Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə28/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   24   25   26   27   28   29   30   31   ...   59

www.vivo-book.com 
 
138 
–  Bu  mənim  istridyələrimdir.  Möhkəm  əminəm  ki, 
mənimkidir. Siz gecə ilə dayaz yerlərimə basqın edib, məni 
qarət etmisiniz. 
“Kabus”dakı  yekəpər  və  pota  yuxarı  baxdı.  Pota 
həyasızcasına heç bir şeydən çəkinmədən dedi: 
–  Salam,  Taft!  (Uzun  qollarına  görə  körfəzdə  onu 
“Qırxayaq” çağırırdılar.) Salam, Taft! – O yenə sırtıqcasına 
təkrar etdi. – İndi nəyə görə deyinirsən? 
– Dediyim odur ki, bunlar mənim istridyələrimdir. Siz 
onları mənim dayaz yerimdən oğurlamısınız. 
Qırxayaq istehza ilə dilləndi: 
–  Ah,  yaman  ağıllısan.  Buna  bax  a,  istridyələrin 
özününkü olduğunu müəyyənləşdirib. 
Yekəpər söhbətə qarışdı: 
–  Məncə,  istridyə  harda  tapılmasından  asılı  olmayaraq 
hər  yerdə  istridyədir,  körfəzdəki  istridyələr,  məncə,  elə 
bütün  yer  üzündəki  istridyələr  bir  cürədir.  Mister  Taft,  biz 
sizinlə  dalaşmaq  istəmirik.  İstəyimiz  ancaq  odur  ki,  bizə 
nahaq  böhtan  atmayasınız,  hamıya  deməyəsiniz  ki,  bunlar 


www.vivo-book.com 
 
139 
sizin 
istridyələrdir, 
sübutunuz-dəliliniz 
yoxdursa, 
deməyəsiniz ki, biz oğru və soyğunçuyuq. 
Mister Taft xırıltılı səslə dilləndi: 
–  Başımla  söz  verirəm  ki,  bunlar  mənim 
istridyələrimdir. 
Çox  yaxşı  üzgüçü  olduğundan  “Delfin”  ləqəbi 
qazanmış yekəpər tələb etdi: 
– Sübut edin!  
Mister  Taft  çiyinlərini  fağır-fağır  çəkdi.  O  nə  qədər 
əmin  olsa  da,  istridyələrin  onunku  olduğunu  sübut  edə 
bilməzdi. 
O qışqırdı: 
–  Sizi  həbsxanaya  saldırmaq  üçün  min  dollarımdan 
keçərdim.  Mən  sizin  hamınızı  tutub  ifşa  edənə,  hər  tutulan 
adam üçün əlli dollar verərdim. 
Qayıqlardan  qəhqəhə  səsləri  eşidildi,  başqa  dəniz 
quldurları söhbətə qulaq verdilər. 
Delfin onun sözünü kəsdi: 
– İstridyələrdən daha çox qazanmaq olar. 


www.vivo-book.com 
 
140 
Hirslənmiş mister Taft dönüb getdi. Çarli gözünün ucu 
ilə onun hara getdiyinə göz qoydu. Bir neçə dəqiqədən sonra 
mister Taft tini dönəndə Çarli yerindən tənbəl-tənbəl qalxdı, 
biz küçənin o biri tərəfinə üz tutduq. 
İstridyə  ovlayan  gəmidəkilərin  gözündən  uzaqlaşan 
kimi Çarli pıçıltı ilə dedi: 
– Qaçdıq, tez ol! 
Biz bir göz qırpımında istiqaməti dəyişdik, döngələrdə 
gizlənə-gizlənə  gözəgəlimli  mister  Taft  irəlidə  nəzərə 
çarpınca yan küçələrdə dolaşdıq. Biz istridyə ovlanan dayaz 
yerlərin sahibinə özümüzü çatdıranda Çarli mənə dedi: 
– Mən onunla mükafat barədə danışmaq istərdim. Neyl 
hələ  bir  həftə  burda  olacaq,  niyə  biz  bu  vaxt  ərzində,  bir 
qədər pul qazanmayaq? Sənin buna nə sözün var? 
Çarli  özünü  təqdim  edib  məqsədini  açandan  sonra, 
mister Taft dediklərini təsdiq etdi. 
–  Əlbəttə  ki,  əlbəttə.  Bu  oğrular  ildə  mənim  min 
dollarlıq  istridyəmi  oğurlayıblar,  onların  axırına  çıxmaq 
üçün mənim pula heyfim gəlmir, düz sözümdür, ser, heyfim 
gəlmir. Mən, dediyim kimi, tutulan hər adam üçün əlli dollar 


www.vivo-book.com 
 
141 
verərəm, belə hesab edirəm bu ucuzdur. Onlar mənim dayaz 
yerlərimdə  soyğunçuluq  edirlər,  fərqləndirici  nişanları 
çıxarırlar,  gözətçiləri  qorxudurlar.  Keçən  il  isə  birini 
öldürdülər.  Heç  bir  şeyi  sübut  edə  bilmədim.  Hər  şeyi 
gecəyarı  edirlər.  Gözətçini  öldürmüşdülər,  ancaq  heç  bir 
dəlil-sübut yox idi. Xəfiyyələr heç bir iş tapmadılar. Heç kəs 
bu  adamların  öhdəsindən  gəlmir.  Onlardan  heç  birini  tuta 
bilmədik. Hə, məsələ belədir, mister... Sizin adınız nə oldu? 
Çarli cavab verdi: 
– Le Qrant. 
–  Hə,  iş  belədir,  mister  Le  Qrant.  Mənə  kömək  etmək 
istədiyiniz üçün sizə çox minnətdaram. Sizə bu işdə yardım 
etmək  üçün  çox  şad  olardım.  Mənim  gözətçilərim, 
qayıqlarım  sizin  ixtiyarınızdadır.  Nə  vaxt  istəsəniz,  mənim 
San-Fransiskodakı  kontoruma  gəlin.  Pula  heyifsilənməyin. 
Nə  qədər  xərcə  düşsəniz,  sözsüz  ki,  o  qədər  də  pulunu 
verərəm.  Vəziyyət  get-gedə  dözülməz  olur,  başa  düşə 
bilmirəm  ki,  istridyə  olan  dayaz  yerlərin  sahibi  mənəm,  ya 
bu quldur dəstəsidir?! 


www.vivo-book.com 
 
142 
Biz  mister  Taftı  San-Fransisko  qatarına  yola  salandan 
sonra Çarli dedi: 
– İndi Neylin yanına gedək. 
Neyl 
Partinqton 
təhlükəli 
niyyətimizi 
həyata 
keçirməkdə nəinki bizə maneçilik etmədi, hətta köməyimizə 
yetdi.  Çarli  ilə  mənim  istridyə  ovundan  başımız  çıxmırdı, 
onun  kəlləsi  isə  bu  sahədə  əsl  ensiklopediya  idi.  Hələ 
üstəlik,  bir  saat  keçməmişdi  ki,  istridyə  ovlayan  dəniz 
quldurlarının  bütün  fəndgirliyinə  yaxşıca  bələd  olan  yunan 
oğlanı çağırtdırıb bizimlə tanış etdi. 
Yeri  gəlmişkən,  bir  şeyi  də  deyək  ki,  balıqçı  patrul 
dəstəsində Çarli ilə mən könüllü idik. Neyl Partinqton ştatda 
olan  patrul  kimi  müəyyən  miqdarda  maaş  alırdı,  Çarli  ilə 
mən  isə  onun  köməkçiləri  kimi  qazancla  dolanırdıq,  yəni 
balıq ovu qanunu pozanlara kəsdiyimiz cərimənin müəyyən 
faizini,  ya  da  ki,  layiq  olanda  mükafat  alırdıq.  Biz  mister 
Taftdan  alacağımız  pulu  Neyllə  bölüşəcəyimizi  deyəndə  o 
belə  söhbəti  heç  eşitmək  belə  istəmədi.  O  dedi  ki,  ona  bu 
qədər  yaxşılıq  etmiş  adamlara  kömək  edə  bildiyinə  görə 
özünü xoşbəxt sayır. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə