Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə116/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   112   113   114   115   116   117   118   119   ...   136

www.vivo-book.com 

 

614 



– Onları mən yazmıĢam. 

– Neçə kitab yazmısan? 

– Dəqiq bilmirəm. Bəlkə iyirmi, iyirmi beĢ... 

Bir  qolumu  Ayrisin  belinə  dolayaraq  onu  özümə  tərəf 

çəkdim və öpdüm. O biri əlimi isə onun dizinə qoymuĢdum. 

Telefon zəng çaldı. Yerimdən qalxıb dəstəyi qaldırdım.  

– Henk? – bu Valeri idi. 

– Bəli? 


– O kim idi? 

– Kim kim idi? 

– O qızı deyirəm... 

– Ah, o mənim Kanadadan gəlmiĢ bir rəfiqəmdir. 

– Henk, yenə sən və sənin lənətə gəlmiĢ qadınların!  

– Hə. 


– Bobbi öyrənmək istəyirdi ki, sən və... 

– Ayris. 

–  O  bilmək  istəyirdi  görsün  sən  və  Ayris  bizə  gəlib 

bizimlə içmək istərdinizmi. 

– Yox, bu axĢam yox. YağıĢ yağmayanda gələrik. 

– Onun necə gözəl bədəni var! 




www.vivo-book.com 

 

615 



– Bilirəm. 

– YaxĢı, onda bəlkə sabah. 

– Ola bilər... 

Deyəsən,  Valerinin  qadınlardan  da  xoĢu  gəlir,  deyə 

düĢünərək  dəstəyi  asdım.  XoĢu  gəlir,  qoy  gəlsin,  mənim 

üçün problem deyil. Daha iki qədəh içki süzdüm.  

–  Ġndiyə  qədər  hava  limanında  neçə  qadın 

qarĢılamısan? – Ayris məndən soruĢdu.  

– Sənin düĢündüyün qədər də çox deyil. 

–  Onların  sayını  itirmisənmi?  Kitablarının  sayını 

unutduğun kimi? 

– Riyaziyyat mənim zəif yerlərimdən biridir. 

– Hava limanlarında qadın qarĢılamaqdan xoĢun gəlir? 

–  Hə.  –  Ayrisin  belə  dilli-dilavər  olduğunu  heç 

xatırlamırdım.  

– Ay səni donuz! – deyərək Ayris güldü. 

– Bizim ilk didiĢməmiz. UçuĢ yaxĢı keçdi? 

– Bir zırramanın yanında oturmuĢdum. Bir qələt elədim 

və ona mənim üçün içki almasına razı oldum. OğraĢ o qədər 

danıĢdı ki, baĢ-beynim getdi. 




www.vivo-book.com 

 

616 



–  O,  sadəcə,  sənə  valeh  olubmuĢ.  Sən  çox  cazibədar 

qadınsan axı. 

– Məndə elə bunu görürsən? 

–  Səndə  bunun  çox  olduğunu  görürəm.  Bəlkə  də 

münasibətimiz davam elədikcə, baĢqa Ģeylər də görəcəyəm.  

– Bu qədər çoxlu qadın sənin nəyinə lazımdır? 

–  Bilirsənmi,  bunun  səbəbi  mənim  uĢaqlıq  çağlarımda 

keçirdiyim  həyatdır.  Nə  sevgi  görmüĢəm,  nə  də  qayğı. 

Ġyirmi,  hətta  otuz  yaĢlarımda  da  bu  dediklərim  o  qədər  də 

çox olmayıb. O vaxt məhrum olduğum Ģeylərin indi əvəzini 

çıxıram... 

– O boĢluğun yeri dolanda, sənin xəbərin olacaqmı? 

–  Ġndi  içimdə  elə  bir  hiss  var  ki,  bunun  üçün  mənə 

ikinci həyat lazım olacaq. 

– Sən necə də lovğa pisliksən! 

Mən güldüm. 

– Ona görə də, yazıram. 

–  Gedib  düĢ  qəbul  eləmək  və  əynimi  dəyiĢmək 

istəyirəm. 

– Əlbəttə.   




www.vivo-book.com 

 

617 



Mətbəxə  keçdim  və  hind  toyuğuna  əlimlə  toxunaraq 

onun  donunun  açılıb-açılmamasını  yoxladım.  O  mənə  öz 

ayaqlarını,  qasıq  tüklərini,  dəliyini,  ombalarını  göstərdi; 

çanağın içində sakitcə oturmuĢdu. Nə yaxĢı ki onun gözləri 

yox idi. Hə, biz ondan bəzi Ģeylər hazırlamağa çalıĢarıq. Bu 

növbəti  addım  olacaqdı.  Unitazın  suyunun  buraxılmasını 

eĢitdim.  Əgər  Ayris  onu  qızartmaq  istəməsə,  onda  özüm 

qızardaram. 

Cavan  vaxtlarımda  daim  depressiyada  olardım.  Lakin 

indi  intifart  mənim  üçün  artıq  bir  həyat  seçimi  deyildi. 

Mənim  yaĢımdakı  bir  adamın  öldürə  biləcəyi  Ģeylər  çox  az 

olur.  Onlar  nə  deyirlər,  desinlər,  qocalığın  da  öz  üstün 

cəhətləri vardı. Məncə, insanın ağıla batan nəsə yaza bilməsi 

üçün onun ən azı əlli yaĢı olmalıdır. Nə qədər çox çaylardan 

keçsən, çaylar haqqında bir o qədər çox Ģeylər biləcəksən – 

yəni, ağ suyun və sualtı daĢların içindən salamat çıxa bilsən. 

Bəzən həyat kifayət qədər amansız və çətin ola bilər. 

Ayris  vanna  otağından  çıxdı.  Ġndi  onun  əynində 

göyümtül qara rəngli bir don vardı. Deyəsən ipəkdən idi və 

onun  bədəninə  kip  otururdu.  O,  orta  statistik  amerikalı 




www.vivo-book.com 

 

618 



qızlardan  deyildi.  Ona  görə  də,  çox  müəmmalı  görünürdü. 

O,  sözün  əsl  mənasında  qadın  idi.  Amma  öz  qadınlığını 

birbaĢa sənin üzünə çırpmırdı. Amerikalı qadınlar çox qızğın 

Ģəkildə sövdələĢirdilər və sonunda da baĢları bunun ağrısını 

çəkirdi. Ġndi təbii amerikalı qadınlara az sayda yalnız Texas 

və Luizianada rast gələcək olurdu.   

Ayris  mənə  baxaraq  gülümsədi.  O  hər  ovcunda  nəsə 

tutmuĢdu.  Sonra  əllərini  baĢının  üzərinə  qaldırdı  və  onları 

Ģaqqıldatmağa  və  ardınca  rəqs  etməyə  baĢladı.  Ya  da, 

sadəcə,  bədənini  titrətməyə.  Elə  bil  onu  elektrik  cərəyanı 

çarpmıĢdı. Ruhunun mərkəzi isə qarın hissəsi idi. Çox gözəl 

və  təbii  alınırdı.  Üstəlik  onda  yüngül  yumor  da  hiss 

olunurdu.  Bütün  rəqsin,  bu  zaman  o  bir  an  olsun  belə 

gözlərini  məndən  çəkmirdi,  öz  xüsusi  mənası,  insanı  öz 

cazibəsinə  salan,  öz  –özlüyündə  çox  qiymətli  olan  bir  sehr 

vardı.  


Ayris  rəqsi  bitirdi,  mən  əl  çaldım  və  sonra  ona  bir 

qədər içki süzdüm. 




www.vivo-book.com 

 

619 



–  Mən  bu  rəqsi  lazım  olduğu  kimi  ifa  eləmədim,  – 

Ayris dedi. – Bunun üçün xüsusi bir kostyuma və musiqiyə 

ehtiyac vardı.  

– Amma mənim çox xoĢuma gəldi. 

–  Mən  içində  lazım  olan  musiqi  yazılmıĢ  bir  kaset 

gətirmək  istəyirdim,  amma  sənin  evində  maqnitofon 

olmadığını bilirdim. 

– Haqlısan. Yenə də çox əla idi. 

Ayrisi nəvaziĢlə öpdüm. 

– Niyə gəlib Los-Ancelesdə yaĢamırsan? – deyə ondan 

soruĢdum. 

–  Mənim  bütün  köklərim  Ģimal-qərbə  aiddir.  Oradakı 

həyatımdan  məmnunam.  Valideynlərim,  dostlarım,  hamısı 

oradadır, baĢa düĢmürsənmi?  

– BaĢa düĢürəm. 

–  Bəs  sən  niyə  Vankuverə  köçmürsən?  Sən  öz 

əsərlərini Vankuverdə də yaza bilərdin. 

–  Bəlkə  də  bilərdim.  Mən  öz  əsərlərimi  aysberqin 

üstündə də yaza bilərəm. 

– Bəlkə bir sınayasan? 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə