Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə115/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   111   112   113   114   115   116   117   118   ...   136

www.vivo-book.com 

 

609 



– O olub ki, mən BÖYÜK BĠR POX QALAĞIYAM! 

Daxilimdəki  günahkarlıq  hissi  içimi  eĢirdi.  Ġçimdə 

spazmalar baĢ qaldırmağa baĢladı. Çox dözülməz ağrıydı.  

–  Kanadadan  bir  oriental  rəqqasə  ġükran  Gününü 

mənimlə keçirmək üçün yanıma gəlir. 

– Oriental rəqqasə?  

– Hə. 

– O qəĢəngdirmi? 



– Hə çox qəĢəngdir. BağıĢla məni, bağıĢla məni... 

Debra məni özündən kənara itələdi. 

– Ġmkan ver ərzaqları yerinə qoyum.  

O,  ərzaq  torbasını  döĢəmədən  qaldırıb  mətbəxə  keçdi. 

Soyuducunun qapısının açılıb-bağlandığını eĢitdim. 

– Debra, –– mən gedirəm. 

Mətbəxdən heç bir səs gəlmədi. GiriĢ qapısını açdım və 

evdən  çıxdım.  MaĢının  mühərrikini  iĢə  saldım.  Radionu 

qoĢdum,  faraları  yandırdım  və  geriyə  –  Los-Ancelesə  tərəf 

istiqamət aldım. 



 

94 


www.vivo-book.com 

 

610 



ÇərĢənbə  günü  artıq  hava  limanında  Ayrisi 

gözləyirdim.  Bir  yerdə  oturub  qadınlara  göz  qoyurdum. 

Onlardan  heç  birinin  xarici  görünüĢü  –  bir  neçəsi  istisna 

olmaqla  –  Ayris  ilə  müqayisəyə  gəlmirdi.  Mənə  nəsə 

olmuĢdu:  seks  haqqında  həddən  çox  düĢünürdüm.  Gözümə 

dəyən  hər  bir  qadını  özümlə  yataqda  təsəvvür  edirdim.  Bu, 

hava limanında gözləyərkən vaxt öldürməyin maraqlı üsulu 

idi.  Qadınlar:  onların  paltarlarının  rəngi,  nazlana-nazlana 

gəzmələri, bəzi simalardakı əzazillik, ara-sıra qarĢıma çıxan 

əsl  və  valehedici  qadınların  üzlərində  gördüyüm  xalis 

gözəlliyi  xoĢuma  gəlirdi.  Onlar  bizə  üstün  gələ  bilərdilər: 

onlar  bizdən  daha  yaxĢı  plan  qurur  və  bizdən  daha  yaxĢı 

təĢkilatlanırlar.  KiĢilər  oturub  peĢəkar  futbola  baxdıqları, 

pivə içdikləri, ya da boulinq oynadıqları vaxt, onlar, qadınlar 

bizim  haqqımızda  düĢünür,  bütün  diqqətlərini  üstümüzdə 

cəmləyir,  bizi  tədqiq  edir  və  qərar  verirlər  –  bizi  qəbul 

etsinlər,  yoxsa  lazımsız  bir  Ģey  kimi  kənara  atsınlar,  bizi 

baĢqası  ilə  dəyiĢsinlər  və  ya  öldürsünlər,  ya  da  sadəcə  bizi 

tərk  etsinlər.  Nəticə  etibarilə  bunun  demək  olar  ki,  heç  bir 



www.vivo-book.com 

 

611 



əhəmiyyəti  yoxdur,  onların  hansı  qərarı  verməsindən  asılı 

olmayaraq, sonunda biz yalqız qalır və ağlımızı itiririk. 

Ayrislə  özüm  üçün  18  funtluq  bir  hind  toyuğu 

almıĢdım.  Onu  çanağın  içinə  qoymuĢdum  ki,  buzu  ərisin. 

ġükran  Günü.  Bu  bayram  sübut  edirdi  ki,  bütün 

müharibələrə,  inflyasiyaya,  iĢsizliyə,  qatı  tüstüyə,  dumana, 

ağıllı və ya ağılsız prezidentlərə rəğmən, sən daha bir ili sağ 

qalmısan. Bu bayram nəhəng ailə klanlarının əsəbi toplantısı 

idi:  səs-küylü  əyyaĢların,  nənələrin,  bacıların,  xalaların, 

qıĢqır-bağır  salan  uĢaqların  və  potensial  intiharçıların.  Hə, 

bir 

də, 


mədə 

pozulmalarını  unutmayın.  Mən  də 

baĢqalarından  heç  nə  ilə  seçilmirdim:  mənim  də 

mətbəximdəki  çanaqda  ölü,  yonulmuĢ,  içalatı  tamamilə 

çıxarılmıĢ 18 funtluq bir quĢ vardı. Ayris onu mənim üçün 

qızardacaqdı.  

Həmin  gün  poçt  ilə  bir  məktub  almıĢdım.  Məktubu 

cibimdən çıxarıb yenidən oxumağa baĢladım. Onu Berklidən 

göndərmiĢdilər: 

Hörmətli cənab Çinaski, 




www.vivo-book.com 

 

612 



Siz  məni  tanımırsınız,  amma  mən  qəĢəng  qancığam. 

Mən  dənizçilərlə  və  bir  də  bir  yük  maĢını  sürücüsü  ilə 

oturub-dururdum,  amma  onlar  mənim  cinsi  ehtiyaclarımı 

təmin  edə  bilmirlər.  Demək  istədiyim  odur  ki,  biz  sikiĢirik 

və  sonra  daha  heç  nə  olmur.  O  zırramalarda  heç  bir 

mahiyyət  yoxdur.  22  yaĢım  var.  BeĢ  yaĢında  bir  qızım  da 

var,  adı  Asterdir.  Bir  oğlanla  yaĢayıram,  amma  aramızda 

seks münasibətləri yoxdur. Sadəcə, birlikdə yaĢayırıq. Onun 

adı  Reksdir.  Gəlib  sizinlə  görüĢmək  istərdim.  Mən  sizin 

yanınızda  olduğum  zaman  qızım  Asterə  anam  baxa  bilər. 

Zərfin içinə öz Ģəklimi qoyuram. Əgər istəsəniz, mənə cavab 

yazın.  Sizin  bir  neçə  kitabınızı  oxumuĢam.  Onları  kitab 

dükanlarında tapmaq çox çətindir. Əsərlərinizdə ən xoĢuma 

gələn  cəhət  onların  asan  baĢa  düĢülməsidir.  Üstəlik  siz  çox 

məzəlisiniz. 

Sizin, 


Tanya  

Sonra  Ayrisin  təyyarəsi  yerə  endi.  Mən  pəncərənin 

önündə dayanıb onun təyyarədən enməsinə tamaĢa etdim. O, 

əvvəlki  kimi,  gözəl  görünürdü.  O  qədər  uzun  yolu,  düz 




www.vivo-book.com 

 

613 



Kanadadan  bura  qədər  mənimlə  görüĢmək  üçün  gəlmiĢdi. 

Əlində  bircə  çemodan  vardı.  Ayris  baĢqa  sərniĢinlərlə 

birlikdə  keçiddə  dayanıb  növbə  gözləyərkən,  mən  ona  əl 

elədim.  Gömrük  məntəqəsindən  keçəndən  sonra,  Ayris 

bütün bədəni ilə mənə qısıldı. Biz öpüĢdük və mənim Ģeyim 

yüngülcə  bərkidi.  Onun  əynində  don  vardı,  bədəninə  kip 

oturan  mavi  bir  don,  ayaqlarına  hündürdaban  tufli 

geyinmiĢdi,  baĢına  geyindiyi  balaca  Ģlyapanı  yanakı 

qoymuĢdu.  Ġndi  əyninə  don  geyinmiĢ  qadınları  nadir 

hallarda  görmək  olur.  Los-Ancelesdəki  qadınlar  əyinlərinə 

daim Ģalvar geyinirdilər...  

Dayanıb  baqaj  gözləməli  olmadığımızdan,  maĢına 

oturub  dərhal  mənim  evimə  sürdük.  MaĢını  evin  önündə 

saxladım  və  biz  birlikdə  cığırla  evə  gəldik.  Ġçki  süzdüyüm 

zaman  o  divanda  özünə  yer  elədi.  Ayris  mənim  əl  iĢindən 

olan kitab rəfimə göz gəzdirdi. 

– Bütün bu kitabları sən yazmısan? 

– Bəli. 


–  Mən  heç  təsəvvür  eləməzdim  ki,  sən  bu  qədər  çox 

kitab yazarsan. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə