Qondarma erməni soyqırımı faktların dili ilə
110
arxiv materiallarından aldığımız məlumatlara görə III
Orduya ərzaq daşıyan 600 arabadan 510-nun ermənilərin
daşınması üçün istifadəyə verilməsi də qeydə alınmışdır
(34, 61). Bununla yanaşı əhalinin Dəclə çayından keçiril-
məsi üçün çoxlu sayda qayıqlardan da istifadə edilmişdir.
Ümumiyyətlə, 1915-ci ilin may ayının sonlarından
başlayaraq, 1916-cı ilin 16 fevralınadək davam etmiş və
ümumilikdə 9 ay müddəti ərzində hökumət erməni
köçkünlərinin işini asanlaşdırmaq üçün istənilən vasitə-
lərə əl atmışdır. Bütün təhlükəsizlik tədbirlərinin görül-
məsi ilə yanaşı, eyni zamanda ərzaq, geyim və nəqliyyat
vasitələri ilə təmin olunma sahəsində Valiliklər İskanı-
Aşair və Mühacirin müdiriyyəti ilə birgə fəaliyyət
göstərirdilər. Büdcədən 1915-ci il köçürülmələri üçün
Konyaya 400 min, İzmitə 150 min, Əskişəhərə 200 min,
Adanaya 300 min, Hələbə 300 min, Mosula 500 min lari
olmaqla, cəmi 2.250.000 lari vəsait ayrılmışdır (126, 66-
67). Türk tarixçisi Kamuran Gürün isə növbəti illərdə bu
vəsaitin xeyli artırıldığı barədə yazır: “Bəhs olunan
dövrdə 702.900 nəfərə qədər əhalinin köçürülməsi üçün
ilkin olaraq 25 milyon lari xərclənmişdir. Müəllif 1916-cı
ilin oktyabr ayının sonuna qədər 86 mln. lari
xərcləndiyini qeyd etməklə ilin sonuna qədər, bu
məbləğin 150 mln. lariyə çatdığını qeyd etmişdir (98, 223).
Gündəlik məsələlər üçün hansı miqdarda vəsaitin ayrıl-
ması barəsində məlumatlara da arxiv materiallarından
rast gəlmək mümkündür. Burada ermənilərlə yanaşı,
yunanlara da eyni məbləğdə, yəni böyüklər üçün 3 lari,
kiçiklər üçün 60 para məbləğində vəsaitin ayrıldığı qeyd
Qondarma erməni soyqırımı faktların dili ilə
111
edilirdi. Bununla yanaşı hökumət daha bir humanist
addım ataraq köçürülən ermənilərin vergi borlarını da
ləğv etmişdi. Təkcə bünü nəzərə alsaq bəhs olunan
dövrdə büdcəyə külli miqdarda ziyan dəydiyini görmək
mümkündür. Dəymiş ziyanı nəzərə almasaq, köçürülmə
ən qısa zamanda başa çatdırılmış və 9 ay ərzində 702. 900
nəfərə qədər qeyri-türk millətinin yeri dəyişdirilmiş,
ümumilikdə plan müvəffəqiyyətlə yerinə yetirilmişdir.
Köçürülmə zamanı meydana gələn xırda-para nöqsanları
nəzərə almasaq, ümumilikdə hökumət bu işin öhdə-
sindən layiqincə və çox ustalıqla gələ bilmişdir. Bunu bir
sıra Avropa və Amrekalı müəlliflərin əsərlərindən də
açıq-aydın görmək mümkündür. Bu haqda Osmanlı III
Ordusunun komandanı olmuş Feliks Güsenin fikirləri
olduqca maraqlıdır. O, yazırdı: “Məcburi köçürülmə za-
manı əlbəttə ermənilər bir çox təzyiqlərlə qarşılaşmışlar.
Ancaq Osmanlı hökuməti köçürülmə zamanı gözlənilən
təhlükələrə qarşı qabaqlayıcı tədbirlər planı işləyib
hazırlamışdı. Şübhə yoxdur ki, həyata keçirilən tədbirlərə
baxmayaraq, bir çox insan istənilmədən belə köç zamanı
tələf olmuşdur. Fəqət bu gün Qərb mətbuatı ermənilərin
şikayəti əsasında ermənilərin guya 1915-ci il hadisələri
zamanı kütləvi qırğına məruz qaldığı haqqında
məlumatlar yaymaqdadır. Bütün bu yalanlara inanmaq
və doğruluğunu qəbul etmək çox yanlış bir addımdır
(121, 57)”. Əlbəttə müharibənin törətdiyi fəsadlar, eyni
zamanda həmin dövrdə Rusiya ərazisindən bir milyona
yaxın türkün Türkiyə ərazisinə qovulması, Şərqi Anadolu
bölgəsinin nəzarətdən çıxması ilə yanaşı hökumətin
Qondarma erməni soyqırımı faktların dili ilə
112
köçürülmə işini qısa zamanda başa çatdırmaq istəyi
nəticədə çoxlu sayda itkilərin verilməsi ilə nəticələnmiş-
dir. Həmin dövrdə aclıq və xəstəlik üzündən 25-30 min
nəfərə qədər erməni də tələf olmuşdur(126, 78)”.
Hökumət cinayətkar dəstələrin cəzalandırılması
üçün Məhkəmə İstintaq bölməsinin yaradılması barədə
qərar qəbul etdi. Müxtəlif qruplardan təşkil olunmuş
komissiyaya Asmi bəyin rəhbərliyi altında I heyət Adana,
Hələb, Suriya, Urfa, Zor və Maraş bölgələrinə; Hulusi
bəyin rəhbərliyi altında yaradılmış II heyyət Huda-
vendigar, Ankara, İzmit, Karesi, Kütahya, Əskişəhər,
Kayseri, Qarahisarı-Sahib və Niğdə bölgələrinə; Bitlisin
keçmiş valisi Mazhar bəyin rəhbərliyi altında yaradılmış
III heyət isə Sivas, Trabzon, Ərzurum, Mamuratülaziz
(Elazığ), Diyarbəkir, Bitlis, Canik bölgələrinə göndəril-
dilər (43, 36). Hökumətin heyətlərə verdiyi təlimatların
nələrdən ibarət olduğu barəsində Y.Halaçoğlu yazır:
“Heyətlərə verilən tədlimatlara görə jandarma, polis, mə-
mur və digər vəzifəli şəxslər barəsində aparılan istintaq
zamanı ortaya çıxan oxşarlıqlar qeydə alınmalı və bütün
sənədlər Divani-Hərbə göndərilməlidir. Divani-Hərbə
göndərilən sənədlərdən bir nüsxəsi də DİN-ə göndəril-
məlidir. Vali və kaymakamlar barəsində aparılan təhqi-
qatın materiallarında cinayət motivli əməllər sübuta ye-
tirilərsə bu barədə raport hazırlanaraq çıxarılmış məh-
kəmə qərarı ilə cəzalandırılmalı idilər. Divani-Hərbdə
çalışan məmurlar arasında da hər hansı bir xoşagəlməz
hadisə baş verərdisə bu zaman aidiyyatı qurumlara bu
barədə məlumat verilməli idi (126, 81).
Dostları ilə paylaş: |