6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
GİRİŞ
6-cı Maddə -Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və
qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik
mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının
müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza
biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir
hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab
edilir.
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və
ətraflı məlumatlandırılmaq;
(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini
ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə
müdafiədən pulsuz istifadə etmək;
(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun
əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidlərin çağırması və dindirməsi
hüququna malik olmaq;
(e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz
köməyindən istifadə etmək.
1. Bu təlimat təsis edildiyi vaxtdan bu günə qədər mövzu ilə bağlı Strasburq
Məhkəməsinin çıxardığı ən vacib qərarlar barədə praktik hüquqşünaslara məlumatın təqdim
edilməsi üçün nəzərdə tutulub. Beləliklə, sənəddə Məhkəmənin presedent hüququnun
formalaşdırdığı əsas prinsiplər, müvafiq presedentlərlə birlikdə şərh olunur. İstinad edilən
presedent hüququ seçilib: bunlar aparıcı, mühüm və yaxın tarixə aid qərarlar və
qərardadlardır
1
.
2. Əslində Məhkəmənin qərarları yalnız qarşısına çıxarılan işlərin həllinə xidmət etmir,
həm də daha ümumi mənada Konvensiya ilə müəyyən olunan normaların izah olunmasına,
qorunmasına və inkişaf etdirilməsinə və beləliklə, Dövlətlərin İştirakçı Dövlət kimi üzərlərinə
götürdükləri öhdəliklərə riayət etməsinə töhfə verir (
İrlandiya Birləşmiş Krallığa qarşı,
§ 154). Beləliklə, Konvensiya sisteminin missiyası məsələləri ümumi maraqlar çərçivəsində
ictimai siyasət əsasında həll etməkdən, bununla da Konvensiya İştirakçısı olan Dövlətlərdə
insan hüquqları sahəsində məhkəmə praktikasının genişləndirilməsindən və insan
hüquqlarının qorunması üçün ümumi standartların gücləndirilməsindən ibarətdir (
Konstantin
Markin Rusiyaya qarşı
[BP], § 89).
1
. İstinad edilən qərar və qərardadların hiperlinkləri ingilis və ya fransız dilində (Məhkəmənin iki rəsmi dili)
yazılan oriinal mətnlərə keçidi təmin edir. Oxucular ingilis və/və ya fransız dilində qərar və qərardadlara, eləcə
də onların iyirmiyə yaxın başqa dilə tərcümələrə çıxışı təmin edən Məhkəmənin presedent hüququnun
HUDOC
verilənlər bazasına müraciət edə bilərlər.
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014
5
6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
I. TƏTBİQ DAİRƏSI: "CINAYƏT ITTIHAMI" ANLAYIŞI
Maddə 6 § 1 - Ədalətli məhkəmə araşdırması hüququ
"1. Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... məhkəmə vasitəsi ilə ... ədalətli ...
araşdırılma ... hüququna malikdir ...."
A. Ümumi prinsiplər
3. "Cinayət ittihamı" konsepsiyası üzv Dövlətlərin milli hüquq sistemlərində istifadə
edilən kateqoriyalardan asılı olmayan "avtonom" mənaya malikdir (
Adolf Avstriyaya qarşı
, §
30).
4. "İttiham" konsepsiyası Konvensiyada nəzərdə tutulan mənada başa düşülməlidir.
Beləliklə, ona "səlahiyyətli orqan tərəfindən hər hansı fərdə cinayətə törətdiyi ilə bağlı iddia
haqqında rəsmi məlumatın verilməsi" kimi tərif verilə bilər, bu tərif həm də "[şübhəlinin]
vəziyyətinin əsaslı surətdə təsirə məruz qalıb-qalmaması" testinə da cavab verir (məsələn bax:
Devir Belçikaya qarşı
, §§ 42 və 46 və
Ekle Almaniyaya qarşı,
§ 73). Məhkəmə həmçinin
müəyyən etmişdir ki, polis məntəqəsində həbs altında saxlanan, şahid kimi dindirilməmişdən
əvvəl and içməsi tələb olunan hər hansı şəxs artıq "cinayət ittihamının" subyekti hesab olunur
və susmaq hüququna malikdir (
Brüsko Fransaya qarşı
, §§ 46-50).
5. Avtonom "cinayət" anlayışına gəldikdə isə, Konvensiya İştirakçı Dövlətlər arasında
"dekriminallaşdırma" istiqamətində fəaliyyətin əleyhinə deyil. Lakin, "qanunla nəzərdə
tutulan" hüquq pozuntusu kimi təsnif olunan pozuntular dekriminallaşdırmadan sonra
avtonom "cinayət hüququ" pozuntusuna aid edilə bilər. Dövlətlərə bu hüquq pozuntularının
istisna edilməsinə mülahizə səlahiyyətinin verilməsi Konvensiyanın məqsədlərinə və
vəzifələrinə uyğun olmayan nəticələrə gətirib çıxara bilər. (bax:
Öztürk Almaniyaya qarşı
, §
49).
6. Konvensiyanın 6-cı maddəsinin cinayət hüququ aspektinin tətbiq edilə bilənliyinin
qiymətləndirilməsi üçün başlanğıc nöqtəsi
Engel və başqaları Niderlanda qarşı
(§§ 82-83)
məhkəmə işində təsvir edilən meyarlara əsaslanır:
(1) milli qanunvericilikdəki təsnifat;
(2) hüquq pozuntusunun xarakteri;
(3) aidiyyəti şəxsin məruz qala biləcəyi cəzanın ağırlığı.
7. İlk meyar nisbi çəkiyə malikdir və yalnız başlanğıc nöqtəsi rolunu oynayır. Ölkə
qanunvericiliyi hər hansı hüquq pozuntusunu cinayət hüququ pozuntusu kimi təsnif edirsə, o
halda bu, həlledici əhəmiyyət daşıyır. Əks halda, Məhkəmə milli təsnifatı diqqətə almır və
sözügedən prosedurun faktiki məzmununu incələyir.
8. Daha əhəmiyyətli hesab olunan ikinci meyarın qiymətləndirilməsi zamanı (
Yussila
Finlandiyaya qarşı
[BP], § 38) aşağıdakı amillər nəzərə alına bilər:
– sözügedən hüquqi norma yalnız ayrıca qrupa ünvanlanır, yoxsa hamı üçün məcburi
xarakter daşıyırmı (
Bendenun Fransaya qarşı
, § 47);
– icraat qanunla müəyyən edilmiş icranın məcburi təmin edilməsi səlahiyyəti olan dövlət
orqanı tərəfindənmi başladılıbmı (
Benhem Birləşmiş Krallığa qarşı
, § 56);
– hüquqi normanın məqsədi cəzalandırma, yoxsa cinayətin törədilməsindən
çəkindirmədirmi (
Öztürk Almaniyaya qarşı,
§ 53;
Bendenun Fransaya qarşı, §
47);
– cəzanın təyin edilməsi təqsirin müəyyən edilməsindən asılıdırmı (
Benhem Birləşmiş
Krallığa qarşı
, § 56);
6
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014