www.vivo-book.com
97
baxa-baxa, öz adamlarından üçünü “Şimal maralı”na apardı.
O dəqiqə burazlar yığdıq, kliveri qaldırmadan şlyupu
Corcun atıldığı conkaya yönəltdim. Ona yaxınlaşanda mən
rahat nəfəs aldım, çünki indi biz iki nəfər idik, bir də ki,
çoxa çox qalanda Corcun tapançası var idi. Bu conkada
birincidə olduğu kimi etdik, çinlilərdən dördünü şlyupa
götürüb, birini gəmidə gözətçi qoyduq.
Sonra biz üçüncü conkadan da dörd çinli götürdük. Bu
vaxt yelkənli çay gəmisi də on iki əsir alıb, içərisi sərnişinlə
dolu bizə yaxınlaşdı. Tərslikdən gəmi elə balaca idi ki,
çinlilərin dövrəyə aldığı patrullar əl-qollarını tərpədə
bilmirdilər, patrullar bu əsirlərinə qarşı gücsüz olacaqdılar.
Le Qrant dedi:
– Dostlar, dadımıza çatın.
Mən kayuta doluşan və budkanın damına çıxan öz
əsirlərimi gözdən keçirtdim.
Dedim:
– Üçünü biz götürə bilərik.
Le Qrant xahiş elədi:
www.vivo-book.com
98
– Dördünü götür, hesab düz gəlsin. Billi isə mənə ver
(Bill “Şimal maralının” üçüncü gözətçisidir.). Burda
tərpənməyə yer yoxdur, dava-dalaş qopsa, hər iki çinliyə bir
patrul bəs eləyər.
Biz belə də etdik, bundan sonra Le Qrant yelkənləri
dikəltdi, onun gəmisi körfəzlə San-Rafael çayının bataqlıq
mənsəbinə doğru yollandı. Mən kliveri qaldırıb onun dalınca
yola düşdüm. Bizim əsirləri hökumət dairələrinə təhvil
verməli olduğumuz San-Rafael şəhəri körfəzdə ancaq su
qabaran vaxt gəmi üzə bilən uzun və ilan kimi burulan çayla
bağlı idi. İndi qabarma qurtarırdı, suyun çəkilməsinə az
qalırdı, gərək tələsəydik ki, o biri qabarmanı yarım gün
gözləməyəydik. Ancaq günəş üfüqdən qalxdıqca, sahil
küləyi lap yavaşıyırdı, külək indi hərdənbir ani şiddətlə əsib
yatırdı. Le Qrantın gəmisi avarlarla hərəkət edirdi, tezliklə
bizi çox arxada qoydu. Çinlilərdən bir neçəsi kokpitdə
göyərtənin lyukuna
24
doluşub dayanmışdılar, bir dəfə
kokpitin tutacağının üstündən kliver-şkotu yığmaq üçün
24
Lyuk – anbar ağzı (Tərc. qeydi).
www.vivo-book.com
99
əyiləndə, kiminsə tələsik mənim cibimi yoxladığını gördüm.
Mən bunu sezdiyimi bildirmədim, ancaq gözümün ucu ilə
Sarı Yaylığın necə sevindiyini gördüm, o əmin oldu ki, onu
qorxudan cib boş imiş.
Tərslikdən, conkaların dalınca düşəndə biz şlyupun
suyunu boşaltmağı yaddan çıxarmışdıq, indi su kokpitə
dolurdu. Çinlilər barmaqları ilə suyu mənə göstərir və sual
dolu baxışlarını üzümə zilləyirdilər.
Dedim:
– Hə, əgər səninkilər suyu boşaltmasa, biz tezliklə
suyun dibinə gedərik. Başa düş!
Yox, onlar başa düşməz, buna baxmayaraq özlərinin
hədərən-pədərən dillərində çox bəlağətlə danışır, başlarını
qətiyyətlə tərpədirdilər.
Mən üç-dörd taxta, ərzaq sandığından iki dənə vedrə
çıxartdım, tamamilə aydın işarələrlə çinliləri başa saldım ki,
işə girişsinlər. Ancaq onlar mənim üzümə gülüb lap sakitcə
kayuta qayıtdılar və təzədən budkanın damına dırmaşdılar.
Çinlilərin gülüşü yaxşı bir şey bildirmirdi. Bu,
hədələyici səslənirdi, onlar bizə nifrətlə baxırdılar. Sarı
www.vivo-book.com
100
Yaylıq mənim silahsız olduğumu biləndə lap həyasızlaşdı,
əsirlər arasında gəzişərək onları üst-üstdən nəyəsə təhrik
edirdi. Pərtliyimi gizləyərək, aşağı kokpitə düşdüm. Özüm
suyu boşaltmağa başladım. Ancaq mən əlimə vedrəni alan
kimi başımın üstündə kik
25
səsi eşidildi, gəmi birdən başqa
istiqamətə keçdi, orta yelkənə külək doldu, şlyup yana yatdı.
Bu, dənizdən əsən külək idi. Corc əsl quru adamı idi, ona
görə də vedrəni atıb təzədən rumpeldən yapışmalı oldum.
Külək uca dağların dövrəyə aldığı Pedro burnu tərəfindən
əsirdi, ona görə də məkrli və şiddətli idi; yelkənlər gah
küləklə dolur, gah da boş-boşuna reylərdə
26
yaxalanırdı.
Corcdan heç fayda yox idi, mən ömrümdə belə aciz-avara
adam görməmişdim. Hər şeydən əlavə, onda vərəm xəstəliyi
var idi, onu suyu boşaltmağa məcbur eləsəydim, sinəsindən
qan açıla bilərdi. Su isə get-gedə artırdı, ləngimək olmazdı.
Mən çinlilərə təzədən əmr elədim ki, vedrələri götürüb işə
başlasınlar. Onlar həyasız-həyasız qəhqəhə çəkdilər, kayutda
25
Kik – fırlanan üfüqi dor ağacı, qabaq tərəfinin ucu dor ağacına, yelkənin aşağı ucu
buna bənd edilir (Tərc. qeydi).
26
Rey – gəmidə yelkənlərin asılması üçün üfüqi ağaclar (Tərc. qeydi).
www.vivo-book.com
101
topuğunacan suyun içində olanlar damın üstündə oturmuş
həmtayfaları ilə bərkdən danışmağa başladılar.
Corca dedim:
– Tapançanı çıxarıb onları işləməyə məcbur et.
Ancaq o başını tərpətməklə yox cavabı verdi, mən başa
düşdüm ki, o qorxur. Çinlilər də bunu başa düşdülər, onların
həyasızlığı lap həddini aşdı, kayutdakı içində ərzaq olan
yeşikləri sındırdılar, daxmanın damında oturanlar aşağı
atıldı, hamı birlikdə bizim qaletləri və konservləri yeyib kef
eləməyə başladılar.
Corc titrək səslə dilləndi:
– Əşi, yeyirlər yesinlər də, cəhənnəmə ki.
Gücsüz qəzəbdən boğulurdum:
– Əgər onlar itaətdən çıxsalar, gec olar. Yaxşısı budur,
onları o dəqiqə yerlərində oturdaq.
Su isə getdikcə çoxalır, sahildən əsən daimi küləyin
şiddəti get-gedə artırdı. Əsirlərimiz həftəlik azuqəmizin
axırına çıxıb külək sakitləşən kimi gəminin bir kənarından o
birisinə qaçır, şlyup ləngər vurur, suyun üzündə yumurta
qabığı kimi atılıb-düşürdü. Sarı Yaylıq mənə yanaşıb
Dostları ilə paylaş: |