35
1932-ci ildə C. Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı
Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir:
"Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilmə-
səm, gerisini gəlib bağda qurtaracağam..."
Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi
balaca pyes – "Dönüş" pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca"
adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı
məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki,
Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes
yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya
qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində
işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, "səhnəmizin
güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə
böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini
əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas
məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq,
zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək
idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.
Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kol-
lektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda müba-
rizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöq-
sanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan
qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm
vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən
artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə,
köhnəliklə mübarizəyə girişir. Pyes "Oqtay Eloğlu" əsərinin davamı
kimi götürülə bilər.
"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzə-
rində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu.
Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni
tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir.
Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən
elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə
36
qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. "Yaşar"
Cabbarlının son tamamlanmış əsəri idi.
1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər vermə-
məsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət
illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də
kinoda işləyirdi.
Kino fəaliyyəti
Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu
xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində
oxuyuruq:
"Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl
inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə
sənətin başqa qismlərini birləşdiriyor".
Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incə-
sənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət
verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən
gələni əsirgəmirdi.
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə mü-
diri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti
ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli
Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri
əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə
Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan
qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata
çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək
fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.
"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkil-
mişdir (2019-cu ildə filmin 90 yaşı tamam olacaqdır). Bu film Azər-
baycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə
ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir
azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi.
C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı
37
tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə,
idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi
ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə
məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da
gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında "Gülər"
hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya
İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.
"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən
hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci ildə" pyesləri üzrə
kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin
çəkilişlərinə başladı.
Sona xanımın xatirələrindən:
"Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı.
Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu
bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini
Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün
birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı
üstündə raport verdilər".
Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı öm-
rünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər
sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.
Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan
Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər
teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.
Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının
təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək:
"Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki
onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç
bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya;
heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-
ci ildə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi
teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada
borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan
Dostları ilə paylaş: |