CəFƏrov taleh vəZİR oğlu


Qondarma erməni soyqırımı faktların dili ilə



Yüklə 417,36 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix21.03.2018
ölçüsü417,36 Kb.
#32705
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
126 
idi.  Hətta  bəzi  məlumatlara  görə,  ABŞ-dan  20  min 
könüllü əsgərin, çoxlu miqdarda  vəsaitin tezliklə Qafqaz 
cəbhəsinə göndəriləcəyi qətiləşmişdi. 
 
 
 
 
 
 
 
 
                                                      


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
127 
III FƏSİL 
Qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə 
tanıdılması  istiqamətində erməni 
diasporunun  fəaliyyəti  
 
3.1. Qondarma “erməni soyqırımı”nın beynəlxalq 
aləmdə tanıdılması   istiqamətində    erməni lobbisinin 
fəaliyyəti 
 
    I  Dünya  müharibəsində  Antanta  blokuna  qarşı 
Almaniya  ilə  bir  ittifaqda  iştirak  edən  Osmanlı  impera-
torluğu  müharibə  nəticəsində  ardıcıl  olaraq  bağlanmış 
müqavilələri,  xüsusilə  1918-ci  ilin  oktyabrın  30-da  Mud-
ros  sülh  müqaviləsini  imzalamaqla  rüsvayçı  məğlubiy-
yətə  düçar  oldu  və  imperiyanın  varlığına  son  qoyuldu. 
Bununla  da  məğlub  olmuş  türk  ordusu  tərksilah  olun-
mağa  başladı.  Beləcə,  imperiyanın  özəyi  olan  əzəli  türk 
torpaqları  imperialist  dövlətlər  arasında  bölüşdürüldü. 
Hərbi və iqtisadi cəhətdən olduqca ağır duruma düşmüş 
hər iki imperatorluğun hakim dairələri vəziyyətdən çıxış 
yolları  axtarmağa  başladılar.  Nəticədə,  1918-ci  ilin 
oktyabr  ayından  etibarən  Almaniyadan  fərqli  olaraq, 
Osmanlı  imperiyasında  türk  zabitlərinin  rəhbərliyi  altın-
da  işğalçı  qüvvələrə  qarşı  milli-azadlıq  hərəkatı  vüsət 
almağa  başladı.  Tərkibi  tacir,  sənətkar,  kəndli  və 
hərbiçilərdən təşkil olunmuş hərəkata milli burjuaziyanın 
da  dəstək  verməsi  ilə  azadlıq  mücadiləsinin  miqyası  
genişlənərək bütün ölkə ərazisini bürüdü. Mustafa Kamal 
Paşanın  rəhbərliyi  altında  imperialist  qüvvələrə  qarşı 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
128 
aparılan  mübarizənin  miqyası  günü-gündən  genişləndi. 
Milli-azadlıq hərəkatına dəstək verən Almaniyanın istək-
ləri bəlli idi. Məqsəd Yaxın Şərqdə mühüm strateji obyekt 
olan  Berlin-Bağdad  dəmir  yolu  xətti  boyunca  uzanan 
əraziləri  geri  qaytarmaq  idi.  Azadlıq  mübarizəsinin  qali-
biyyətlə nəticələnməsi Almaniya Osmanlı dövlətinə üçün 
istənilən yardımı etmək məcburiyyətində qaldı. 
Qeyd  etmək  lazımdır  ki,  hələ  müharibənin  şiddətli 
vaxtlarında  xəyanət  nəticəsində  köçürülməyə  məhkum 
edilmiş  ermənilərin  əksəriyyəti  Suriya  və  Mesopotamiya 
ərazilərində məskunlaşmaqdan imtina edərək Avropanın 
bir  sıra  ölkələrində  kütləvi  şəkildə  məskunlaşdılar.  Qısa 
zaman  kəsiyində  hakim  dairələrin  diqqətini  bu  və  ya 
digər  formada  cəlb  edən  ermənilərə  istənilən  kömək  və 
yardım  edilməyə  başlanıldı.  Köç  zamanı  daha  çox 
Avropa və Amerika ölkələrinə üz tutan ermənilər burada 
tezliklə  diaspora  şəklində  formalaşaraq  Osmanlı  döv-
lətinə  qarşı  terror,  etnik  təmizləmə  və  digər  formada 
yenidən  mübarizəyə  başladılar.  Əvvəlkindən  fərqli  ola-
raq  artıq  diaspor  halında  formalaşan  ermənilər  arasında 
hadisələrə  münasibətdə  fikir  ayrılığı  meydana  gəlməyə 
başladı. Belə ki, ayrı-ayrılıqda 2 qrupa bölünən ermənilər 
arasında  1-ci  qrupun  tərəfdarlarının  fikirlərinə  görə, 
Zaqafqaziya  Seyminin  dağılmasından  sonra  Azərbaycan 
torpaqları  hesabına  yaradılmış  müstəqil  Ermənistanda 
daşnaq  hökumətinin  Sovet  rejimi  ilə  əvəzlənməsi  alqış-
landığı  halda,  ikinci  qrupun  tərəfdarları  isə  bunun  tam 
əksinə olaraq Ermənistanda daşnaq hökumətinin yenidən 
bərqərar  olması  tərəfdarı  idilər.  İkinci  fikrin  tərəfdarları 


                                            Qondarma erməni soyqırımı faktların dili ilə
 
                                
 
 
129 
olan  daşnaqlara  görə,  Ermənistan  SSRİ  və  Türkiyənin 
işğalı atındadır və bu torpaqların hər iki dövlətin işğalın-
dan  azad  edilməsi  vacib  şərtdir.  Ən  əsası  daşnaqların 
Ermənistanı  tərk  etmək  məcburiyyətində  qalmaları 
diaspor  ermənilərini  getdikcə  siyasiləşdirdi  (112,  36-37). 
Hətta  daşnaqlar  1924-cü  ilə  qədər  Fransada  Müvəqqəti 
Hökumət  yaratmağa  nail  oldular.  Fransanın  Türkiyə 
Cümhuriyyətinin  müstəqilliyini  tanıdıqdan  sonra  daş-
naqlar  yaranmış  əlverişli  şəraitdən  istifadə  edərək 
müvəqqəti hökumətin 1965-ci ilədək davam etməsinə nail 
oldular.  Daşnaqlara  görə  Ermənistanda  sovet  rejiminin 
bərqərar olması, əslində müstəqil Ermənistanın varlığına 
son  qoyulması  demək  idi.  Daşnaqların  bolşeviklərə  ən 
böyük  nifrəti  isə  Şərqi  Anadoludakı  “erməni  torpaq-
ları”nın  türklərə  verilməsindən  qaynaqlanırdı.  Daşnaq-
lara görə rusların türklərlə əməkdaşlığında qurban olaraq 
ermənilər seçilmiş və türk-sovet sərhəddi türklərə erməni 
torpaqları verilməklə çözülmüşdü(111, 91). 
1919-cu  ilin  yanvarında  Paris  sülh  konfransında 
“erməni məsələsi” yenidən müzakirəyə çıxarıldı. Erməni-
ləri  bu  konfransda  iki  nümayəndə  heyəti  təmsil  edirdi. 
Birinci  nümayəndə  heyətinin  başında  Ermənistan  Res-
publikasının  təmsilçisi  Aqaranyan,  ikinci  milli  nü-
mayəndə  heyəti  adlandırılan  heyətin  başında  isə  Poqos 
Nubar  dururdu.  Fevralın  12-də  konfrans  Ermənistan 
dövlətinin  yaradılması  məsələsini  müzakirə  etdi.  Bu 
dövlət  Zaqafqaziya  və  Türkiyə  ərazilərində  yaradılmalı 
idi.  Konfransda  erməni  qırğınında  günahkar  olan  şəxs-
lərin  cəzalandırılması  məsələsinə  də  baxıldı.  Sonra  er-


Yüklə 417,36 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə