216
Molla Pənah Vaqif
(1717-1797)
Həyatı
Vaqif XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim,
Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuşdur.
Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri
ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın
şeirlər yaz-
mış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək
inkişafına böyük təsir göstərmişdir.
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan
olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin
də mənsub olduğu Bayat tayfasından olub. Onun valideynləri haqqında
çox az şey məlumdur. Bəllidir ki, onun babası Süleyman, atası Mehdi,
anası isə Ağqız adını daşımışlar.
Molla Pənah Vaqif yaxşı təhsil almışdır. O,
fars və ərəb dillərin-
də yaxşı danışır, astronomiya,
riyaziyyat, musiqi və poetika üzrə geniş
biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin
yanında oxumuşdu. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı
təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif
təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda
məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə
burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi
haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox
uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər
oxuyan Molla Pənah olmaz".
XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır
və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin
ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar
kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur.
Kiçik bir kəndin mollasının aldığı cüzi maaş böyük ailənin maddi
ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır.
217
Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya kö-
çür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında
həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır.
Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya
dəvət edirlər.
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bun-
lardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda
əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil
xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və
zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir.
Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı
Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı
o qədər valeh edir ki, o, Molla
Pənahı sarayına gətirdir. Lakin İbrahimxəlil xanın təkidli xahişi
ilə şairin Qarabağa qayıtmasına icazə verir.
Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlum-
dur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş
vəzir kimi fəaliyyət göstərmişdir.
Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının
rəğbətini qazanır.
Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki
biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər
təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji
biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş
etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da
yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qa-
lasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəlli-
dir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artır-
maqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində
seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi
bilən") adını doğrultduğunu göstərir.
Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi
kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif
özünü layiqli dövlət
xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.