91
Molla Nəsrəddin
Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də muhərrirlik
fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük müsbət rolu olmuş-
dur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yara-
dıçılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində,
dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın
köməyi çox böyük idi.
1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yara-
dıcılığı mühüm rol oynamağa başlayır. "Əsərlərim artdıqca, xüsusən
"Molla Nəsrəddin" məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim
də artırdı" - deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir.
Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid
və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan
o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə
də o, Culfaya köçməyə məcbur olmuşdu.
1911-ci ildə "Molla Nəsrəddin"də dərc olunmuş ("Hərdəmxəyal"
imzası ilə) bir şeirinə misal:
Ya Rəbb, sənə min şükr ki, insan yaradıbsan,
İnsanları rəbba, əcəb əlvan yaradıbsan,
Məxluqunu hər qabili-ürfan yaradıbsan,
Heyfa ki, müsəlmanı yalandan yaradıbsan,
Qırxıqbaşı xilqətdə pərişan yaradıbsan.
İnsan kimi hər millət edir kəsbi-məişət,
Əğyarə tamaşaçı yaranmışla bu millət,
Səhrayi-zəlalətdə çəkən bari-məlalət,
Həqqa ki, bizi quli-biyaban yaradıbsan,
Surətdə bəşər, mənidə heyvan yaradıbsan.
İran inqilabı
Culfa mühiti Ordubadinnn həyatına bir sıra yeniliklər gətirir. O,
İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda
92
iştirak edir, sosial-demokrat təşkilatı "Hümmət"in Culfa təşkilatına
daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər yazmaq üçün
mövzu verir. Xatirələrində ədib yazır:
"Biz İran inqilabına çox əhəmiyyət verirdik. Mən inqilabın gedişi
ilə çox yaxşı tanış idim. Bu inqilabdan başqa, bir nəticə gözləmirdim.
Mən bu inqilabdan ancaq torpaq məsələsinin həll olunması, maarifin
irəli getməsi, bir də qadınların açıq gəzməsini gözləyirdim. Bu təsir
altında olaraq iki əsər yazdım: birisi "Nisvani islam", digəri isə
"Bədbəxt milyonçu, yaxud Rzaqulu firənkiməab".
Sürgün
Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin
Ordubadiyə qarşışübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında
ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib
üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla
uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq,
dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq,
imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq
yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.
1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin
son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır, daha son-
ra "Babayi-Əmir", "Tuti", "Qardaş köməyi" və s. jurnal və qəzetlərin
səhifəlrrində şeir və felyetonları dərc olunur.
Bolşevik mətbuatı
Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad
olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi
fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına
daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin
dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzetində əməkdaşlıq
edir. "Hümmət" səhifələrində Ordubadinin şeir və məqalələri,
93
"Bolşevizm və aləmi-islam" adlı iri publisistik əsəri dərc olunur. 1920-
ci ildə Ordubadi XI ordunun sırasında Dağıstana gəlir, orada
mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında
fəal iştirak edir, "Qırmızı Dağıstan" qəzetini nəşr etdirir, sonra isə
Azərbaycana gəlir.
1920-ci ilin mayında Bakıya gələn ədib böyük bir sevinc və
"enerji ilə ədəbi-ictimai işə qoşularaq maarif və mədəniyyətin müxtəlif
sahələrində çalışır. Xüsusən mətbuat sahəsində onun böyuk fəaliyyət
göstərdiyini qeyd etmək lazımdır. "Əxbar", "Kommunist", "Maarif
işçisi", "Yeni yol", "Molla Nəsrəddin", "Şərq qadını" kimi qəzet və
jurnalların nəşrində Ordubadinin əməyi çox idi. O zamanlar yenicə
təşkil olunmuş "Tənqid-Təbliğ" teatrında da Ordubadi fəal çalışırdı. O,
teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği
pyeslər yazırdı.
Ümumiyyətlə 20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dol-
ğun illəridir. Bu illərdə o, dini, mövhumatı tənqid edən onlarla əsər -
şeir, felyeton, məqalə və kitab yazır. "Məhərrəmlik və rövzəxanlıq"
(1924), "Qurban bayramı bidəti" (1925), "Kərbəla hadisələrinin
mənşəi" (1925), "Məhərrəmlik və mədəvi inqilab" (1929) kimi ateistik
mövzuda yazdığı bir sıra əsərləri mövhumatla mübarizədə mühüm rol
oynayır.
20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və
poemalardan ibarət bir neçə şeir kitabı da nəşr edilmişdir, "Şe'rlər",
"Leninə", "Analıq", "Köhnə adamlar" "Mənim şe'rlərim" və başqa
kitablarının nəşri Ordubadinin şeir və bədii tərcümə sahəsində də
ardıcıl çalışdığını göstərir.
Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb ya-
radan sənətkar, mövzusu müasir həyatdan alınmış bir neçə dram əsəri
də qələmə alır. Onun müvəffəqiyyətlə tamaşaya qoyulan "Sabo-
tajniklər", "Dinçilər", "Oktyabr inqilabı" va başqa pyesləri bu dövrün
məhsuludur.
Dostları ilə paylaş: |