Qondarma erməni soyqırımı faktların dili ilə
154
lərini və istəklərini ortaya qoymaqdadır” kimi sərsəm
fikirlər səsləndirməsi onun bu məsələyə daha çox üstün-
lük verdiyindən xəbər verirdi.
Robert Koçaryan hökuməti
bu dəfə də erməni diasoporunun gücündən maksimum
dərəcədə bəhrələnməyə çalışırdı. Burada erməni diaspor
təşkilatlarının bu dəfəki əsas hədəfi yenə də ABŞ oldu
(112, 248). Yuxarıdakı bölümdə qeyd etdiyimiz kimi, 70-
80-ci illərdə saxta “erməni soyqırımı” məsələsi ABŞ Təm-
silçilər Məclisinin gündəliyinə bir neçə dəfə daxil edilmiş
və cüzi səs çoxluğu ilə qəbul edilmşidi. 1996-cı ildə cari
ildə xarici ölkələrə ediləcək yardımlarla əlaqədar büdcə
layihəsinin müzakirəsində Türkiyəyə ediləcək yardımın
azaldılması əsas müzakirə predmeti oldu. Osmanlı döv-
ləti 1915-1923-cü illərdə erməni xalqına edilən “qət-
liam”ın tanınması ilə bağlı sənəd müzakirəyə çıxarıldı.
Sənəd 268 səs lehinə, 153 səs əleyhinə olmaqla qəbul edil-
di və daha sonra qərar Senatın müzakirəsinə göndərildi.
Bu dəfə də qərar Senat tərəfindən
rədd edildi
21 sentyabr 2000-ci ildə Təmsilçilər Məclisi İnsan
Haqları Alt Komitəsi qondarma “soyqırımın”ın tanın-
ması istiqamətində qərar qəbul etdi. Qərar daha sonra
Təmsilçilər Məclisinin Ölkələrarası Əlaqələr Komitəsin-
dən də keçərək Senatın müzakirəsinə göndərildi. ABŞ-ın
dövlət başçısı Bill Klintonun və Müdafiə naziri Henri
Şheltonun təzyiqləri nəticəsində Təmsilçilər Məclisinin
gündəliyinə daxil edilmiş, saxta “erməni soyqırımı” ilə
bağlı keçiriləcək dinləmələr təxirə salındı. Qeyd edək ki,
2000-ci il ABŞ-da prezident seçkilərinə start verildi.
Həmin ildə ABŞ prezidentliyinə Respublikaçılar partiya-