Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə120/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   116   117   118   119   120   121   122   123   ...   136

www.vivo-book.com 

 

635 



burdan  gedərəm:  çox  rahat,  çox  asanlıqla,  heç  bir  ağrı  hiss 

etmədən. 

– YaxĢı! – mən dedim. 

Hər Ģey onun dediyi kimi alındı. 

Geri  qayıdarkən:  Sençuri  Bulvarla  Ģərqə,  sonra  üzü 

aĢağı  KrenĢouya  qədər,  8-ci  Avenyu  ilə  üzü  yuxarı,  sonra 

Arliqtondan  Uiltona.  Yolda  öz  camaĢırlarımı  götürmək 

qərarına gəldim, ona görə də sükanı sağa fırladaraq  Beverli 

Bulvara  döndüm,  maĢını  “Silverette”  camaĢırxanasının 

arxasındakı  dayanacağın  içinə  sürdüm  və  orada  saxladım. 

MaĢını  dayanacaqda  elə  yenicə  saxlamıĢdım  ki,  yanımdan 

qırmızı don geyinmiĢ qaradərili bir qız keçdi. Onun sağrıları 

valehedici  bir  tərzdə  yırğalanırdı,  bu  gördüyüm  ən  ecazkar 

hərəkət  idi.  Sonra  aralıdakı  bir  bina  mənim  görmə  sahəmin 

qarĢısını kəsdi. Bax bu qızın hərəkət etməsinə varam: elə bil 

həyat ancaq bir neçə qadına belə elastik hərəkət qabiliyyətini 

bəxĢ  etmiĢ,  qalanlarını  isə  yaddan  çıxarmıĢdı. Bax  bu  qızın 

hərəkətlərində mənim dediyim vəsfəgəlməz incəlik vardı.  

Mən  küçənin  səkisinə  çıxıb  ona  arxadan  da  tamaĢa 

elədim.  Onun  geriyə  çevrilib  baxdığını  da  görə  bildim. 




www.vivo-book.com 

 

636 



Sonra  o,  hərəkətini  dayandırdı  və  çiyninin  üstündən 

boylanaraq  gözlərini  mənə  zillədi.  CamaĢirxanaya  daxil 

oldum.  CamaĢırlarımı  da  götürüb  oradan  çıxanda,  o  qızın 

mənim  folksvagenimin  yanında  dayandığını  gördüm. 

Əlimdəki  Ģeyləri  sərniĢin  tərəfdən  maĢına  yüklədim.  Sonra 

maĢının ətrafında dolanaraq sürücü qapısına yaxınlaĢdım. O 

isə  qarĢımda  dayanmıĢdı.  Qızın  təxminən  27  yaĢı  olardı, 

dəyirmi  və  laqeyd  üzü  vardı.  Biz  bir-birimizə  çox  yaxın 

dayanmıĢdıq. 

–  Sizin  mənə  baxdığınızı  gördüm.  Nə  üçün  mənə  elə 

baxırdınız? 

– Mən üzr istəyirəm. Sizi incitmək niyyətim yox idi. 

– Mən nə üçün mənə elə baxdığınızı bilmək istəyirəm. 

Siz açıq-aĢkar gözlərinizi mənə zilləmiĢdiniz. 

– Bura baxın, siz gözəl bir qadınsınız. Sizin çox gözəl 

bədəniniz  var.  Yanımdan  keçdiyinizi  gördüm  və  sizə 

baxdım. Özümlə bacara bilmədim, qeyri-iradi alındı. 

– Bu gün axĢam mənimlə görüĢmək istərdinizmi? 

– Hmm, bu çox əla olardı. Amma bu axĢam mən artıq 

bir görüĢüm var. Bu gün bəzi iĢlərim var.  




www.vivo-book.com 

 

637 



 

Onun  yanından  keçib  sürücü  qapısına  yaxınlaĢdım. 

Qapını  açdım  cə  maĢına  əyləĢdim.  O  isə  çıxıb  getdi. 

Gedərkən onun astadan mırıldandığını eĢitdim: 

– Ağdərili dümbələk. 

PoĢt  qutusunu  qapağını  açdım  –  heç  nə.  Mənim 

yenidən  qruplaĢmağa  ehtiyacım  vardı.  Nəsə  vacib  bir  Ģey 

çatmırdı. Soyuducunun qapısını açıb içinə baxdım. BomboĢ 

idi.  Evdən  çıxdım,  folksvagenə  mindim  və  “Mavi  Fil”  içki 

dükanına sürdüm. Bir kvinta “Smirnov” və bir az da “7-UP” 

aldım. Geri qayıdarkən, artıq yolda baĢa düĢdüm ki, siqaret 

almağı unutmuĢam.  

Qərbi  Avenyu  ilə  cənuba  istiqamətləndim.  Sonra  sola 

dönərək  Hollivud  Bulvarına  çıxdım.  Sonra  isə  sağa, 

Serranoya  döndüm.  Siqaret  almaq  üçün  bir  dükan  tapmağa 

çalıĢırdım. Serrano ilə Sansetin düz kəsiĢməsində baĢqa bir 

qaradərili  qız  dayanmıĢdı.  Ayaqlarında  açıq  sarı  ilə  qara 

rəngin  qarıĢığında  hündürdaban  tufli  və  əynində  mini-ətək 

vardı. Qız orada öz mini-ətəyi ilə dayanarkən, onun maviyə 

çalan trusiyinin balaca bir hissəsini görə bildim. Qız səki ilə 




www.vivo-book.com 

 

638 



getməyə baĢladı, mən isə maĢını yavaĢ-yavaĢ onun arxasınca 

sürdüm. O özünü elə aparırdı, elə bil məni görmür. 

– Ey, balaca! 

Qız  dayandı.  MaĢını  səkinin  kənarına  verdim.  Qız 

maĢına yaxınlaĢdı. 

– ĠĢlər necə gedir? – ondan soruĢdum. 

– Qaydasında. 

–  Hə,  nədi,  səni  tələ  yemi  tutublar?  –  mən  ondan 

soruĢdum. 

– Nə mənada deyirsən?  

– O mənada deyirəm ki, – deyə mən izah etdim, – sənin 

polis olmadığını mən hardan bilim? 

– Sənin polis olmadığını bəs mən hardan bilim?  

–  Bir  mənim  üzümə  bax.  Gör  mən  heç  polisə 

oxĢayıram? 

–  YaxĢı,  –  qız  dedi,  –  qarĢıdakı  döngəyə  burul  və 

maĢını orada saxla. Döngənin dalında maĢına minərəm. 

Həmin  döngəyə  buruldum  və  maĢını  “Cənab  MəĢhur 

Nyu Cersi Buterbrodları” kafesinin qarĢısında saxladım. O, 

qapını açaraq maĢına oturdu. 




www.vivo-book.com 

 

639 



–  Hə,  nə  istəyirsən?,  –  o  məndən  soruĢdu.  Onun  yaĢı 

otuzdan  keçmiĢ  olardı  və  gülümsəyərkən  öndəki  qızıl  diĢi 

parıldayırdı. O heç vaxt mülis olmazdı. 

– Minet, – mən dedim. 

– Ġyirmi dollar. 

– DanıĢdıq. Gəl getdik. 

– Qərblə Franklinə qədər sür, sola dön, Harvarda qədər 

get və sonra sağa dön. 

Biz Harvarda çatanda, artıq maĢını saxlamaq üçün yer 

qalmamıĢdı.  Nəhayət,  maĢını  qırmızı  zonada  saxladım  və 

maĢından düĢdük. 

– Arxamca gəl, – o mənə dedi. 

Bu, dağılmaqda olan hündürmərtəbəli bir bina idi. Biz 

vestibülə  çatar-çatmaz  o  sağa  döndü  və  mən  də  gözlərimi 

onun  götünə  zilləyərək  onun  arxasınca  beton  pilləkənlərlə 

qalxdım.  Çox  qəribə  idi,  axı  hamının  götü  vardı.  Ġçimdə 

kədərə  bənzər  bir  hiss  baĢ  qaldırmıĢdı.  Lakin  onun  götünü 

istəmirdim.  Onun  arxasınca  dəhlizlə  gedəndən  sonra  bir 

neçə  sement  pilləkən  də  qalxdıq.  Biz  lift  əvəzinə  yanğın 

çıxıĢına  bənzər  pilləkəndən  istifadə  edirdik.  Bunu  etməkdə 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə