CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
101 
yan  və  s.)  və  Avropalı  alimlərin  fikirlərinə  görə  erməni-
lərin  Suriya  və  Mesopotamiya  ərazilərinə  köçürülməsi 
nəticə  etibarı  ilə  ermənilərin  növbəti  fəlakəti  idi.  Onlar 
bunu  çöl  və  quraq  iqlimlə  əlaqələndirirdilər.  Əslində  bu 
ərazilərin  tarixən  bərəkətli,  məhsuldar  torpaq  olması  və 
ilk  dövlətçilik  ənənələrinin  də  bu  ərazilərdə  meydana 
gəlməsi  adlarını  çəkdiyimiz  və  adları  hələ  də  bizə  bəlli 
olmayan  əcnəbi  “alimlərin”  fikirlərinin  üstündən  birdə-
fəlik xətt çəkir. 
Hökumət  köçürmə  siyasətini  çox  ehtiyatla  və  dü-
şünülmüş  şəkildə  həyata  keçirirdi.  Osmanlı  arxiv  sənəd-
lərində  də  göründüyü  kimi,  hökumət  “Köçürülmə  haq-
qında” qanunda nəzərdə tutulan müddəaların ermənilərə 
çatdırılması  üçün  qabaqlayıcı  tədbirlər  planı  işləyib 
hazırladı.  Bu  işlə  məşğul  olan  şəxslər  bunu  ermənilərə 
müxtəlif vasitələrlə çatdırırdılar. Belə ki,  ilk  olaraq Trab-
zonda  sürgün  əmrini  bildirən  afişalar  küçə  və 
meydanlardan  asıldı.  Ərazilərdəki  yerli  təlimatçılar 
ermənilərə  qərarın  mahiyyətini  anlatmağa  çalışırdılar. 
Xüsusilə,  onlar  ermənilərə  köçürülməyə  rəsmən  iki 
həftədən sonra start veriləcəyini bildirirdilər. Yalnız bəzi 
ərazilərin  təhlükədə  olduğu  nəzərə  alınmış  və  həmin 
ərazilərdə  köçürülməyə  daha  tez  başlanılmışdır.  Türk 
tarixçisi Kamal Çiçək arxiv sənədlərinə əsaslanaraq yazır: 
“27  may  1915-ci  ildə  Ərzuruma  göndərilən  şifrəli  teleq-
rafda  bölgənin  Rusiya  sərhədlərinə  yaxın  olduğu  nəzərə 
alınaraq  bir  erməni  belə  buraxılmamaq  şərti  ilə”  bütün 
ermənilərin  ölkə  xaricinə  köçürülməsi  vurğulanırdı. 
Burada  həmçinin  Diyarbəkir,  Harput  və  Sivas  erməni-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
102 
lərinin  hələlik  köçürülməsinə  lüzum  və  ehtiyac 
duyulmadığı  göstərilirdi(100,  88-89).  Qeyd  etdiyimiz 
teleqrafın  mətninə  diqqətlə  baxsaq  burada  köçürülmə 
üçün  komitəçi  olmayan  sadə  ermənilərə  15  gün  vaxt 
verildiyini  aşkar  şəkildə  görmək  mümkündür.  Hökumət 
bununla  köçürülənlərin  hazırlıq  işlərini  asanlaşdırmağa, 
qida  azuqəsi  toplamağa,  həmçinin  məişət  əşyalarının 
siyahılaşdırılmasına şərait yaratmışdır. İlk öncə teleqram-
da açıq şəkildə bəzi ermənilərin təcili olaraq ölkə hüdud-
larından kənara köçürülməsi qeyd edilirdi. 
Qeyd etmək lazımdır ki, 26 may 1915-ci ildə Baş Ko-
mandan  tərəfindən  Daxili  İşlər  Nazirliyinə  göndərilən 
raportda  ermənilərin  Şərqi  və  Cənub-Şərqi  Anadolu  vi-
layətlərindən  çıxarılaraq  Diyarbəkir  vilayətinin  cənu-
buna,  Fərat  çayı  vadisinə  və  Urfa-Süleymaniyyə  ərazi-
lərinə  yaxın  olan  bölgələrə  köçürülməsi  rəsmən  təsdiq-
lənirdi. Hökumət yeni üsyan mərkəzlərinin yaranmasının 
qarşısını  almaq  üçün  aşağıdakı  qaydalara  əməl  etməyi 
vacib bilirdi: 
A)  Yeni  yaşayış  məntəqələrinə  köçürülmüş  erməni 
əhalisinin  ümumi  sayı  yerli  müsəlman  əhalisinin  10%-
dən çoxunu təşkil etməməlidir. 
B)  Erməni  ailələri  üçün  salınmış  yeni  yaşayış 
evlərinin ümumi sayı 50-dən çox olmamalıdır; 
C)  Erməni  ailələri  səyahət  və  köç  zamanı  öz  şəxsi 
evlərini digərləri ilə dəyişdirə bilməzdilər(137,  78). 
Avropa  dövlətləri  Osmanlı  imperiyasında  erməni-
lərlə  bağlı  həyata  keçirilən  bir  sıra  köçürülmə 
tədbirlərində  bir  başa  Tələt  Paşa  günahlandırılırdı.  Mə-


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
103 
sələnin bu şəkildə qiymətləndirilməsinə qarşı çıxan Tələt 
Paşa  köçürülmə  siyasətinin  təkbaşına  aparılmasının 
ağırlığını  nəzərə  alaraq  hökumətin  bununla  bağlı  rəsmi 
qərar  çıxarılmasını  vacib  bildi.  Nəticədə,  26  may  1915-ci 
ildə hökumətə dövlətlərin öz istəklərini gerçəkləşdirmək-
dən  ötrü  Osmanlı  təbəəsi  olan  ermənilər  arasında  nifaq 
toxumu  səpdiklərini,  eyni  zamanda  üsyançı  ermənilərin 
düşmənə  qarşı  vuruşan  türk  ordusuna  arxadan  zərbə 
endirmələri,  düşmənlə  iş  birliyi  qurduqlarını,  bir  qismi-
nin  düşmən  tərəfinə  keçdiklərini,  əsgərlərə  və  günahsız 
insanlara qarşı silahlı basqın etdiklərini, şəhər və qəsəbə-
lərdə  qarətçiliklə  məşğul  olduqlarını,  düşmənin  hərbi 
dəniz  qüvvələrini  ərzaq  və  digər  yeyinti  məhsulları  ilə 
təmin  etdiklərini,  strateji  və  məxfi  obyektlərin  kordinat-
larının  düşmən  tərəfə  ötürülməsini  açıqladıqdan  sonra 
dövlətin  təhlükəsizliyi  naminə  köklü  tədbirlərə  ehtiyac 
duyulduğunu  və  onun  üçün  müharibə  meydanında 
üsyan  törədən  ermənilərin  başqa  bölgələrə  köçürülməsi 
lehinə hökumət tərəfindən rəsmi qərar qəbul edilməsinin 
vacibliyini  ifadə  etməkdə  idi  (126,  69).  Nəticədə,  27  may 
1915-ci ildə Nazirlər Kabineti köçürülməni zəruri bilərək 
“Sefer  zamanında  hökumətin  icraatına  qarşı  gələnlər 
üçün  ordu  tərəfindən  alınacaq  önlemler  hakkında  Geçici 
Kanun”  başlıqlı  qərar  qəbul  etdi.  Qərarın  mətni  1  iyun 
1915-ci  ildə  Takvimi  Vekayidə  dərc  edildi.  Dörd  mad-
dədən ibarət olan “Köçürülmə haqqında” qanunun mətni 
aşağıdakı kimi idi: 
Maddə  1.  Səfərbərlik  zamanı  ordu,  artileriya  və 
diviziya  komandanları  və  onların  vəkilləri,  müstəqil 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə