

–  Mən  də  elə  düĢünürdüm.  Bu  iĢlər  qəribədir,  həmiĢə 

bizim düĢündüyümüz kimi olmur. 




www.vivo-book.com 

 

196 



–  Mənim  bütün  paltarlarım  sənin  evindədir.  Onları 

götürmək üçün sənin evinə gəlməli olacağam. 

– Əlbəttə. 

– Onun sənin evindən getdiyinə əminsənmi? 

– Hə. 

– O, öküz kimi hərəkət edir, o qadın, o elə bil kiĢidir.   



– Məncə, o elə deyil. 

Mindi  ayağa  qalxıb  vanna  otağına  keçdi.  Bobbi  mənə 

tərəf baxdı. 

–  Mən  onu  qayırmıĢam,  –  o  dedi.  –  Buna  görə  onu 

günahlandırma. Onun gedəcək yeri yox idi. 

– Onu günahlandırmıram. 

– Onun ovqatını bir qədər yaxĢılaĢdırmaq üçün Valeri 

onu “Frederiks”ə apardı və ona yeni paltarlar aldı. 

Mindi  vanna  otağından  çıxıb  yanımıza  gəldi.  O 

ağlayırdı.  

– Mindi, – mən dedim. – Ġndi mən getməliyəm. 

– Paltarlarımı almaq üçün mən sonra gələrəm. 

Mən  ayağa  qalxdım  və  qapıdan  çıxdım.  Mindi  də 

arxamca bayıra çıxdı. 




www.vivo-book.com 

 

197 



– Qucaqla məni, – o dedi. 

Mən onu qucaqladım. O yenə ağlamağa baĢladı. 

– Sən məni heç vaxt unutmayacaqsan... heç vaxt! 

Mən  evimə  piyada  gedir  və  öz-özümə  düĢünürdüm: 

maraqlıdır,  görəsən  Bobbi  Mindini  doğrudanmı  qayırıb? 

Bobbi  ilə  Valeri  bir  çox  yeni  və  qəribə  iĢlərlə  məĢğul 

olurdular.  Onlarda  adi  hisslərin  olmaması  mənim  heç 

vecimə də deyildi. Mənə maraqlı gələn Ģey onların bu iĢləri 

heç bir emosiya göstərmədən edə bilmələri idi. BaĢqa birisi 

eynilə əsnəyə və ya kartof qaynada bilərdi.  



30 

Lidiyanı  bir  qədər  sakitləĢdirmək  üçün  Mulzhedə  – 

Yuta  Ģtatına  getməyə  razılıq  verdim.  Onun  bacısı  dağlıq 

ərazidə gəzintiyə çıxaraq orada düĢərgə salmıĢdı. Əslində, o 

ərazinin  böyük  bir  hissəsi  bu  bacıların  mülkiyyətindəydi. 

Onlar  bu  torpaqları  öz  atalarından  miras  almıĢdılar. 

Bacılardan birisi, Qlendolina, meĢəlikdə çadır qurdurmuĢdu. 

O,  “Dağların  VəhĢi  Qadını”  adlı  bir  roman  yazırdı.  O  biri 

bacıların isə yaxın günlərdə gəlmələri gözlənilirdi. Ġlk gələn 

Lidiya  ilə  mən  olduq.  Bizim  balaca  bir  səhra  çadırımız 




www.vivo-book.com 

 

198 



vardı.  Ġlk  gecə  bir  təhər  sıxıĢaraq  oraya  yerləĢdik,  amma 

ağcaqanadlar  da  bizimlə  birlikdə  çadıra  soxula  bilmiĢdilər. 

DəhĢət idi.  

Ertəsi  gün  səhər  biz  düĢərgə  tonqalının  ətrafında 

oturmuĢduq.  Qlendolina  ilə  Lidiya  səhər  yeməyi 

hazırlayırdılar. Mən təxminən $40 dollarlıq ərzaq almıĢdım, 

bunun  içinə  bir  neçə  dənə  6  pivəlik  paket  də  daxil  idi. 

Pivələri  soyutmaq  üçün  onları  dağ  bulağının  içinə 

qoymuĢdum.  Səhər  yeməyini  bitirəndən  sonra,  mən  qabları 

yumaqda  onlara  kömək  elədim.  Sonra  isə  Qlendolina  öz 

romanını  çıxarıb  bizə  oxumağa  baĢladı.  Əslində  roman  elə 

də  pis  yazılmamıĢdı,  amma  mətn  çox  qeyri-peĢəkar  bir 

tərzdə  yazılmıĢdı  və  yazının  dərindən  redaktə  olunmasına 

ehtiyac vardı. Qlendolina elə güman edirdi ki, oxucu da bu 

qadının  həyatına  onun  özü  kimi  heyran  qalacaq  –  bu  isə 

ölümcül  bir  səhv  idi.  Onun  buraxdığı  baĢqa  ölümcül 

səhvlərin  sayı  burada  qeyd  edilməsi  üçün  həddən  ziyadə 

çoxdur.  

Mən  çeĢməyə  tərəf  getdim  və  əlimdə  3  ĢüĢə  pivə  ilə 

geri  döndüm.  Qızlar  pivədən  imtina  etdilər,  pivə  içmək 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə