Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   ...   14   15   16   17   18   19   20   21   22
a3

24-25 yanvar 
 
Azərbaycan KP MK-nın plenumu Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz 
Mütəllibovu Azərbaycan KP MK-nın birinci katibi seçmişdir. Plenumda Sov.İKP MK 
Siyasi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, 
Sov.İKP MK katibi A.Girenko çıxış etmişlər. 
Plenumda Bakı şəhərində yanvarın 19-20-də fövqəladə vəziyyətin tətbiqinin səbəblərini 
təhqiq etmək üçün komissiya yaradılmışdır. Lakin bu komissiya öz işini yarımçıq 
dayandırmış, faktiki olaraq cinayətin ört-basdır edilməsinə xidmət etmişdir. 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Həsən Həsənovun Azərbaycan SSR 
Nazirlər Sovetinin sədri təyin edilməsi haqqında qərar qəbul etmişdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 
25 yanvar 
Azərbaycanda törədilən qırğınların dünya ictimaiyyətinə çatdırılması məqsədilə 
Moskvadakı Azərbaycanın daimi nümayəndəliyində keçirilməsi planlaşdırılan mətbuat 
konfransının baş tutmasına imkan verməmək üçün güc strukturları daimi nümayəndəliyə 
basqın təşkil etmiş, tədbirin təşkilatçıları həbs edilmişdir. 
25-26 yanvar 
Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara – yanvarın 25-də 
Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmişdir. Nəticədə 8 nəfər qətlə yetirilmiş, 
xeyli adam yaralanmışdır. 
27 yanvar 
Azərbaycan SSR Ali Soveti "Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli 
qərarının Azərbaycan SSR Konstitusiyasına uyğun olmaması barəsində" fərman 
vermişdir. 
 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə