103
www.teaspress.az/book,134/lang,az/
www.kulturevreni.com/13-7.pdf
https://www.youtube.com/watch?v=hwvmDp4MriY
https://az-az.facebook.com/MemmedSeidOrdubadi/.../23510.
http://www.1news.az/authors/oped/20160216013536801.html
https://www.youtube.com/watch?v=mdGD4ps0wxA
www.kulturevreni.com/13-7.pdf
M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası
1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçı-
van Şəhər Kitabxanası təsis edilmişdir. 1930-cu ildə həmin kitabxananın ba-
zasında Naxçıvan Muxtar Respublika Kİtabxanası yaradılmışdır. M. S.
Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Muxtar respub-
likada ən böyük kitabxana və elmi-metodik mərkəzdir. Naxçıvan şəhər
kitabxanası əsasında 1930-cu ildə yaradılmışdır. 1953-cü ildə kitabxanaya
Məmməd Səid Ordubadinin adı verilmişdir.
İstifadə edilən mənbələr
1.
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elektron
kataloqu
2.
İnternet resursları
Məmməd Səid Ordubadi : biobiblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı.
- Bakı : C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. - 27 s. -
ryl.az@mail.ru.
104
GÖRKƏMLİ DÖVLƏT
XADİMİ XUDADAT BƏY
RƏFİBƏYLİNİN ANADAN
OLMASININ 140 İLLİYİ
(1878-2017)
Xudadat bəy Rəfibəyli
Azərbaycan Demokratik Respublikasının ilk hökumətinin yara-
dıcılarından biri Xudadat bəy Rəfibəyli 1877-ci ildə Gəncədə Ələkbər bəyin
ailəsində dünyaya göz açmışdır Ailənin bu övladının qismətinə cəmi 43 il
ömür payı düşdü. Xudadat bəy öz ömür payını ləyaqətlə yaşadı. Orta təhsilini
Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra,1898-ci ildə Xarkov
Tibb Universitetinin cərrahlıq şöbəsinə daxil olur. 1903-cü ildə universiteti
bitirən Xudadat bəy Xarkov universiteti hospital klinikasının cərrahiyyə
şöbəsinə ştatdankənar ordinator vəzifəsinə təyin olunur. Burada 3 il təctübə
topladıqdan sonra doğma Gəncəyə qayıdır. Hələ Xarkovda işləyərkən
Xudadat bəy Mirzə bəyin qızı Cəvahir xanımla evlənmişdi və bu nigahdan
gələcəkdə onların üç övladı – Kamil, Rəşid və Azərbaycan xalqının sevimli
şairəsi Nigar dünyaya gələcəkdi.
Gəncəyə qayıdan gənc həkim qubernatorun əmri ilə Afanasyev adına
Yelizavetpol şəhər xəstəxanasına direktor vəzifəsinə təyin edilir. Və elə
həmin gündən də əməlləriylə düşüncələrdə əbədiləşəcək alicənab surətini
105
yaratmağa başlayır. Gəncədə neçə qocanın onları Xudadat bəyin pulsuz-
parasız müalicə etməsi, üstəlik bəzilərinə dərman pulu da qoyub getməsi
haqda xatirələri yaddan çıxmır.
Biliyə-oxumağa aşiq olan bu insan 1912-1913-cü illərdə Sankt-
Peterburqa gedir, yarım il Knyagina Yelena Petrovna adına İmperator Klinik
İnstitunda məşhur professorların apardığı 12 ixtisas kursunu dinləyir.
Xudadat bəyin işə can yandırmasını, işinin keyfiyyətini, əlbəttə ki, yalnız
camaat yox, hökümət də görür. Vaxtaşırı rütbəsi artırılır, təltiflərə layiq görülür.
Atası Ələkbər bəy kimi o da, dövlət qulluğunda pillə-pillə yüksəlir, əvvəlcə
titulyar müşavir (1909), kollej assesoru (1910), saray müşaviri (1912) təyin edilir.
1915-ci ildə kollej müşaviri rütbəsinə irəli çəkilir. 1909-cu ildə o, 3 illik müddətə
Yelizavetpol Mahal Məhkəməsində fəxri barışıq hakimi – mirovoy sudya – təyin
edilir, 1912-ci ildə isə daha 3 illiyə bu vəzifəyə təsdiq edilir.
1914-cü ildə Xudadat bəy həmyerlisi, Moskvada universitetin tibb
fakültəsini bitirmiş, sonralar faktiki olarak Azərbaycan Parlamentində sədrlik
edəcək Həsən bəy
Ağayevlə birgə «Yelizavetpol tibb cəmiyyəti»ni yaradır. 1917-ci ilin
martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə
Komitəsinin üzvü seçilmişdir. O, heç bir partiyanın, yaxud qrupun üzvü
olmamış, ömrünün sonuna qədər bitərəf qalmışdı. Bununla belə, baş verən
ictimai-siyasi hadisələrdən kənarda qalmamış, azadlıq və istiqlal ideyası onu
həmişə düşünmüşdü.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil
edilmiş AXC-nin 2-ci hökumət kabinəsində Xudadat bəy Rəfibəyli xalq
səhiyyəsi və himayədarlıq naziri təyin olunmuşdu. Cümhuriyyət Bakıya
köçdükdən sonra Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrilmiş və Xudadat
bəy yenə də nazir vəzifəsinə təyin edilmişdi. 1918-ci ilin dekabrında F. X.
Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy xalq səhiyyəsi naziri
vəzifəsini tərk etdi.
Xudadat bəy Rəfibəylinin ədalətli, nəcib adam olduğunu, habelə
yüksək peşəkarlığını, bölgədə böyük nüfuzunu görən Azərbaycan hökuməti
1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin
etdi. O, ilk gündən Gəncə quberniyası ərazisində daşnak qulduru Andronikin
başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin qarşısını almaq üçün
qətiyyətlə mübarizə aparmağa başladı. Nəticədə, quberniya quldur
dəstələrindən təmizlənmiş, erməni terrorçuları zərərsizləşdirilmiş, əmin-
amanlıq xeyli möhkəmləndirilmişdi. O zaman Xudadat bəy Rəfibəyli erməni
vəhşilikləri nəticəsində doğma yurd-yuvalarından - Qərbi Azərbaycandan
Dostları ilə paylaş: |