Cek london oyun



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə29/59
tarix25.07.2018
ölçüsü1,46 Mb.
#58568
1   ...   25   26   27   28   29   30   31   32   ...   59

www.vivo-book.com 
 
143 
Biz  xeyli  hərbi  məşvərət  keçdik  və  belə  bir  hərəkət 
planı  müəyyənləşdirdik.  Aşağı  körfəzdə  nə  məni,  nə  də 
Çarlini  üzdən  tanımırdılar,  ancaq  “Şimal  maralı”nın  patrul 
gəmisi  olduğu  hamıya  məlum  idi.  Ona  görə  də  belə  qərara 
aldılar  ki,  mən,  yunan  oğlan  –  onun  adı  Nikolas  idi  – 
Asparaqus  adasına  şübhə  doğurmayan  başqa  qayıqda 
yollanaq  və  istridyə  ovlayan  gəmilər  dəstəsinə  qoşulaq, 
Nikolasın  təsvirindən  dayaz  yerlərə  və  basqın  üsullarına 
yaxşı  bələd  olduğumuz  dəniz  quldurlarının  başının  üstünü 
istridyələri 
oğurlayanda 
kəsdirib 
tuta 
biləcəyimizi 
fikirləşdik.  Çarli,  gözətçilər  və  polis  dəstəsi  bizi  sahildə 
gözləyəcəkdi, lazımi anda özlərini köməyə yetirəcəkdilər. 
Neyl sözünün axırında dedi: 
– Mən belə bir qayığın yerini bilirəm. Tiburonun o biri 
sahilində  köhnə,  çox  köhnə  bir  şlyup  var.  Sənlə  Nikolas 
bərədə  o  biri  sahilə  üzərsiniz,  qəpik-quruş  verib  şlyupu 
icarəyə  götürərsiniz.  Ordan  düz  birbaşa  dayaz  yerlərə 
üzərsiniz. 
İki gündən sonra Neyl xudahafizləşib dedi: 


www.vivo-book.com 
 
144 
– Uşaqlar, sizə uğurlu yol arzulayıram! Bir şeyi yaddan 
çıxarmayın ki, bunlar qorxulu adamlardır, ayıq olun. 
Nikolasla  mənə,  demək  olar  ki,  su  qiymətinə  şlyupu 
icarəyə  verdilər.  Yelkəni  dikəldəndə  gülə-gülə  dedik  ki, 
qayıq  bizə  təsvir  ediləndən  də  köhnə  və  pis  imiş.  Bu  iri, 
yastı  dibli,  transı
47
  dal  tərəfi  olan  yelkənlə  təchiz  edilmiş 
yöndəmsiz,  etibarsız  gəmi  idi.  Onun  dor  ağacı  əyilmişdi, 
burazları  çəkilməmişdi,  yelkənləri  dəlmə-deşik  idi,  takelajı 
çürümüşdü.  Gəmidən  iyrənc  daş  kömür  qatranının  qoxusu 
gəlirdi,  gəminin  burnundan  arxasına  qədər  kayutun 
damından çıxarılan gilə qədər bulaşıq idi. Üstəlik, onun hər 
iki  kənarında  bu  ucundan  o  biri  ucunadək  nəhəng  ağ 
hərflərlə: “Daş kömür qatran”ı, “Meqqi” yazılmışdı. 
Yolda  Tiburodan  ertəsi  günü  gəlib  çatdığımız 
Asparaqus  adasınadək  bizə  gülənlər  çox  olsa  da  hər  şey 
salamat qurtardı. 
İstridyəni  vəhşicəsinə  ovlayan  çoxlu  şlyupkalar  dəstə 
ilə  “Tərk  edilmiş  dayaz  yerlərdə”  lövbər  salmışdı.  Bizim 
                                                 
47
Trans – taxta gəmilərdə, şlyupkalarda üfüqi, köndələn düzülən, gəminin dal tərəfini 
əmələ gətirən tirlər (Tərc. qeydi). 


www.vivo-book.com 
 
145 
“Meqqi” çox sürətlə, şappıltı ilə dəniz quldurlarının arasına 
soxuldu,  onlar  bizə  tamaşa  etmək  üçün  göyərtəyə 
tökülüşdülər.  Nikolasla  mən  bizim  gəminin  xasiyyətinə 
bələd  olduğumuzdan  şlyupkanı  bacardıqca  hər  nə  cür  oldu 
sürürdük. 
Kim idisə səsləndi: 
– Bu, görən, nədir belə? 
O birisi dilləndi: 
– Bundan heç kəs baş açmaz. 
“Kabus”un göyərtəsindəki Qırxayaq söz atdı: 
– Mərc gəlirəm ki, bu Nuhun gəmisidir. 
Zarafatcıllardan biri də qışqırdı: 
– Ey, bilmədiniz, bu ki  kliperdir
48
. Hansı limana təşrif 
aparırsınız? 
Biz atmacalara fikir vermədən özümüzü səriştəsiz adam 
yerinə  qoyaraq,  özümüzü  elə  göstərirdik  ki,  guya  başımız 
tamamilə  bizim  “Meqqi”yə  qarışıb.  Mən  “Kabus”un  külək 
döyən  tərəfindən  dövrə  vurub  keçdim.  Nikolas  isə  qabağa 
                                                 
48
Kliper – iti gedən yelkənli gəmi (Tərc. qeydi).
 


www.vivo-book.com 
 
146 
qaçdı  ki,  lövbər  salsın.  Hamı  gördü  ki,  zəncirimiz  düyün 
düşüb,  lövbər  suyun  dibinə  çatmır.  Biz  hamının  gözü 
qarşısında  xeyli  əlləşdik,  çalışdıq  ki,  zənciri  açıb  buraxaq, 
hər  nə  isə,  dəniz  quldurlarını  yaxşıca  aldatdıq,  işimizin  rast 
gətirməməsi onların həddindən artıq sevincinə səbəb olurdu. 
Zəncir  açılmaq  bilmirdi.  Atmacalar  və  bədxah 
məsləhətləri eşidə-eşidə geri çəkildik, “Kabus”la toqquşduq, 
onun  buşpriti  bizim  orta  yelkəni  deşib  anbar  qapısı  boyda 
deşik açdı. Qırxayaq və Delfin göyərtədə gülməkdən uğunub 
gedirdilər,  biz  də  qorxa-qorxa,  çəkinə-çəkinə  işləri  yoluna 
qoymağa  başladıq.  Axırdan-axıra,  biz  bir  o  qədər  də 
bacarıqla hərəkət etməsək də, zəncir açıldı. Lövbər zəncirini 
açdıq, suyun dərinliyi on futa güclə çatsa da, zənciri üç yüz 
fut açıb buraxdıq. Bu bizə imkan verirdi ki, “Meqqi” altı yüz 
fut diametri olan çevrə boyunca hərəkət etsin, bu çevrədəki 
gəmi dəstəsinin heç olmasa yarısını tuta bilərdi. 
Qısa  burazları  olan  gəmilər  bir-birinin  böyründəcə 
dayanmışdılar,  hava  sakit  idi,  istridyə  ovlayan  dəniz 
quldurları  bizim  cahillik  üzündən  lövbər  zəncirini  açıb  bu 
qədər  uzun  dərinliyə  buraxmağımıza  ucadan  etiraz  etdilər. 


www.vivo-book.com 
 
147 
Onlar  nəinki  etiraz  etdilər,  hətta  bizi  məcbur  etdilər  ki, 
zənciri  ancaq  otuz  futda  saxlayaq.  Onların  bizim 
təcrübəsizliyimizə möhkəm inandığını görüb, Nikolasla şam 
yeməyi hazırlamaq üçün göyərtəyə düşüb bir-birimizi təbrik 
etdik.  Təzəcə  yeyib  qab-qacağı  yumuşduq  ki,  “Meqqi”nin 
böyrünə  bir  yalik  yaxınlaşdı,  göyərtədə  ağır  uzunboğaz 
çəkmələrin  tappıltısı  eşidildi.  Sonra  anbarın  ağzında 
Qırxayağın  iyrənc  sifəti  göründü,  o  Delfinin  müşayiəti  ilə 
göyərtəyə düşdü. Onlar çarpayının üstündə oturmağa macal 
tapmamışdılar ki, ikinci, sonra üçüncü, daha sonra dördüncü 
göründü,  bütün  gəmi  dəstəsinin  sərnişinləri  kayuta 
tökülüşdülər.  
Baxışları  kinli  meksikalıya  oxşayan  qıllı,  alçaqboylu 
kişi soruşdu: 
– Bu köhnə ləyəni hardan çırpışdırmısınız? 
Nikolas 
dəniz 
quldurlarını 
bizim 
“Meqqi”ni 
oğurladığımıza  möhkəm  inandırmaq  üçün  onlara  cavabı  o 
tərzdə verdi: 
– Heç yerdən. Lap elə çırpışdırmışdıq, nə olar?! 
Meksikalıya oxşayan istehza ilə gülümsündü. 


Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə