94
Yaradıcılığının məhsuldar dövrü
Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin po-
zulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə bir-
likdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri
ilə çıxış edir, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək
keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazır. "Gənc çekistlər",
"Kiçik şəhər", "Serjant İvanov adına körpələr evi" kimi roman və
hekayələr, "Maral", "İntizar çəkənlər" pyesləri həmin dövrdə
yazılmışdır. "XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik
Şərq ədə-
biyyatına təsiri" əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla
bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi
şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik
"Dumanlı Təbriz" (1933-1948) roman-epopeyası ilə Azərbaycan
ədəbiyatında bu janrın əsasını qoymuşdur.
Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-
1948) romanında[1] ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi
mənzərəsini yaratmışdır. Onun "Döyüşən şəhər" (1938), "Gizli Bakı"
(1940) tarixi romanları da var.
Müharibədən sonrakı illərdə Ordubadidə muasir mövzulara meyl
daha çox nəzərə çarpır. Müharibə illərində sovet adamlarının ön və arxa
cəbhədə göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş "Təzə adam"
romanı və Sumqayıt tikintisindən bəhs edən "Böyuk quruluşda" adlı
dramı müharibədən sonra qələmə aldığı əsərlərdəndir.
1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyə-
tini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəh-
bərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı.
O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan
qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış
etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908),
"Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914)
romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları
təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun
maddi köməkliyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində nəşr
edilən "Qanlı sənələr" adlı kitabında müəllif real faktlar və sənədlər
96
İctimai xadim, yazıçı M.S.Ordubadinin adı vətənimizin hər ye-
rində iftixarla çəkilir.
Müasir Azərbaycan yazıçısı üçün Ordubadi kimdir? İlk növbədə,
böyük romançı..bu canrın təməlini qoyanlardan birig tarix və müasirlik
problemini böyük sənətkarlıqla əks etdirən, əsərlərində parlaq, dolğun
və mükəmməl xarakterlər yaradan sənətkar. Azərbaycan ədəbi dilinin
gözəlliklərini, incəliyi, duruluğunu, saflığını əsərlərində əyani şəkildə
nümayiş etdirən yazıçı. Ordubadi bu mənada, bir məktəbdir və biz illər
keçdikcə, bu məktəbdən öyrənməliyik.
Vaqif
Yusifli
Ədalət.-2012.-28 aprel.- S.19.
Lev Nikolayeviç Tolstoyun öz xalqı üçün gördüyü işi Azərbay-
canda XX əsrdə bir neçə görkəmli sənətkarlarla birlikdə həm də
Məmməd Səid Ordubadi gerçəkləşdirməyi bacarmışdır.
İsa Həbibbəyli
Naxçıvan
Dövlət Universitetinin rektoru, akademik
http://www.azerbaijan-news.az/
M S. Ordubadinin librettosunu yazdığı musiqi əsərləri
Nərgiz operası (1935)
Koroğlu operası (1937) - Heydər İsmayılovla birgə
Nizami operası (1948)
Sevilyabərbəri operasının tərcüməsi (1943) - Əfrasiyab
Bədəlbəyli ilə birgə
Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası
Fikrət Əmirovun "Ürək çalanlar" operettası
Səid Rüstəmovun "Beş manatlıq gəlin" musiqili komediyası