Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   2   3   4   5   6   7   8   9   ...   22
a3

27 fevral 
 
Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens 
Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirərək 
onları təlimatlandırmışdır. 
Xankəndində bütün müəssisələr işini dayandırmışdır. “Bizə nə su, nə çörək, ancaq anamız 
Ermənistan lazımdır!”, “Azərbaycanla – heç vaxt!” şüarları altında şəhərdə mitinq 
keçirilmişdir. 
27-28 fevral 
Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz 
əlaməti olaraq keçirilən mitinqdən sonra erməni ekstremistlərinin bilavasitə iştirakı ilə 
Sumqayıtda kütləvi iğtişaşlar törədilmişdir. 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdir. 
İstintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni 
Eduard Qriqoryan olmuşdur. İstintaq müəyyən etmişdir ki, iğtişaşlar zamanı E.Qriqoryan 
daha çox qəddarlıq edərək 5 ermənini qətlə yetirmişdir. 
1 mart 
Sumqayıtda baş verən iğtişaşlardan sonra şəhəri tərk edən ermənilərin bir qismi 
Xankəndinə gəlmişlər. 
2 mart 
 
Azərbaycanlı qaçqınlarının yeni dalğası başlanmışdır. Ermənistanın kəndlərindən 
qovulmuş bir çox ailələr Azərbaycanın Zəngilan və ona qonşu rayonlarına gəlmişlər. 
Xankəndində Sumqayıtda öldürülən ermənilərə əvvəlcədən hazırlanmış abidə 
qoyulmuşdur. 
6 mart 
Dağlıq Qarabağ Muxtar Vilayət Partiya Komitəsinin geniş büro iclasında DQMV-nin 
adının dəyişdirilərək Dağlıq Qarabağ Erməni Muxtar Vilayəti adlandırmaq qərara alınmış 
və onun təsdiqi üçün Sov.İKP MK-ya müraciət edilmişdi. 
9 mart 
Sov.İKP MK-da keçirilən müşavirədə hər iki respublikanın partiya rəhbərlərinin 
məlumatları dinlənilmişdir. 
10 mart
Ermənistanın Zəngibasar (Masis) rayonunun Mehmandar kəndinə ermənilər basqın etmiş, 
5 nəfəri qətlə yetirmişlər. 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə