Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
  1   2   3   4   5   6   7   8   9   ...   22
a3



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 
XRONOLOGİYA 
20 YANVARA APARAN YOL 
 
1987 
18 oktyabr
İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsilə təşkil edilmiş mitinq 
zamanı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi 
haqqında çağırışlar edilmiş və imza toplanmışdır. 
19 oktyabr 
Heydər Əliyev 1987-ci ilin oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP 
MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini 
vəzifəsindən uzaqlaşdırılmışdır. 
18 noyabr
Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel 
Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin 
Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ 
üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi. 
1 dekabr 
Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən 
çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-
ya təqdim etmişlər. 
 
1988
 
8 yanvar 
Dağlıq Qarabağın erməni icmasının nümayəndələri muxtar vilayətin Azərbaycanın 
tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış daha bir 
müraciəti və toplanmış imzaları SSRİ Ali Soveti sədrinin müavini P.Demiçevə təqdim 
etmişlər. 
25 yanvar 
Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-
in Qafan və Meğri rayonlarından ilk yüzlərlə azərbaycanlı qaçqınlar Azərbaycana 
gəlmişdir. 
8 fevral 
Xankəndində DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi 
tələbi ilə yeni imza toplanması kampaniyasına başlanmışdır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə