Xronologiya 20 yanvara aparan yol



Yüklə 329,88 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix20.10.2023
ölçüsü329,88 Kb.
#128842
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
a3

21 sentyabr 
DQMV ərazisində və Ağdam rayonunda xüsusi vəziyyət və komendant saatı tətbiq 
edilmişdir. 
1 oktyabr 
M.Qorbaçov SSRİ Ali Soveti Rəyasət heyətinin sədri seçilmişdir. 
4 oktyabr
SSRİ ALİ Soveti Mİllətlər Sovetinin sədri A.E.Voss başda olmaqla Millətlər Sovetinin 
milli məsələlər üzrə deputat komissiyası vəziyyəti öyrənmək üçün DQMV-yə səfər 
etmişdir. 
16 noyabr 
Ermənilər Şuşanın yaxınlığındakı Topxana meşəsində qanunsuz olaraq meşəni qırıb 
yerində İrəvandakı Kənəker alüminium zavodunun sexinin və istirahət kompleksinin 
tikintisinə başlamışlar. 
17 noyabr 
 
Azərbaycanda Xalq Hərəkatı başlanmışdır. (Hazırda 17 noyabr Milli Dirçəliş günü kimi 
rəsmi dövlət bayramı kimi qeyd edilir.) 
Topxana meşəsində qanunsuz tikintiyə görə Bakıdakı “Azadlıq” meydanında 500 min 
nəfərdən artıq nümayişçilərin cəmləşdiyi etiraz mitinqi keçirilmişdir.


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT KİTABXANASI
20 Yanvar 
18 noyabr – 
5 dekabr 
Bakıdakı “Azadlıq” meydanında SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində tutduğu 
ikiüzlü mövqeyə, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz əlaməti olaraq 
mitinqlər keçirilmişdir.
22 noyabr 
 
Ermənistan SSR Ali Sovetinin sessiyasının keçirildiyi Opera teatrının binasına mitinq 
iştirakçılarının hücumundan sonra sessiyasının gedişi dayandırılaraq rayon rəhbərlərinə 
tapşırıq verilmişdi ki, bir həftə ərzində Ermənistanı azərbaycanlılardan təmizləmək 
aksiyasını həyata keçirsinlər. 
Ümumiyyətlə, 1988-ci il noyabrın 22-dən dekabrın 7-dək müddət ərzində azərbaycanlılar 
yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldılmış, 
nəticədə 200 mindən artıq azərbaycanlı əhali Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 
azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti 
almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. 

Yüklə 329,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə