6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
cərimələrə (
Qisse Fransaya qarşı
) və iqtisadi, maliyyə və rəqabət haqqında qanunvericilik
sahəsində səlahiyyətli müəyyən inzibati orqanlara (
Lilly France S.A. Fransaya qarşı
(qər.);
Dubus S.A. Fransaya qarşı
;
A Menarini Diagnostics S.r.l İtaliyaya qarşı
) tətbiq edilə biləcəyi
qəbul olunmuşdur.
(3) Siyasi məsələlər
20. 6-cı maddənin cinayət hüququ aspekti seçki sanksiyaları (
Pyer - Blox Fransaya qarşı
,
§§ 53-60), siyasi partiyaların buraxılması (
Refah Partisi ) və başqaları Türkiyəyə qarşı
(qər.)); parlamentin tədqiqat komissiyaları (
Montera İtaliyaya qarşı
(qər.)); Konstitusiyanın
kobud surətdə pozulmasına görə ölkə prezidentinin impiçmenti (
Paksas Litvaya qarşı
[BP],
§§ 66-67) ilə əlaqədar məhkəmə icraatlarına tətbiq edilmir.
21. Lüstrasiya icraatlarına gəldikdə isə, Məhkəmə müəyyən etmişdir ki, cinayət
konnotasiyalı aspektlərin üstünlük təşkil etməsi (hüquq pozuntusunun xarakteri - həqiqətə
uyğun olmayan lüstrasiya bəyanatı - və cəzanın xarakteri və ağırlıq dərəcəsi - uzun müddət
müəyyən peşə ilə məşğulluğun qadağan edilməsi) bu icraatları Konvensiyanın 6-cı
maddəsinin cinayət aspektinə aid edə bilər (
Matişek Polşaya qarşı
(qər.); əksi üçün bax:
Sidabras və Dzyautas Litvaya qarşı
(qər.)).
(4) Ölkədən çıxarılma və ekstradisiya
22. Əcnəbilərin ölkədən çıxarılması prosedurları, cinayət mühakimə icraatı kontekstində
həyata keçirildikdə belə, 6-cı Maddənin cinayət hüququ aspektinin tətbiq dairəsinə düşmür
(
Maauya Fransaya qarşı
[BP], § 39). Eyni istisnaedici yanaşma ekstradisiya prosedurlarına
(
Penyafiel Salqado İspaniyaya qarşı
(qər.)) və ya Avropa həbs orderi ilə əlaqədar icraatlara
(
Monedero Anqora İspaniyaya qarşı
(qər.)) tətbiq edilir.
23. Lakin həbs cəzasının deportasiya və on il ölkədən çıxarılma ilə əvəz edilməsi ilkin
hökmlə eyni əsaslarla təyin edilmiş cəza hesab oluna bilər (
Qurquçiani İspaniyaya qarşı
, §§
40 və 47-48 ).
(5) Cinayət mühakimə icraatının müxtəlif mərhələləri, köməkçi icraatlar və
müşayiət edici hüquqi müdafiə vasitələri
24. 6-cı Maddədə müəyyən edilən təminatlar asayişin pozulmasının və ya cinayətin
qarşısının alınması üçün qəbul edilmiş tədbirləri əhatə etmir (polis tərəfindən xüsusi nəzarət -
Raymondo İtaliyaya qarşı
, § 43; və ya öz məktəbində qızlara qarşı nalayiq hərəkətlər edən
yetkinlik yaşına çatmayan şəxsə polis tərəfindən verilən xəbərdarlıq -
R. Birləşmiş Krallığa
qarşı
(qər )).
25. Məhkəməyə qədərki mərhələyə gəldikdə (dindirilmə, istintaq), Məhkəmə cinayət
mühakimə icraatlarına bir tam halında baxır. Buna görə də 6-cı Maddənin ağlabatan müddət
tələbi və ya müdafiə hüququ kimi bəzi tələbləri icraatın bu mərhələsinə də müvafiqdir, belə
ki, ilkin mərhələdə bu tələblərə əməl edilməməsi məhkəmənin ədalətliliyinə ciddi zərər vura
bilər (
İmbrioşia İsveçrəyə qarşı
, § 36). İstintaq hakimləri "cinayət ittihamı"nı müəyyən
etməsələr də, onlar tərəfindən atılan addımlar mühakimə prosesi daxil olmaqla, sonrakı
icraatların aparılmasına və ədalətliliyinə birbaşa təsir edir. Müvafiq olaraq, 6-cı Maddənin 1-
ci bəndinin istintaq hakiminin apardığı istintaq prosesinə tətbiq edilə biləcəyi qəbul edilsə də,
6-cı Maddənin 1-ci bəndində nəzərdə tutulan prosessual təminatların bəziləri tətbiq edilməyə
bilər (
Vera Fernandez-Uidobro İspaniyaya qarşı
, §§ 108-114 ).
26. 6-cı Maddənin 1-ci bəndi hökmün çıxarılması prosesi daxil olmaqla, hər hansı "cinayət
ittihamının" müəyyən edilməsi prosesinə bütövlükdə tətbiq edilir (məsələn,
Fillips Birləşmiş
Krallığa qarşı
işində § 39, milli məhkəmələrə müsadirə qərarının verilə biləcəyi məbləği
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014
9
6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
müəyyən etmək imkanı verən müsadirə prosedurları). 6-cı Maddənin cinayət hüququ aspekti
həmçinin tikinti icazəsi olmadan inşa edilmiş evin uçurulması ilə nəticələnən məhkəmə
icraatlarına tətbiq edilə bilər, çünki uçurulma "cəza" hesab oluna bilər (
Amer Belçikaya qarşı,
§ 60 ). Lakin, o, ilkin hökmün yeni Cinayət Məcəlləsinin şəxs üçün daha əlverişli
müddəalarına uyğunlaşdırılması ilə bağlı icraatlara tətbiq edilmir (
Nurməhəmmədov Rusiyaya
qarşı
, § 50).
27. Amnistiyanın tətbiqi (
Monkorne de Komon Fransaya qarşı
(qər.)), vaxtından əvvəl
şərti azadlığa buraxılma (
A. Avstriyaya qarşı
(qər.)), məhkum olunmuş şəxslərin köçürülməsi
haqqında Konvensiya çərçivəsində köçürülmə icraatları (
Sabo İsveçə qarşı
(qər.) əks
qənaətlər üçün bax:
Buyen Almaniyaya qarşı işi
, §§ 40-45, xüsusən işin xüsusi halları nəzərə
alındıqda) və xarici məhkəmə tərəfindən çıxarılmış müsadirə qərarının icrası ilə əlaqədar
ekzekvatur icraatlar kimi (
Sakkoçça Avstriyaya qarşı
(qər.) cəzaların icrası üzrə icraatlara 6-cı
maddənin cinayət aspekti tətbiq edilmir.
28. Prinsip etibarilə, üçüncü tərəflərin onlara qarşı cinayət icraatının başladılması
təhlükəsi mövcud olmadığı halda mülkiyyət hüququna mənfi təsir edən müsadirə tədbirləri
"cinayət ittihamının müəyyən edilməsi" deyildir (
Air Canada Birləşmiş Krallığa qarşı işində
hava gəmisinin müsadirəsi,
§ 54;
AGOSI Birləşmiş Krallığa qarşı işində qızıl sikkələrin
müsadirəsi
§§ 65-66). Əvəzində belə tədbirlər 6-cı Maddənin mülki hüquq aspektinə uyğun
gəlir
(
Silikiene Litvaya qarşı
, §§ 45-46).
29. Prinsipcə 6-cı Maddədə nəzərdə tutulan təminatlar müvafiq cinayət mühakimə
icraatlarının sonrakı mərhələsini təşkil edən və ya nəticələri təqsirli hesab olunmuş şəxslər
üçün həlledici olan hüquq məsələləri üzrə apellyasiya şikayətlərinə (
Mefta və başqaları
Fransaya qarşı
, [BP], § 40) və Konstitusiya məhkəməsi icraatlarına (
Qast və Popp
Almaniyaya qarşı
, §§ 65-66;
Kaldas Ramirez de Arreliano İspaniyaya qarşı
(qər.)) tətbiq
edilir.
30. Nəhayət, 6-cı Maddə məhkəmə işinin yenidən açılması icraatlarına tətbiq edilmir,
çünki haqqında yekun hökm çıxarılmış, işinin yenidən açılması üçün müraciət edən şəxs
həmin Maddənin anlamı çərçivəsində "cinayət törətməkdə ittiham olunmur" (
Fişer Avstriyaya
qarşı
(qər.)). Yalnız məhkəmə işinin yenidən açılması üçün qaldırılan vəsatət təmin
edildikdən sonra yeni icraatlar cinayət ittihamının müəyyən edilməsi baxımından nəzərdən
keçirilə bilər (
Leffler Avstriyaya qarşı
, §§ 18-19). Bənzər qaydada 6-cı Maddə Məhkəmə
pozuntu müəyyən etdikdən sonra cinayət mühakimə icraatının yenidən başladılması üçün
qaldırılan vəsatətə tətbiq edilmir (
Öcalan Türkiyəyə qarşı
(qər.)). Lakin 6-cı Maddənin
cinayət hüququ aspekti yekun hökmə düzəlişlərinin edilməsi ilə nəticələnən nəzarət yoxlama
icraatlarını əhatə edir (
Vanyan Rusiyaya qarşı
, § 58).
II. ÜMUMİ TƏMİNATLAR
Maddə 6 § 1
Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... qanun əsasında yaradılmış məhkəmə vasitəsi
ilə ... ədalətli ... araşdırılması ... hüququna malikdir." …"
A. Məhkəməyə çatımlılıq hüququ
31. Cinayət məsələlərində "məhkəməyə çatımlılıq hüququ" mülki hüquq məsələlərilə
müqayisədə daha mütləq deyil. Ona nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur (
Devir
Belçikaya qarşı
, § 49; həmçinin bax:
Kart Türkiyəyə qarşı
[BP], § 67).
32. Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə
və miqyasda məhdudlaşdırmamalıdır. Onlar qanuni məqsəd daşımalıdır və istifadə edilən
10
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014