38
özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm,
nəhayət,
tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".
Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində
daimi işə keçdi.
Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sə-
nətin bu sahəsində lazımi kadrların olmaması vəziyyəti çox ağırlaş-
dırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələ-
ni əsirgəmir,
orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.
Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-
aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə
bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə
də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların
yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. "Hara
gedirAzərkino" adlı məqaləsində oxuyuruq:
"Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin
nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi
yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili
bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl
qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur,
burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki,
nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk
qadınları yoxdur.
Lakin elə buradaca, fabrikdə türk qadını İ.Orucova (Azərkinonun
türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl
aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan,
Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab
verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator
rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O,
özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə
xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş
kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin
yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis
seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu
40
Hə, "Od gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən
mənim işlərim. İndi gələk sənin işlərinə…”
Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino
sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azər-
baycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların
yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında
Cabbarlının xidmətləri əvəzsizdir.
O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsa-
sında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş,
kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözəl
filmlər bəxş etmişdir.
Vəfatı
Sona xanımın xatirələrindən:
"Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxma-
yaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sana-
toriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı;
gələndə də ancaq
işləmək üçün, yazmaq üçün gəlirdi".
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəs-
təliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və
1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də ürək iflicindən
vəfat etdi.Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir
zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı
üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.
Cəfər Cabbarlı mükafatı
Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük
yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm,
musiqi və incəsənət sahələrində fərqlənən
şəxsləri təltif etmək üçün
"Cəfər Cabbarlı mükafatı"nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk
dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə təqdim edilmişdir.
Cəfər Cabbarlının əsərlərinin yazıldığı illər: