200
məhz ilk dəfə keçirilən 2015 Avropa olimpiya oyunlarında və
Azərbaycanda olacaq. Ölkəyə xeyli sayda turist gələcək. Bakı 2015
Avropa Olimpiya oyunları Azərbaycanın tarixində, turizm sahəsində,
idman sahəsində böyük rol oynayacaq.
Azərbaycanda idman sürətli inkişaf mərhələsindədir. Beynəlxalq
arenada ölkəmizi daha çox idmanın hansı növünə görə tanıyırlar?
Demək olar ki, Azərbaycanda idmanın çox növü inkişaf edib.
Amma ən çox təknövçülük idman növü inkişaf edib. Xüsusilə, karate,
taekvando, güləş, cüdo, boks, kiqboks, qaydasız döyüş və s. bu kimi
növləri misal göstərmək olar. Məhz İdman Nazirliyinin və Milli
Olimpiya Komitəsinin Avropa və dünya ölkələri ilə sıx beynəlxalq
əlaqələri sayəsində bir çox dünya və Avropa oyunlarının və digər
beynəlxalq mötəbər yarışların Azərbaycanda keçirilməsinə şərait
yaranıb.
Cənubi Qafqazda regional idman yarışları, turnirlər keçirilirmi?
Bəli, kifayət qədər yarışlar keçirilir. Amma yenə də Azərbaycan-
da daha çox müxtəlif idman növləri üzrə beynəlxalq yarışlar və tur-
nelərin keçirilməsi diqqəti çəkir.
Buna səbəblərdən biri də ölkəmizin, demək olar ki, hər bölgəsin-
də dünya standartlarına cavab verən olimpiya komplekslərinin mövcud
olmasıdır. Bu da bir çox idman yarışlarının keçirilməsinə imkan verir.
Dünyada sırf Azərbaycanın adına bağlı olan, beynəlxalq icti-
maiyyət tərəfindən bizimki kimi qəbul edilən və bizim brendimiz sa-
yılan idman yarışı varmı?
İnanıram ki, məhz Bakı 2015 Olimpiya oyunları Azərbaycanın
adı ilə bağlı olaraq tarixdə ilkə imza atacaq.
Və son olaraq, qarşımızdakı dövrdə Azərbaycanda başqa hansısa
beynəlxalq idman tədbirlərinin keçirilməsi planlaşdırılırmı?
Bəli, irəlidə bizi möhtəşəm idman yarışları gözləyir. 2017-ci ildə
İslam həmrəyliyi yarışları, 2020-ci ildə Futbol üzrə Avropa oyunlarının
bir neçəsi, eynilə bir neçə idman növü üzrə Avropa və dünya
çempionatları Azərbaycanda keçiriləcək.
Ümüd
201
Bizim yol 1/12/2014
23.04.2017-ci il Dənizkənarı Parkda İslam Həmrəyliyi oyunları
Əməliyyat komitəsi, oyunların könüllüləri, eyni zamanda ulduz səfir
Hacı Nuran və Bakı 2017 simvolları-İncə və Cəsur ilə birgə möhtəşəm
bir tədbir qeyd etdilər.
Tədbirə “sağlam həyat tərzi” ismarıcını çatdıran peşəkar məşqçinin
rəhbərliyi ilə açıq havada idman sessiyası ilə start verildi. Bu idman
sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatıldılar.
Ulduz Səfir Hacı Nuran tədbir haqqında təəssüratını belə
bölüşdü: “Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının Ulduz səfiri
olmaqdan və burdakı gəncləri dəstəkləməkdən qürur hissi duyuram. Bu
gün biz Oyunların Açılış mərasiminə az bir zaman qalmasını bayram
edirik. Vaxt qısaldıqca, həyacan da artır. Ümid
edirəm ki,
Azərbaycan
bayrağı altında ölkəmizi təmsil edəcək idmançılarımız böyük uğurlar
qazanacaq və xalqımızı sevindirəcəklər. Mən hamını Bakı 2017 4-cü
İslam Həmrəyliyi Oyunlarına gəlməyə və idmançılarımızı
dəstəkləməyə çağırıram”.
Dənizkənarı Parkda keçirilən tədbir zamanı, İdman sessiyası ilə
bərabər, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaş
və dəstəkçi şirkətləri olan Kapital Bank, iTicket, AZAL, Red Bull,
Fresco, BonAqua, və Milla-nı təmsil edən nümayəndələrin iştirakı da
tədbirə yüksək əhval-ruhiyyə gətirdi. Tədbir zamanı iştirakçılara Red
Bull enerji içkiləri, BonAqua suları və Milla-nın süd məhsulları
paylandı.
Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlərin satışı,
eləcə də idman sessiyaları, Açılış və Bağlanış mərasimləri haqqnda
təfsilatlı məlumat iTicket lövhəsində əks etdirilmişdi.
Tədbirdə həyata keçirilən müsabiqələr də iştirakçılara həyəcanlı
anlar yaşatdı və mübarizədə qalib gələnlərə hədiyyələr verildi.
Tədbirin sonunda bir qrup gənclər Oyunlarla bağlı fleşmob təq-
dim etdi. Fleşmobda 50-dən artıq gənc iştirakçı, Oyunlarda iştirak
edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxdılar və “Bakı sizi gözləyir”
ismarıcını verdilər.
202
https://www.baku2017.com/az
İslam Həmrəylik Oyunlarının açılış mərasimi mayın 12-si Bakı
Olimpiya Stadionunda olacaqdır.
İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın
idmançısının mübarizə aparacağı nəzərdə tutulmuşdur.
İslam Həmrəylik Oyunlarında yarışların keçiriləcəyi idman
növləri və yerləri aşağıdakılardır:
Atletika və Para Atletika Bakı Olimpiya Stadionu –
(Kişilər və Qadınlar
Su idman növləri Suya tullanma- Bakı Akvatika Mərkəzi –
(Kişilər və Qadınlar)
Su idman növləri Üzgüçülük - Bakı Akvatika Mərkəzi –
(Kişilər və Qadınlar)
Su idman növləri Vaterpolo Arenası- (Kişilər)
Basketbol 3x3 Bakcell Arena- ( Kişilər və Qadınlar)
Futbol AZA/BAY/TBS/DAL (Kişilər)
Bədii gimnastik Milli Gimnastika Arenası ( Kişilər və Qadınlar)
İdman gimnastikası Milli Gimnastika Arenası- (Qadınlar)
Uşu Milli Gimnastika Arenası- (Kişilər)
Stolüstü tennis Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
Həndbol Bakı İdman Zalı- ( Kişilər və Qadınlar)
Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo
Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Yunan-Roma güləşi Heydər Əliyev Arenası- (Kişilər)
Sərbəst güləş Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar)
Atıcılıq Bakı Atıcılıq Mərkəzi ( Kişilər və Qadınlar)
Tennis Bakı Tennis Akademiyası-( Kişilər və Qadınlar)
Voleybol Kristal Holl 1- ( Kişilər və Qadınlar)
Boks Kristal Holl 2- (Kişilər)
Zorxana Kristal Holl 2- (Kişilər)
Karate Sərhədçi İdman Kompleksi-
(Kişilər və Qadınlar)
Taekvondo Sərhədçi İdman Kompleksi-