198
Azərbaycan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına
hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və
təmin edilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin imzaladığı "XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq
haqqında" sərəncamı əsas zəmin yaratmış oldu (05.VI.2003).
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idman-
çıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir.
Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə
Beynəlxalq Federasiyanın qərarı ilə xüsusi buraxılışla (vayld-kart)
oyunlarda iştirak etmək hüququ qazanmışlar.
Respublika XXVIII Yay
Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil
olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu
oyunlarda ölkə 3 yeni idman növü - bədii gimnastika, taekvondo,
qılıncoynatma və daha çox idmançı ilə yarışlara qatılmışdı. XXVIII
Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1
qızıl və 4 bürünc medal qazanaraq 202 iştirakçı dövlət arasında
medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir.
XXVIII Yay Olimpiya Oyunlarında (1952-2004) 140 idmançı işti-
rak etmişdir. 15 qızıl, 12 gümüş, 13 bürünc medal qazanılmışdır. Müstəqil
Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar
(o cümlədən 3 qızıl, 1 gümüş, 5 bürünc). 2007-ci ildə respublikamızda 36
beynəlxalq yarış təşkil olunmuşdur. Cari ilin 7 ayı ərzində isə artıq 18
beynəlxalq yarış keçirilmişdir. Müstəqillik dövründə respublikada
fəaliyyət göstərən idman qurğuları və bədən tərbiyəsi sağlamlıq
komplekslərinin sayı 9 mini ötmüşdür. Müstə-qillik qazandıqdan sonra
Azərbaycan idmançıları Avropa, dünya və kubok yarışlarında 2615 medal
qazanmışlar: (897 qızıl, 705 gümüş, 1013 bürünc).
Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbay-
can həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda
keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il
ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. bu
kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya
Oyunlarının lisenziya turnirləri keçirilir. Ümumilikdə son 10 ildə
Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir.