CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
116 
alınması zamanı ölkədə 77433 nəfər qriqoryan, 6658 nəfər 
protestant  və  nəhayət,  34000  nəfər  katolik  erməninin 
qaldığı  bəlli  olmuşdu(95,  126).  Köçürülmədən  kənarda 
qalanlar  arasında  ticarət  və  sənətkarlıqla  məşğul  olan 
ermənilərə  rast  gəlmək  mümkündür.  Dövlətin  iqitsadi 
inkişafının  yüksəldilməsini  nəzərə  alan  hökumət  8  iyun 
1915-ci  ildə  şifrəli  teleqramla  tacir  və  sənətkarların 
köçürülməməsi  barədə  də  qərar  qəbul  etdi.  Köçürülmə 
zamanı  meydana  çıxan  ən  problemli  məsələ  köçürülən-
lərin əmlakının qorunması ilə bağlı olmuşdur. Problemin 
tezliklə  həll  edilməsi  üçün  hökumət  10  iyun  1915-ci  ildə 
“Köçürülənlərin  əmlakının  qorunması  haqqında  təlimat-
namə” adlı sənəd hazırladı. Təlimatnaməyə görə istifadə 
müddəti başa çatmış əşyalarla yanaşı əhalinin mal-qarası 
və  ya  artıq  istifadəsi  mümkün  olmayan  emalatxanalar 
komissiyalar tərəfindən açıq satışa çıxarılaraq satılmalı və 
pulları sahiblərinə göndərilməlidir. Qeyd edək ki, satılan 
əmlakın  ümumi  dəyəri  Əmvali-Metruke  komissiyaları 
vasitəsilə sahiblərinə çatdırılırdı. 
Bəhs  olunan  dövrdə  köçdən  qurtulmaq  üçün  hətta 
bəzi  ermənilər  din  dəyişdirmək  kimi  çirkin  əməllərə  əl 
atmışdılar.  1  iyul  1915-ci  ildə  DİN-dən  bir  sıra  vilayətlər 
və  mutasarrıflıqlara  göndərilmiş  teleqrafda  köçürülən 
ermənilərin bəzilərinin toplu və ya fərdi halda öz istək və 
arzuları  ilə  əvvəlki  yaşayış  yerlərində  qalmalarına  icazə 
verilsədə  hökumət  islam  dinini  qəbul  etmiş  bu  insan-
lardan  daima  ehtiyatlı  olmalarını  məsləhət  bilmişdir. 
Osmanlı təbəsi olan 17-55 yaşları arasında (2 avqust 1915-
ci ildən etibarən yaşı 60-a çatanlara da şamil edildi) olan 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
117 
kişi  cinsinə  mənsub  ermənilərin  ölkə  sərhədlərindən 
xaricə  çıxmalarına  icazə  verilmədi.  Əcnəbi  dövlətlərin 
vətəndaşı  olan  ermənilərə  isə  müharibə  bitənə  qədər 
ölkəyə  geri  dönməmək  şərti  ilə  Osmanlı  ölkəsindən 
ayrılmalarına  icazə  verildi.  Kənardan  Osmanlı  sərhəd-
lərini  aşaraq  ölkənin  içərilərinə  doğru  hərəkət  etmiş 
ermənilərə  isə  hansı  ölkə  vətəndaşı  olmasından  asılı  ol-
mayaraq  ölkəni  tərk  etmək  tapşırığı  verilmişdir.  Kö-
çürülən  ermənilərin  əl  atdıqları  hiylələrdən  biri  də 
özlərini  guya  əcnəbi  dövlətin  vətəndaşı  kimi  təqdim 
etmələri idi. Köç zamanı bu kimi xoşagəlməz hallar çoxlu 
sayda problemlər yaratmışdı. 8 iyun 1915-ci ildə DİN-dən 
Mameratülaziz  vilayətlərinə  göndərilən  teleqrafda  hətta 
Amerika vətəndaşlığını qəbul etmiş ermənilərin köçürül-
məsinin  dayandırılması  tələb  edilmişdir.  Arxiv  sənəd-
lərindən  göründüyü  kimi  hətta  bəzi  ölkələrin  konsulları 
imperiyanın  ərazilərini  qarış-qarış  gəzərək  yalan  məlu-
matları  ölkələrinə  göndərirdilər.  Məhz  bununla  əlaqədar 
olaraq  hökumətin  12  sentyabr  1915-ci  ildə  vilayətlərə 
göndəriyi  şifrəli  teleqrafda  əcnəbilərin  ölkənin  imicinə 
vura  biləcək  çirkin  əməllərə  qarşı  ciddi  ölçülərin  gö-
türülməsi tələb edilirdi. 
Beləliklə,  9  ay  ərzində  davam  etmiş  köçürülmə 
prosesi müharibənin şiddətli vaxtlarında müxtəlif səbəb-
lərdən müvəqqəti olaraq dayandırıldı. Hökumət 21 fevral 
1916-cı ildə bütün vilayətlərə köçürülmənin başa çatması 
haqqında  məktub  göndərdi.  15  mart  1916-cı  ildə  höku-
mətin  yeni  qanunda  bütün  vilayətlərə  və  sancaqlara 
köçürülmənin qəti olaraq başa çatdığını və bundan sonra 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
118 
hər  hansı  bir  səbəbdən  əhalinin  köçürülməsinə  izn 
verilməyəcəyi barədə məlumatlar yer almaqda idi. 
Nəticədə,  I  dünya  müharibəsinin  şiddətli  vaxtların-
da  hökumətin  güclü  iradə  nümayiş  etdirərək  Osmanlı 
təbəəsi  olan  ermənilərin  imperiyanın  cənub  ərazilərinə 
köçürülməsini müvəffəqiyyətlə yerinə yetirmiş oldu. 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
119 
2.3. I Dünya müharibəsinin başa çatması. 
Köçürülmüş ermənilərin geri dönməsi haqqında “Geri 
dönüş qanunnaməsi”nin imzalanması və həyata 
keçirilməsi 
 
XX  əsrin  I  rübündə  Osmanlı  imperiyasına  məxsus 
ərazilərin  Antanta  blokuna  daxil  olan  Rusiya,  Fransa  və 
İngiltərə  dövlətləri  arasında  bölüşdürülməsi  məsələsi 
mütəmadi  olaraq  iki  tərəfli  və  ya  üç  tərəfli  danışıqlarda 
əsas müzakirə predmetinə çevrildi. Görüşlər hətta birinci 
dünya müharibəsinin ən şiddətli vaxtlarında belə davam 
etdirildi.  Müzakirələrdə  başlıca  olaraq  Osmanlı  im-
periyasına  məxsus  ərazilərin  imperialist  dövlətlər 
arasında  bölüşdürülməsi  və  ümumi  prinsiplər  əsasında 
idarə  edilməsi  kimi  məsələlər  barəsində  fikir  mübadiləsi 
aparıldı.  Belə  ki,  ayrı-ayrılıqda  hər  bir  dövlət  milli  ma-
raqları üstün tutaraq əsas strateji məntəqələrdə möhkəm-
lənməyə can atırdı. İlk öncə Rusiya bəyanatla çıxış edərək 
Şərqi  Anadolu  vilayətində  və  eyni  zamanda,  Kilikiya 
bölgəsində  möhkəmlənmək  istəyində  israrlı  olduğunu 
bəyan  etdi.  Öz  növbəsində  Fransa  da  Kilikiya  bölgəsinə 
olan  maraqlarını  gizlətməkdən  belə  çəkinmirdi.  İngiltərə 
isə  birmənalı  olaraq  Şimali  Mesopotomiyada  möhkəm-
lənməyə can atırdı. Belə olan halda, hər üç dövlət ümumi 
razılığın əldə edilməsi üçün rəsmi danışıqlara başladılar. 
1915-ci  ilin  mart  ayında  ingilis-rus,  1916-cı  ilin  3  yan-
varında  ingilis-fransız,  1916-cı  ilin  26  aprelində  fransız-
rus  və  1916-cı  ilin  may  ayında  ingilis-rus  danışıqlarında 
bir  sıra  mübahisəli  məsələlər  barəsində  ümumi  razılıq 


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə